İmanın əsasları-6

 
İmanın əsasları-6

Tək Allaha ibadət etməyin vacibliyi
Birinci məsələ.


İbadət sözünün mənası və üzərində qurulduğu əsasla
İbadət sözünün lüğəti mənası: zəlil olmaq və alçalmaq deməkdir. Məsələn ərəbcə uzanmış halda olan dəvəyə “bəirun muəbbədun”, ayaqlar altında tapdanaraq düzəlmiş yola isə “tariqun muəbbədun“ deyilir.


İbadət sözünün istilahi mənası isə belədir: Allahın sevdiyi və razı qaldığı hər bir zahiri və batini söz və əməl ibadət adlanır.

İbadətin bəzi növləri haqda söhbət açdıqda bunu izah edəcəyik. İbadət üç sütun üzərində qurulur:


.1 Pak və müqəddəs olan Allahı kamil şəkildə sevmək. Uca Allah buyurur: “İman gətirənlərin Allaha olan sevgisi isə daha güclüdür” (əl-Bəqərə, 165).

2. Allahın mərhəmətinə tam şəkildə ümid bəsləmək. Uca Allah buyurur: “Onlar Allahın rəhmətini umurlar...” (əl-İsra, 57).

3. Nöqsansız və qüsursuz Allahdan layiqincə qorxmaq. Uca Allah buyurur: “və Onun əzabından qorxurlar” (əl-İsra, 57).



Pak və müqəddəs Allah bu üç əzəmətli əsası “əl-Fatihə” surəsində cəm etmişdir: “Həmd olsun aləmlərin Rəbbi Allaha, Mərhəmətli

və Rəhmliyə, Haqq-hesab gününün Hökmdarına!” Birinci ayədə məhəbbət vardır. Belə ki, Allah nemət verəndir, elə buna görə də O,

sevilməlidir. İkinci ayədə ummaq vardır, Mərhəmətli olanın da rəhm edəcəyinə ümid bəsləmək lazımdır. Üçüncü ayədə isə qorxu vardır,



haqq-hesab çəkən və cəza verənin əzabından isə qorxmaq gərəkdir. Sonra Uca Allah buyurur: “Biz yalnız Sənə ibadət edir...”, yəni

ey Rəbbim, mən sənə üç şeylə ibadət edirəm: “Həmd olsun aləmlərin Rəbbi Allaha” ayəsinin dəlalət etdiyi məhəbbətlə, “Mərhəmətli və Rəhmliyə” ayəsinin dəlalət etdiyi ümid bəsləməklə və bir də “Haqq-hesab gününün Hökmdarına!” ayəsinin dəlalət etdiyi qorxu ilə.

İbadət yalnız iki şərtlə qəbul olunur:


1. İbadət olunanın qarşısında ixlaslı olmaq. Uca Allah buyurur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək əmr olunmuşdu” (əl-Beyyinə, 5); “Doğrusu, əsl din ancaq Allaha məxsusdur” (əz-Zumər, 3); “De: “Mən dinimi məhz Allaha məxsus edərək yalnız Ona ibadət edirəm” (əz-Zumər, 14).

2. Peyğəmbərin (s.a.s) yolunu tutub getmək. Belə ki, Uca Allah yalnız Peyğəmbərin (s.a.s) yoluna uyğun olan əməlləri qəbul edir. Uca

Allah buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin” (əl-Həşr, 7). O həmçinin buyurur:

“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin


hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca, iman gətirmiş olmazlar” (ən-Nisa, 65).

Rəsulullah (s.a.s) belə buyurmuşdur: “Kim bizim bu işimizə (dinimizə) ondan olmayan bir şeyi əlavə edərsə, o rədd olunar.” ("Səhih Buxari", 2697.) Yəni onun özünə qayıdar.



Geri dön

Səssiz

  • 1 oktyabr 2014 18:21
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
Allah razi olsunn bacim:)

--------------------
Səssiz'liyim

-Kralica-

  • 1 oktyabr 2014 14:04
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
cox saqolunnn

--------------------




qirilmis qelb

  • 1 oktyabr 2014 02:03
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Tek ve Son

  • 29 sentyabr 2014 10:33
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
Teshekkur.ALLAH razi olsun.

➰__Ýųśíf__➰

  • 27 sentyabr 2014 20:04
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
ALLAH razi olsun

_leka_the_one_

  • 27 sentyabr 2014 19:29
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Rəylər üçün təşəkkür..

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 sentyabr 2014 19:18
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

-Kralica-

  • 27 sentyabr 2014 18:39
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun gozeldi

--------------------




ヅ Bad Girl ヅ

  • 27 sentyabr 2014 18:35
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Mrs.mickey

  • 27 sentyabr 2014 18:23
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Teshekkurler.ALLAH razi olsun sizlerden

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 50
Cəmi: 92

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}