Meyxanaçı Namiq Qaraçuxurlu toya hazırlaşır.
Sənətçi bu haqda "Starlife" verilişinə açıqlamasında deyib. O, toyun 2015-ci ildə baş tutacağını bildirib:
"Moskvada konsert verəcəm. Hazırda danışıqlar aparılır. Əgər şərtlərlə razılaşsaq, 2015-ci ilin martında orada gözəl bir konsertim olacaq. Şəxsi həyatıma bir az vaxt ayırmağa başlamışam. Konsertdən əvvəl şəxsi məsələmi həll etməliyəm. Oktyabrda Məhərrəmlikdir. O vaxta kimi işlərim çoxdur, çatdıra bilmərəm. Məhərrəmlikdən sonra toy olacaq. Bu da 2015-ci ilə düşəcək. Bəzən yaşlı ifaçılar deyirdi ki, şəxsi həyatı sənətə qurban verdim. Mənə qəribə gəlirdi. İndi görürəm ki, həqiqətən də elədir".
N.Qaraçuxurlu biznesindən də bəhs edib. O, ayaqqabı satışı ilə məşğul olduğunu deyib:
"Mən digərləri kimi biznesimi “bəzəyib-düzəməyəcəm”. Çəkmə satışı ilə məşğul oluram".