İmanın əsasları-8

 
İmanın əsasları-8

Peyğəmbərin (s.a.s) tövhidin toxunulmazlığını qoruması

Altıncı məsələ: Təvəssül

Tərifi: "Təvəssül" vəsilə sözündən əmələ gəlmişdir–insanın öz muradına çatması üçün səy göstərməsinə deyilir.

Şəriətdə isə Allahın buyurduqlarını yerinə yetirib, qadağan etdiklərindən çəkinməklə Onun razılığını və Cənnəti qazanmağa deyilir.

Qurani Kərimdə vəsilə sözünün mənası: Qurani Kərimdə iki yerdə vəsilə sözü işlənmişdir:


1. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız” (əl-Maidə, 35).

2. Uca Allah buyurur: “Onların yalvardıqları məbudların özləri də Rəbbinə–hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir” (əl-İsra, 57).

Hər iki ayədə vəsilə sözünün mənası Allahı razı salacaq əməlləri yerinə yetirməklə Ona yaxınlaşmaq deməkdir. Hafiz İbn Kəsir birinci ayənin təfsirində İbn Abbasın (r.a) belə dediyini rəvayət etmişdir: “Vəsilə yaxınlaşmaq deməkdir.” Bunun bənzəri Mücahid, Əbu

Vail, Həsən əl-Bəsri, Abdullah ibn Kəsir, əs-Suddi, İbn Zeyd və başqalarından da nəql olunmuşdur. ("Təfsir ibn Kəsir", 2/50.)


1. İcazə verilən təvəssül: Burada Quran və Sünnədə əsası olan və şəriətin icazə verdiyi formada təvəssül etmək nəzərdə tutulur. Quran və Sünnədə göstərilən təvəssül formaları caiz, qeyriləri isə qadağan olunmuş hesab olunur. İcazə verilən təvəssül də üç növdür:

Birincisi, Allahın gözəl adları və əzəmətli sifətləri ilə təvəssül etmək. Müsəlman kəs dua etdikdə deyir: “Allahım, Səndən bağışlanmağımı diləyirəm! Axı Sən Mərhəmətlisən, Rəhmlisən!” və ya deyir: “Allahım! Səndən hər şeyi əhatə edən mərhəmətinlə məni bağışlamanı diləyirəm!” Təvəssülün bu növünə dəlil Uca Allahın bu ayəsidir: “Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsilə dua edin” (əl-Əraf, 180).


İkincisi, insanın, hər hansı bir yaxşı əməl vasitəsilə təvəssül etməsidir. Belə olduqda, məsələn, adam deyir: “Allahım, Sənə olan imanıma görə, Sənə olan sevgimə görə, Sənin elçinə etdiyim itaətə görə məni bağışla!”, yaxud deyir: “Allahım, Sənin peyğəmbərin Muhəmmədə (s.a.s) olan sevgimə, bir də ona olan imanıma görə mənim işimi avand et.” Ya da ki, insanın nə vaxtsa etdiyi bir yaxşı əməli xatırlatmaqla təvəssül etməsidir. Buna dəlil olaraq üç nəfərin mağarada qalması hədisini qeyd edəcəyik. Bu növ təvəssülə dəlil Uca Allahın bu ayələridir: “O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!”– deyirlər” (Ali-İmran, 16); “Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!” (Ali-İmran, 53).

Həmçinin dəlil olaraq mağara hədisini də misal göstərmək olar. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki; “Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Sizdən əvvəl yaşamış ümmətlərdən üç nəfər səfərə çıxdı və yolda yağışdan daldalanmaq üçün bir mağaraya çəkildilər. Onlar mağaraya daxil olduqdan sonra dağdan böyük bir qaya parçası yuvarlanıb yerə düşdü və mağaranın ağzını qapadı. Onlar bir-birlərinə dedilər: “Sizi bu qaya parçasından ancaq etdiyiniz yaxşı əməllərinizin vasitəsilə Allaha dua etməyiniz qurtara bilər. Onlardan birisi dedi: “Ey Allahım! Mənim qoca ata-anam var idi. Mən hər axşam onlara süd içirtməmiş nə ailəmə, nə də xidmətçilərimə süd verməzdim. Bir gün mən bir iş dalınca çox uzağa getdim, evə qayıtdıqda ata-anam artıq yatmışdı; mən onlar üçün süd sağıb gətirdım, lakin gəlib onları yatmış gördüm. Mən onlara süd içirtməmiş ailəmə və xidmətçilərimə süd vermək istəmədim. Odur ki, sübh açılanadək əlimdə süd dolu bardaq onların yuxudan oyanmasını gözlədim. Nəhayət, onlar yuxudan oyanıb südlərini içdilər. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu qaya parçasına görə düşdüyümüz çətinlikdən qurtar!” Bundan sonra mağaranın keçidi bir balaca açıldı, lakin onlar bayıra çıxa bilmədilər”. Peyğəmbər (s.a.s) buyurdu: “Digəri dedi: “Ey Allahım! Mənim hamıdan çox sevdiyim bir əmim qızı var idi. Mən onun könlünü ələ almaq istədim, lakin o mənə könül vermədi. Aradan illər keçdi. Nəhayət, quraqlıq ilində o mənim yanıma gəldi və mən ona mənimlə yaxınlıq etmək şərtilə yüz iyirmi dinar təklif etdim. O da buna razılıq verdi. Mən onu ağuşuma aldıqda o dedi: “Haqsız yerə bakirəliyimi pozmağa sənə halallıq vermirəm”. Mən onu ələ almaqla günah qazanacağımdan qorxdum, onu buraxıb getdim, ona verdiyim qızılı da ona bağışladım. Halbuki, o mənim üçün ən əziz insan idi. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düşdüyümüz çətinlikdən qurtar!” Bundan sonra qaya parçası yerindən bir az da tərpəndi, lakin onlar mağaradan çıxa bilmədilər.” Peyğəmbər (s.a.s) buyurdu: “Üçüncüsü dedi: “Ey Allahım! Bir dəfə mən bir dəstə işçi tutdum və onların hamısının zəhmət haqqını verdim. Yalnız biri öz zəhmət haqqını almadan çıxıb getdi. Mən onun zəhmət haqqını işə qoydum və onun malları artdı. Xeyli vaxt keçdikdən sonra həmin adam gəlib dedi: “Ey Allahın qulu, mənim zəhmət haqqımı ver!” Mən ona dedim: “Gördüyün bu dəvələr, inəklər, qoyunlar və kölələr sənin zəhmət haqqındır.” O dedi: “Ey Allahın qulu, mənə istehza etmə!” Mən dedim: “Mən sənə istehza etmirəm.” Bundan sonra adam malların hamısını sürüb apardı və onlardan heç bir şey saxlamadı. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düşdüyümüz çətinlikdən qurtar!” Beləliklə, qaya parçası tamamilə aralandı və onlar oradan çıxıb getdilər.” Hədisi Buxari rəvayət etmişdir. ("Səhih əl-Buxari", 3465.)



Bu növ təvəssülün caiz olmasına dəlil səhabələrin Peyğəmbərin (s.a.s) yanına gələrək onlar üçün ümumi və xüsusi şəkildə dua etməsini istəmələridir. Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) cümə günü xütbə verərkən bir nəfər minbərin qarşısındakı qapıdan içəri daxil oldu və Peyğəmbərlə (s.a.s) üzbəüz durub dedi: “Ya Rəsulullah, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et ki, bizə yağmur endirsin.” Peyğəmbər (s.a.s) əllərini göyə qaldırıb dedi: “Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir!” Vallahi, həmin an biz göydə nə bir bulud, nə bir bulud parçası, nə də başqa bir şey görürdük. Bizimlə Səl dağının arasında nə bir ev, nə də bir koma vardı. Bu vaxt dağın arxasından qalxanabənzər bir bulud göründü. O gəlib göyün ortasına çatdıqdan sonra ətrafa yayıldı və yağış yağmağa başladı. Vallahi, altı gün biz günəşi görmədik. Növbəti cümə günü Peyğəmbər (s.a.s) xütbə verərkən yenə bir nəfər həmin qapıdan içəri daxil oldu və Peyğəmbərlə (s.a.s) üzbəüz durub dedi: “Ya Rəsulullah, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayandırsın. Peyğəmbər (s.a.s) əllərini göyə qaldırıb dedi: “Allahım, yağışı üstümüzə deyil,
Bu hədisin mənası odur ki, xaçpərəstlər İsanı ilahiləşdirdikləri kimi, siz də məni həddindən ziyadə tərifləməyin. Mən Allahın quluyam, odur ki, məni, Rəbbimin məni vəsf etdiyi kimi vəsf edin–Allahın qulu və elçisi deyin. Əfsuslar olsun ki, insanlar zəlalətə düşərək Peyğəmbər (s.a.s) barəsində həddi aşıblar. Nəsranilər İsanı şişirtdikləri kimi bəzi müsəlmanlar da Peyğəmbəri (s.a.s) şişirdərək ondan günahlarının bağışlanmasını, sızıntılarının aradan qaldırılmasını, xəstəliklərinə şəfa verməsini və başqa bu kimi, heç bir şəriki olmayan Tək Allaha xas olan digər əməlləri diləyirlər. Bütün bunlar sözsüz ki, dində həddi aşmaq sayılır.

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"




Geri dön

-Kralica-

  • 1 oktyabr 2014 12:49
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
coox saqolunn

--------------------




qirilmis qelb

  • 1 oktyabr 2014 00:49
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Tek ve Son

  • 29 sentyabr 2014 13:35
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
Teshekkur.ALLAH razi olsun.

-Kralica-

  • 29 sentyabr 2014 13:01
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun

--------------------




✰ღMouRnfuL GirLღ✰

  • 28 sentyabr 2014 20:37
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
°•..•°ღ.Təşəkkürlər Allah razi olsun.ღ°•..•°

--------------------

2-ci kurs telebesi

Kapriznaya Problemka

  • 28 sentyabr 2014 19:57
  • Məqalə: 0
  • Şərh: 286
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
CoX SaDe SanMaYiN Meni...!!! AGliNi ElE AlArAm Ki UrEyInDe UsTuNdE BoNuS GeLeR...!!!

ヅ Bad Girl ヅ

  • 28 sentyabr 2014 18:38
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Mrs.mickey

  • 28 sentyabr 2014 17:51
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Təşəkkürlər..

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

_leka_the_one_

  • 28 sentyabr 2014 17:34
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Buyuruuuuuun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}