İmanın əsasları-11

 
İmanın əsasları-11

Ad və sifətlərin tövhidi Müqəddimə
Allahın ad və sifətlərinə iman gətirmək və bunların müsəlmanın davranışına təsiri


Allahın ad və sifətlərinə iman gətirməyin müsəlmana və onun Rəbbinə etdiyi ibadətə çox böyük müsbət təsiri vardır. Bu iman müsəlmanın qəlbində, Allaha təvəkkül edib, Ona güvənmək, yalnız Allahın razı qalacağı əməllər barəsində düşünərək bədən üzvlərini, qəlbinin düşüncələrini və ürəyinin səsini qorumaq, Allah üçün sevmək, Onu eşitmək və görmək, habelə Allahdan diləmək və Onun barəsində gözəl zəndə olmaq kimi dərin mənalar buraxır. Bu mənalar insanlar arasında fərqli şəkildə həm zahiri, həm də batini ibadətlərin artmasına səbəb olur. Bu Allahın lütfüdür və O bu lütfünü istədiyinə verir. Misal üçün, Allahın “əl-Ğaffər”, yəni bağışlayan adının insanın Onu sevməsinə və Onun mərhəmətindən ümidini üzməməsinə böyük təsiri vardır. Onun “Şədidul-iqab”, yəni şiddətli əzab verən adının da insanın Allahdan qorxub ona qarşı günah işlətməyə cürət etməməsinə böyük təsiri vardır. Bu minvalla hər bir ad və sifətin mənalarının müvafiq olaraq insanın davranışına, onun Allahın qanunlarına riayət etməsinə və Onu sevməsinə bilavasitə müsbət təsiri vardır.

Allah sevgisi də müsəlmanın dünya və axirət səadətinə nail olmasına və böyük bir xeyrə çatmasına gətirib çıxarır. Həmçinin, Allah
sevgisi qulun öz Rəbbinə mükəmməl şəkildə ibadət etməsi üçün ən böyük yardımdır və o hər bir xeyir qapısının açarıdır. Belə ki, zahiriəməllər, qəlbdə olan Allah sevgisinə uyğun olaraq insanın nəfsinə ya yüngül, ya da ağır gəlir. Müsəlmanın hər hansı əməli mükəmməl və Allahın istədiyi formada etməsi üçün ilk öncə Onu qəlbində sevməsi gərəkdir. Allahı sevmək üçün isə Onun ad və sifətlərini yaxşıca bilmək lazımdır. Məhz buna görə də Allaha ən çox ibadət edən insanlar, Onu ən çox sevib və ən yaxşı tanıyan peyğəmbərlər olmuşdur.


Birinci qaydaya dəlillər: Allahı məxluqlara bənzətməkdən həzər etmək. Uca Allah buyurur: “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir” (əş-Şura, 11). Ayə həm Yaradanla məxluqları istənilən şəkildə bir-birinə oxşatmaqdan çəkinməyi, həm də Allahın eşitmək və görmək sifətini isbat edir. Bu iki məsələnin ardıcıl qeyd olunması onu göstərir ki, məxluqatın əksəriyyətinin eşitmə və görmə sifətlərinə malik olmalarına baxmayaraq Allahın eşitmə və görmə sifətləri onların eyniadlı sifətlərinə əsla bənzəmir. Eşitmə və görmə sifətləri barəsində deyilənlər digər sifətlərə də şamil olunur. Uca Allah buyurur: “Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir” (Mücadələ, 1). İbn Kəsir bu ayənin təfsirində bu hədisi qeyd etmişdir: Buxari tövhid kitabında, İmam Əhməd isə Müsnəd əsərində Aişənin (r.a) belə dediyini rəvayət etmişlər: “Hər bir şeyi eşidən Allaha həmd olsun! Əri barəsində mübahisə edən qadın gəlib Peyğəmbərə (s.a.s) şikayət edərkən mən evin digər tərəfində olduğum üçün heç nə eşitmirdim. Amma Uca Allah:“Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi” ayəsini nazil etdi.” ("Təfsir İbn Kəsir", 8/60.)

İkinci qaydaya dəlillər: Yəni Allahın Quran və Sünnədə varid olan bütün ad və sifətlərinə iman gətirmək. Uca Allah buyurur: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur” (əl-Bəqərə, 255). Həmçinin buyurur: “Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir” (əl-Hədid, 3). Həmçinin buyurur: “O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır.


Sünnədən isə buna dəlil olaraq Muslimin "Səhih" əsərində Əbu Hureyradan (r.a) rəvayət etdiyi hədisi göstərmək olar. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) birimiz yatağına uzandıqda belə deməyi buyurardı: “Allahım! Yeddi qat səmanın Rəbbi, yerin Rəbbi, böyük Ərşin Rəbbi, bizim Rəbbimiz və hər şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çatladan, Tövratı, İncili və Furqanı nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir heyvanın şərindən Sənə sığınıram. Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən batində heç nə yoxdur, Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar.” ("Səhih Muslim", 2713.)


Geri dön

^^FiDaNKa^^

  • 1 oktyabr 2014 19:12
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
TeWeKKuR EDiReM

Səssiz

  • 1 oktyabr 2014 19:03
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun gozel bacim

--------------------
Səssiz'liyim

-Kralica-

  • 1 oktyabr 2014 12:22
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
cox saqolun

--------------------




Tek ve Son

  • 1 oktyabr 2014 09:02
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
Teshekkur.ALLAH razi olsun.

qirilmis qelb

  • 30 sentyabr 2014 23:31
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Айка

  • 30 sentyabr 2014 18:38
  • Məqalə: 0
  • Şərh: 151
  • Bal:
{awards}
Аллан яазы олсци

--------------------
heyatima anlam qatiram...... ♥ ████████_________| %50 Loading...

вคɴค iкiмizi คɴlคт ❤

  • 30 sentyabr 2014 00:25
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

ヅ Bad Girl ヅ

  • 29 sentyabr 2014 22:41
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

-Kralica-

  • 29 sentyabr 2014 20:42
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 27

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}