İmanın əsasları-9

 
İmanın əsasları-9

buyurmuşdur: “Bu onlara ibadət etmək sayılır.” Hədisi Tirmizi Həsən olaraq, Təbərani isə "Mucəmul Kəbir" əsərində rəvayət etmişdir. ("Sünən ət-Tirmizi", 3095; "Mucəmül kəbir", 17/92.)

Dördüncü növü məhəbbətdə şirkdir. Burada ehtiram göstərməyi, təzim etməyi, zəlil və müti olmağı vacib edən ibadətdə olan məhəbbət nəzərdə tutulur ki, bu da yalnız heç bir şəriki olmayan Allaha yönəlməlidir. Bu məhəbbəti insan Allahdan qeyrisinə bəslədikdə, böyük şirklə Allaha şərik qoşmuş olur. Uca Allah buyurur: “İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür” (əl-Bəqərə, 165).

2. İkinci növ şirk isə kiçik şirkdir. Burada kiçik şirk deyildikdə böyük şirkə aparıb çıxaran, onun baş verməsi üçün vasitə olan, habelə ayələrdə və hədislərdə şirk adlanan, lakin böyük şirkin dərəcəsinə çatmayan əməllər və deyilən sözlər qəsd edilir. Bunu edən şəxsin aqibəti, böyük günah sahibinin aqibəti kimi Allahın istəyinə bağlıdır. Buna bəzi misalları göstərək:

- Az miqdarda riyakarlıq etmək. İmam Əhməd və digərləri Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişlər: “Sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir.” Onlar soruşdular: “Kiçik şirk nədir, ya Rəsulullah?” Rəsulullah (s.a.s) buyurdu: “Bu, riyakarlıqdır. Uca Allah Qiyamət günü insanları mükafatlandıracağı zaman belə buyuracaq: “Dünya həyatında ikən əməllərinizi göstərdiyiniz kəslərin yanına gedin, qoy sizin mükafatınızı onlar versin.” ("Müsnəd Əhməd", 5/428.)

- “Allah və sən istədin“ ifadəsidir. Əbu Davud "Sünən" əsərində Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Allah və filankəs istədi”– deməyin, “Allah, sonra da filankəs istədi”– deyin.” ("Sünən Əbu Davud", 4980.)

- “Allah və filankəs olmasaydı” və ya, məsələn, “ördək olmasaydı, oğrular gələrdi”– deməkdir. İbn Əbu Hatim öz "Təfsir"ində İbn Abbasdan Uca Allahın “Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın” (əl-Bəqərə, 22) ayəsi barəsində demişdir: “Bu ayədə tay deyildikdə qaranlıq bir gecədə qara daşın üzərindəki qarışqanın yerişindən də gizli olan şirk nəzərdə tutulur. Məsələn, biri deyir: “Ey filankəs! Allaha, sənin və mənim canıma and olsun”, yaxud “bu it və ya ördək olmasaydı, evimizə oğrular gələrdi”. Bir də insanın öz dostuna: “Allah və sən istədin”, yaxud “Allah və filankəs olmasaydı” deməsidir. Odur ki, filankəsi bu işə aid etmə. Çünki bütün bunlar şirk hesab olunur. ("Təfsir İbn Əbu Hatim", 1/62.)

Böyük şirklə kiçik şirk arasında olan fərq

Böyük şirklə kiçik şirk arasında bir çox fərqlər vardır. Onların ən mühüm olanlarını qeyd edirik:

1) Böyük şirki Allah yalnız tövbə vasitəsilə bağışlayır, kiçik şirk isə Allahın istəyinə bağlıdır.

2) Böyük şirk bütün əməlləri batil edir, kiçik şirk isə yalnız içərisində olduğu əməli batil edir.

3) Böyük şirk insanı İslam ümmətindən çıxarır, kiçik şirk isə çıxarmır.

4) Böyük şirk sahibi əbədi olaraq Cəhənnəmdə qalacaq və Cənnətdən məhrum olacaq, kiçik şirk isə digər günahlar kimidir.

İkinci məsələ: Küfr

Tərifi: Lüğəti mənada küfr örtmək deməkdir.

Şəriətdə isə təkzib edib-etməməkdən asılı olmayaraq Allaha və Onun rəsuluna iman gətirməməyə, həmçinin, onlara şəkk və şübhə

içində iman gətirməyə, habelə həsəd, təkəbbürlük və risalətə tabe olmaqdan yayındıran bəzi nəfsani istəklər üzündən Allaha və Peyğəmbərinə (s.a.s) imandan üz döndərməyə küfr deyilir.
Küfrün növləri

Küfr iki növdür: böyük küfr və kiçik küfr.

Böyük küfr sahibini əbədi Cəhənnəmə vasil edir. Kiçik küfr edən isə əbədi olmayan əzaba layiqdir. Böyük küfr beş növdür:

1. Təkzib küfrü: Bu növə peyğəmbərləri yalan saymaq aiddir. Kim zahiri və ya batini olmasından asılı olmayaraq, peyğəmbərlərin gətirdikləri vəhyi yalan sayarsa, küfr etmiş olur. Uca Allah buyurur: “Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?” (əl-Ənkəbut, 68).

2. İmtina və təkəbbürlük küfrü: Bu, Peyğəmbərin (s.a.s) düz danışan olduğunu və onun gətirdiyinin Allah tərəfindən haqq olduğunu bilə-bilə inadkarlıq və təkəbbürlük üzündən ona itaət etməməyə deyilir. Uca Allah buyurur: “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu” (əl-Bəqərə, 34).

3. Şübhə və tərəddüd küfrü: Bu, peyğəmbərlərə yəqinliklə iman gətirməməyə deyilir. Buna yəqinliyin əksi olan zənn küfrü də deyilir. Uca Allah buyurur: “O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram!” (əl-Kəhf, 35-38).



Şirk, küfr və onların növləri

Heç şübhəsiz ki, hər bir müsəlmana şirk və küfr anlayışını, onların yaranma səbəblərini, onlara aparan yolları və onların növlərini

öyrənmək çox faydalıdır. Bunları bilən kəs onlardan yaxa qurtarmağa çalışır, nəticə etibarilə isə şərdən qorunmağa və salamatlığa qovuşmağa nail olur. Pak və müqəddəs Allah sevir ki, insan haqqa aparan yolu öyrənib onu sevsin və ona yönəlsin, habelə sevir ki, insan batil yolları öyrənib ondan uzaqlaşsın və ona nifrət etsin. Hər bir müsəlmandan haqq yolunu öyrənib ona əməl etmək tələb olunduğu kimi, şər yolunu öyrənmək də tələb olunur. Buxari və Muslimin "Səhih" əsərlərində Huzeyfə ibn Yəmənin (r.a) belə dediyi rəvayət olunur: “İnsanlar Peyğəmbərdən (s.a.s) xeyirxah işlər barədə soruşardılar, mən isə ondan şər əməllər barəsində soruşardım ki, xətəri mənə dəyməsin.” ( "Səhih əl-Buxari", 7084; "Səhih Muslim", 1847.)

Ömər ibn Xəttab (r.a) demişdir: “İslamda cahilliyyin nə olduğunu bilməyən insanlar yetişdiyi zaman, İslamın ipi lif-lif qırılıb dağılacaq.”

Qurani Kərim şirk və küfrün nə olduğunu izah edən, onlardan çəkinməyi əmr edən və bunlara uyan kimsələrin aqibətinin həm bu dünyada, həm də axirətdə pis olduğunu göstərən ayələrlə doludur. Hətta deyə bilərik ki, Qurani Kərimin və pak Sünnənin əsas məramı da məhz budur. Uca Allah buyurur: “Günahkarların tutduğu yolun aydınlaşdırılması üçün Biz ayələrimizi beləcə bir-bir izah edirik” (əl-Ənam, 55).

Aşağıda bununla bağlı bəzi məsələləri qeyd etmək istəyirik.

Birinci məsələ: Şirk

Tərifi: Lüğəti mənada şirk iki şeyi bir-birinə bərabər tutmağa deyilir.

Şəriətdə isə bunun iki mənası vardır: ümumi və xüsusi mənası. Ümumi məna pak və müqəddəs Allaha xas olan məsələlərdə başqalarını Ona tay tutmaqdır. Bunun da üç növü vardır. Birinci növü Rübubiyyətdə şirkdir. Bu, yaratmaq, ruzi vermək, öldürmək, diriltmək və başqa bu kimi rübubiyyətə xas məsələlərdə başqalarını Allaha tay tutmağa və ya həmin məsələlərdən hər hansı birini Ondan qeyrisinə mənsub etməyə deyilir. Uca Allah buyurur: “Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz!” (Fatir, 3).

İkinci növü Ad və sifətlərdə Allaha şərik qoşmaqdır. Bu barədə Uca Allah buyurur: “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir” (əş-Şura, 11).

Üçüncü növü üluhiyyətdə şirkdir–namaz, oruc, dua, kömək istəmək, qurban kəsmək, nəzir demək və başqa bu kimi üluhiyyətə xas məsələlərdə Allaha şərik qoşmağa deyilir. Uca Allah buyurur: “İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər” (əl-Bəqərə, 165).

Xüsusi məna isə Allahdan qeyrisini tanrı qəbul edib ona Allaha dua etdiyi kimi dua etmək, ondan Allahdan şəfaət dilədiyi kimi şəfaət diləmək, ona Allaha ümid bəslədiyi kimi ümid bəsləmək və onu Allahı sevdiyi kimi sevməkdir. Quran və Sünnədə "şirk" kəlməsinə rast gəldikdə ilk olaraq bu məna başa düşülür.
Allaha şərik qoşmağın pis əməl olduğuna dair dəlillər və onun təhlükəli olmasına izahı

Allaha şərik qoşmağın pis və təhlükəli əməl olmasına dair, habelə ondan çəkinmək barəsində, üstəlik müşriklərin həm bu dünyada, həm də Axirətdə aqibətlərinin pis olmaları haqqında Quran və Sünnədə fərqli-fərqli dəlillər vardır.

1. Pak və müqəddəs Allah xəbər vermişdir ki, Ona şərik qoşan kimsəni ölümündən qabaq tövbə etməyincə əsla bağışlamayacaqdır.

Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan kiçik olan günahları isə istədiyi kimsəyə bağışlayar” (ən-Nisa, 48).

2. Başqa bir ayədə isə Allah şirkin ən böyük zülm olduğunu bildirərək buyurur: “Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!” (Loğman, 13).

3. Digər bir ayədə Uca Allah şirkin əməlləri batil etdiyini bildirərək buyurur: “Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan” (əz-Zumər, 65).

4. Başqa bir ayədə Uca Allah bildirir ki, şirk, aləmlərin Rəbbi olan Allaha qarşı edilən bir haqsızlıq və başqasını Ona bərabər tutmaqdır. Uca Allah buyurur: “Onlar orada höcətləşərək deyərlər: “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik-o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq” (əş-Şuəra, 96-98).

5. Allah həmçinin xəbər vermişdir ki, Ona şərik qoşduğu halda ölən kimsə əbədi olaraq Cəhənnəm odunda qalacaqdır: “Həqiqətən

də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır” (əl-Maidə, 72).


Şirkin kökü və onun insanlar arasında baş verməsinin əsas səbəbi onların əməlisaleh kəslər barədə ifrata varmaqları, onları mədh edib təriflərdikdə hədlərini aşmaları olmuşdur. Uca Allah buyurur: “Onlar özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!” Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma” (Nuh, 23-24). Bu adlar Nuhun qövmündən olan əməlisaleh kəslərin adlarıdır.

Onlar öldükdə qövmü onlara heykəl qoymuş, üstəlik onları uca tut- maq, xatirələrini əbədiləşdirmək və onların fəzilətini hər zaman xatırlamaq üçün bu heykəllərə həmin şəxslərin adlarını vermişdilər. Nəhayət, iş o yerə gəlib çatdı ki, onlar həmin heykəllərə sitayiş etməyə başladılar. Bunu İbn Abbasın (r.a) bu rəvayəti təsdiq edir: “Nuh qövmünün tapındığı bütlər sonradan ərəblər arasında meydana gəldi. Vədd, Kilab və Dovmətul-Cəndəl qəbilələrinin, Suva isə Huzeyl qəbiləsinin tapındığı bütlərə çevrildi. Yəğusa gəlincə, ona əvvəlcə Murad qəbiləsi, sonra isə Səba yaxınlığındakı Couf deyilən yerdə yaşayan bənu Ğətif qəbiləsi tapınmağa başladı. Yəuqa isə, Həmdan qəbiləsi sitayiş edirdi. O ki qaldı Nəsrə, o da himyərlilərdən Zul-Kəla ailəsinin tapındığı bütə çevrildi. Bunlar Nuh qövmündən olan əməlisaleh kəslərin adları idi. Onlar öldükdə şeytan onların qövmlərinə vəsvəsə etdi ki, heykəl düzəldib onların oturub-durduqları yerlərə qoysunlar və bu heykəllərə onların adlarını versinlər. O zaman insanlar hələ onlara tapınmırdılar. Həmin nəsil ölüb getdikdən və elm (Yəni bu heykəllərin nə məqsədlə qoyulduğu barədə olan elm) aradan qalxdıqdan sonra insanlar həmin heykəllərə tapınmağa başladılar.” ( "Səhih əl-Buxari", 4920.)

İbn Cərir ət-Təbəri Nuhun qövmü ilə bağlı “Öz məbudlarınızı tərk etməyin...” ( "Nuh" surəsi, 23.) ayəsi barəsində Muhəmməd ibn Qeysin belə dediyini nəql etmişdir: “Onlar Adəm oğullarından olan əməlisaleh kimsələr idilər və onların yolunu tutub gedən ardıcılları var idi. Onlar öldükdə onların yolunu gedən dostları: “Biz onların rəsmlərini çəksək, hər dəfə onları gördükdə bu bizi ibadət etməyə həvəsləndirər”–dedilər və onların rəsmlərini çəkdilər. Onlar öldükdən sonra növbəti nəsil gəldi və İblis yavaş-yavaş onlara yaxınlaşıb dedi: “Sizdən əvvəlkilər onlara ibadət edər və bunun sayəsində göydən onlara yağış yağardı.” Beləliklə, onlar həmin heykəllərə ibadət etməyə başladılar.” ("Təfsir ət-Təbəri", 12/254.) Bununla da iki cür fitnəni cəm etmiş oldular: Birinci, onlar bu əməlisaleh bəndələrin qəbirlərinin başına yığışmağa başladılar. İkinci, onların rəsmlərini çəkib məclislərinə qoyar və onların yanında oturardılar.


dətin elə özüdür.” Hədisi Əhməd və Tirmizi rəvayət etmiş və Tirmizi bu hədisin “həsən səhih” olduğunu söyləmişdir. ("Müsnəd Əhməd", 4/267; "Sünən ət-Tirmizi", 2969.) Uca Allah buyurur: “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər” (Ğafir, 60). Əgər duanın ibadət olması məlumdursa, deməli onu Allahdan başqasına etmək də şirk sayılır. Peyğəmbərə, övliyaya, mələyə, qəbirə və ya digər məxluqlara dua edən kəs müşrik və kafir hesab olunur. Uca Allah buyurur: “Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!” (əl-Muminun, 117). Duanın ibadət və Allahdan qeyrisinə edilməsinin isə şirk olmasına başqa bir dəlil Uca Allahın bu ayəsidir: “Onlar gəmiyə mindikləri zaman dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar” (əl-Ənkəbut, 65).



Geri dön

-Kralica-

  • 1 oktyabr 2014 12:48
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
coxx saqolunnn

--------------------




qirilmis qelb

  • 1 oktyabr 2014 00:48
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
Ellerivize sagliq Allah razi olsun

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Tek ve Son

  • 29 sentyabr 2014 13:36
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
ALLAH razi olsun.

-Kralica-

  • 29 sentyabr 2014 13:02
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun

--------------------




✰ღMouRnfuL GirLღ✰

  • 28 sentyabr 2014 20:36
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
°•..•°ღ.Təşəkkürlər.ღ°•..•°

--------------------

2-ci kurs telebesi

Kapriznaya Problemka

  • 28 sentyabr 2014 19:56
  • Məqalə: 0
  • Şərh: 286
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
CoX SaDe SanMaYiN Meni...!!! AGliNi ElE AlArAm Ki UrEyInDe UsTuNdE BoNuS GeLeR...!!!

ヅ Bad Girl ヅ

  • 28 sentyabr 2014 18:37
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Mrs.mickey

  • 28 sentyabr 2014 17:51
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Təşəkkürlər..

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

_leka_the_one_

  • 28 sentyabr 2014 17:39
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Buyuruuuuuun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 38

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}