İmanın əsasları-7

 
İmanın əsasları-7

[Quran və sünnə işığında imanın əsasları

Peyğəmbərin (s.a.s) tövhidin toxunulmazlığını qoruması


Peyğəmbər (s.a.s) ümmətinə ürəkdən qayğı göstərər və əlindən gələni edərdi ki, ümməti qüdrətli və sarsılmaz olub tövhiddən möhkəm
yapışsın və ona zidd olan, onu puç edən bütün vasitələrdən və səbəblərdən çəkinsin. Uca Allah buyurur: “Sizə özünüzdən elə bir Elçi
gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir” (ət-Tovbə, 128).
Peyğəmbər (s.a.s) dəfələrlə (ümmətinə) Allaha şərik qoşmağı qadağan etmiş, (onları) şirkdən çəkindirmiş və əzabla qorxutmuşdur. O,
bunu təkrar-təkrar yada salmış, həm xüsusi, həm də ümumi şəkildə həzər edərdi ki, təkAllahlığı–İbrahimlə (ə) göndərilmiş pak və hənif
dinini, onu alçaldacaq və hörmətdən salacaq hər bir sözdən və əməldən qorusun. Bu haqda Sünnədə çoxlu dəlillər vardır. Bunların sayəsində Peyğəmbər (s.a.s) (ümmətinə) hüccət qaldırmış, şübhələri dəf etmiş, üzrləri yox etmiş və özündən sonra aydın bir yol qoyub getmişdir. Növbəti fəsildə Peyğəmbərin (s.a.s) tövhidi necə qoruduğunu və şirkə və batilə aparan yolların qabağını necə aldığını qeyd edəcəyik.
Birinci məsələ: Ovsun.

Tərifi: Ovsun dedikdə şəfa tapmaq və sağalmaq məqsədilə Quran ayələri və ya Peyğəmbərdən (s.a.s) varid olmuş dualar vasitəsilə

oxuyub üfürmək nəzərdə tutulur.

Hökmü: Ovsun oxumaq caizdir və buna aşağıdakıları dəlil göstərmək olar:

Auf ibn Malik (r.a) demişdir: “Biz cahiliyyə dövründə ovsun oxuyardıq. (İslama gəldikdən sonra) Peyğəmbərdən (s.a.s): “Ya Rəsulullah,
bu haqda nə deyə bilərsən?”– deyə soruşduq. Dedi: “Ovsunlarınızı mənə göstərin görüm. Tərkibində şirk olmayan ovsunu oxumaqda
heç bir eyib yoxdur.” Hədisi Muslim rəvayət etmişdir. ("Səhih Muslim", 2200.)

Ənəs ibn Malik (r.a) demişdir: “Rəsulullah (s.a.s) gözdəymədən, zəhərlənmədən və bədəndə çıxan yaralardan qorunmaq üçün ovsun oxumağa icazə verdi.” Hədisi Muslim rəvayət etmişdir. ("Səhih Muslim", 2196.)

Cabir ibn Abdullah (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Qardaşına fayda verə bilən hər kəs bunu ondan əsirgəməsin.” Hədisi Muslim rəvayət etmişdir. ("Səhih Muslim", 2199.)(“Sünən Tirmizi”, 2516; “Müsnəd Əhməd”, 1/307. Bu hədisi Tirmizi “həsən”, Hakim isə “səhih” hesab etmişdir.)
c) Əqli dəlillər: Ağıl Allahın möcüzələrinə baxıb onlar haqda düşünməklə Allahın varlığına və onun
rübubiyyətdə tək olmağına, Onun kamil qüdrət sahibi olmasına və insanlar üzərində nəzarət etməsinə dəlalət edir.
Belə ki, Allahın yaratdıqlarına baxıb onunla Allahın rübubiyyətdə tək olmasına müxtəlif yollarla dəlil gətirmək olar. Həmin yolların ən məşhuru ikidir:
Birinci yol: İnsanın yaradılışı barədə düşünməklə Allahın möcüzələrinə nəzər salmaqdır ki, bu da nəfsi dəlalət adlanır. İnsan
Allahın ən böyük möcüzələrindən biridir ki, bununla Allahın tək şəriksiz olmasına dəlil gətirmək olar. Uca Allah buyurur: “Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?” (əz-Zariyat, 20-21). Uca Allah həmçinin
buyurur: “And olsun nəfsə və onu yaradıb kamilləşdirənə” (əş-Şəms, 7). Əgər insan özü haqda, habelə
Allahın onu qəribə biçimdə
yaratdığı barədə dərindən düşünsə, başa düşər ki, onun Yaradan, Müdrik və (hər şeydən) Xəbərdar olan Rəbbi var. Axı insan özünün
yaranmış olduğu nütfəni yarada bilməz, yaxud bu nütfəni laxtalanmış qana, qan laxtasını bir parça ətə və o bir parça əti sümüklərə çevirə bilməz, yaxud bu sümükləri ət ilə örtə bilməz.

İkinci yol: Allahın kainatı yaratmasındakı möcüzələrə nəzər salmaqdır ki, buna da kainat dəlilləri deyilir.
Bu da Allahın rübubiyyətinə dəlalət edən ən böyük möcüzələrdən hesab olunur. Uca Allah buyurur: “Quranın haqq olduğu onlara aydın olana qədər Biz
dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?

(Fussilət, 53). Hər kim kainata, yerə, göyə, ulduzlara və planetlərə, günəşə və aya, yer üzərindəki dağlara, ağaclara,

dənizlərə və çaylara, gecə ilə gündüzün bir-birini əvəz etməsinə, kainatın tam dəqiqliklə hərəkət etməsinə nəzər salarsa, bütün bunları yaradan, yoxdan var edən və sahmana salan bir varlığın olmasına əmin olur. Ağıllı adam hər dəfə bu məxluqatlar barədə düşündükdə, kainatın bu ecazkarlığına nəzər saldıqda, onların həqiqətən haqq üçün və haqq ilə yaradıldığını, habelə bu kainatın, Allahın Özü haqda verdiyi xəbərləri təsdiq edən möcüzələrlə dolu səhifələr və dəlil-sübutla dolu kitablar, həmçinin, Onun Təkliyini sübut edən dəlillər olduğunu dərk edir.
Rəvayət olunur ki, bir dəfə bir qrup şəxs Allahın Rübubiyyəti barəsində
İmam Əbu Hənifə ilə mübahisə etmək istəyir. İmam da onlara belə deyir:
Söhbətimizə başlamazdan əvvəl, bir mənə deyin görüm, Dəclə çayında öz-özünə gedib (göyərtəsini)
ərzaq və sairə ilə dolduran, öz-özünə gedib-gələn, heç kəsin idarə etmədiyi bir gəmi haqda nə düşünürsüz?
” Onlar dedilər: “Belə bir şeyin olması əsla mümkün deyil.” İmam dedi: “Əgər bunun gəmiyə aid edilməsi mümkün deyilsə, bu aləmdə–göydə və yerdə baş verməsi necə mümkün ola bilər?” Bununla da o bildirmişdir ki, bu aləmdə olanlar arasındakı bağlılıq, habelə bu aləmin dəqiq və kamil biçimdə yaradılması, onun tək olan Xaliq tərəfindən yaradıldığına dəlalət edir.

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"/font]


Geri dön

Səssiz

  • 1 oktyabr 2014 19:00
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
Allah razi olsun bacim

--------------------
Səssiz'liyim

-Kralica-

  • 1 oktyabr 2014 13:16
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
cox tewekkurlerr

--------------------




qirilmis qelb

  • 1 oktyabr 2014 01:44
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
ALLAH razi Olsun

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Tek ve Son

  • 29 sentyabr 2014 12:32
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
Teshekkur.ALLAH Razi olsun.

sevgi dunyamsan

  • 28 sentyabr 2014 10:18
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Sene**bulutlarla**3***kelme**gonderirem
~SENI*****COX*****SEVIREM~
Oxu**ve**bunu**Unutma!

_leka_the_one_

  • 27 sentyabr 2014 23:54
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Rəylər üçün təşəkkür..

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 sentyabr 2014 21:37
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

ヅ Bad Girl ヅ

  • 27 sentyabr 2014 21:13
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

-Kralica-

  • 27 sentyabr 2014 20:54
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}