Bu gün ağladım

 
Bu gün ağladım


Aylar sonra ilk dəfə ağladım. İlk dəfə bir-iki damla yaş axdı gözümdən. Səbəbini bilmədim. Qəlbimin dərinliyində bir özləm, bir sıxıntı var idi. Aşkar edə bilmədim.
Aylar sonra ilk dəfə ağladım. Sanki nostalji hisslərimə qapıldım. Köhnə günlərçün, köhnə dostlarçun, bəlkə də məktəbli vaxtlarımçun darıxdım. Aşkar edə bilmədim.
Bu gün ağladım mən. Yalan gülüşlərə inad olsun deyə. Saxtakarlara ar olsun deyə ağladım. Unutdum bu günlük özümü. Atdım qüruru.


....Qaçdığım reallıqlarla üzləşdim bu gün... və ağladım. Qulaq tıxadıqlarımı bir-bir özümə dedim və qəbul etdim. Doğruları, yanlışları ayırdım. Qəlbimin səsini və ağlımın dediyini eşitdim. Ağlıma qulaq asdım.
Düşünmək istəmədiklərimi bir anlıq düşündüm. Qorxmadım həmişəki kimi düşünməkdən bu gün. Düşündüm və nəticə çıxartdım. Bir il bundan əvvəlki həyatıma, bir də bu keçən bir ilimə baxdım. Fərqləri gördüm.




Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 64

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 18
Cəmi: 663
 
aytc.sza
Xəbərləri: 16
Cəmi: 279
 
Darling
Xəbərləri: 6
Cəmi: 1060
 
Elya Alieva
Xəbərləri: 4
Cəmi: 153
 
Türkan_
Xəbərləri: 2
Cəmi: 2
 
poetry
Xəbərləri: 2
Cəmi: 15
 
ZuZuM__
Xəbərləri: 1
Cəmi: 432
 
ffx
Xəbərləri: 1
Cəmi: 1
 
Ayxan_007
Xəbərləri: 1
Cəmi: 28
 
♔Hе важно∞
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}