Sonun başlanğıcı

 
Sonun başlanğıcı

Bəzən qarşındakına olan hirs bürüyər gözünü. Ondan qisas almaq istəyərsən.Ya da hər şeyin bitdiyinə inandırarsan özünü. Nur çox ağır zamanlar keçirirdi.Onun üçün həyat sönmüşdü . Bu dəqiqə hər şeylə razılaşmağa hazır idi. Əkbərin keçmişini unutmasına bəs etməmişdi onun sevgisi. Nə unuda bilirdi, nə də yenidən başlamaq olurdu. Vəfa xanım bir qədər pafosdan sonra dilləndi.
-Qızım artıq ikinci kurssan.Böyük qız olmusan.Atanın ailəvi dostlarının oğlu Tural sənə elçi düşmək istəyir.Yaxşı da oğlandı.Sənə korluq çəkdirməz.Sabah axşam elçi gələcəklər.Biz razıyıq sənin də fikrini öyrənmək istəyirik.
-Nə bilirsiniz edin- Nur solğun tərzdə bu sözləri söyləyib otağına qalxdı. Bu otaq artıq onun qaranlıq dünyası olmuşdu. Divarlar şərik olacaqdı sanki acısına. Əkbərli günləri düşünüb düşünüb ağlayırdı sadəcə.Onu çıxara bilmirdi ağlından, ürəyindən ...Əkbər isə ürəyinə daş bağlamış onu özündən uzaqlaşdırmağa çalışırdı. Amma onu itirməyə dözə bilməzdi.
Nur bu gün dərsə getməmişdi. Axşam elçiləri gələcəkdi.Heç Turalı tanımırdı da. Amma Əkbərə olan hirsi onu buna məcbur etmişdi. Keyimişdi sanki.O Əkbərin olmalı idi . İndi ona başqa gözlərmi baxacaqdı? Başqa əllərmi toxunacaqdı? Axşam oldu .Elçilər gəlmişdi artıq.Nur çox həvəssiz idi. Oğlanın heç üzünə də baxmadı. Otağına qapatdı özünü.Öz inadına qalib gələ bilmirdi amma içində bir ümid atası bəlkə verməz deyə işıldayırdı.Taa ki, Allah xeyirli etsin sözünü eşidənədək.Sanki həyat onun üçün sönmüşdü. Boşluqda hiss edirdi özünü.Havası çatmırdı. 1 həftəyə nişanlanacaqdı. Dərsə gedib gəlirdi Əkbəri görsə də ona çox hirsli idi. Ürəyində isə "mən nişanlanacam.Səni çox sevdim ." Söyləyirdi.Hər ikisi üçün çox çətin idi .
1 həftə keçmişdi artıq.Nuun nişan günü idi.Heç üzü gülmürdü. Sanki bu onun nişanı deyildi.Tural da həvəssiz idi.Ailəsinin məcburiyyətindən Nuru seçmişdi.Onun da sevdiyi var idi. Nişan bitmişdi.Anar Əkbərə Nurun nişanlandığını söyləyəndə onun halını təsəvvür etmək mümkün deyildi. Sanki yıxılmışdı dünya başına . Əsəbi idi Nura .Axı onu necə bu qədər tez unutmuşdu? Artıq Nura olan sevgisi nifrətlə əvəzlənmişdi. Əməllərindən peşman olan Jalə isə düşünüb daşınaraq Nurla danışmaq qərarına gəlir. Zənglərinə cavab verməyəcəyini bilib Nurgilə üz tutur. Vicdanını rahatlaşdırmaq istəyirdi.Nur qapını açdığında qarşısındakı sanki əmisi qızı Jalə deyildi. O Jaləni dinləmədən otağına keçir. Jalə evdə heç kimin olmadığını görüb onun arxasınca gedir.
-Nur məni dinlə.Inan ki bir də narahat etmərəm səni.
-Onu verdim sənə! Nişanlıyam mən gedin rahat sevişin.
-Səhv edirsən Nur.O gecə Əkbəri mən məcbur etdim.O içkili idi sadəcə söhbət etməkçün gəlmişdi.
-Bunu Əkbərin tapşırığı ilə edirsənsə, yersizdir.Bitdi bizimki...
-Ayanın canına and olsun düz deyirəm. Əkbərlə barış.Qiymətini bil onun.Mən etdiyim səhvi etmə.
-...
-Gedirəm yaxşı düşün.
Nur Jalə getdikdən sonra bilmədi sevinsin yoxsa ağlasın.Əkbərin günahsız olduğunu biləndə ona inanmadığı üçün özünə əsəbləşdi.Amma deyəsən gec idi.O artıq başqasına nişanlanmışdı...
.

.
Əkbər isə Nurun nişanlandığını öyrənən gündən içirdi. Günlər beləcə keçdi.O Nur üçün çox darıxırdı.Onun olmalı idi Nur. Amma ona şans vermədən, dinləmədəən tərk etmişdi onu. Bir gün maşınla Nurgilin yaxınlığındakı məhlələrdən birindən keçirdi.O uzaqdan Nuru gördü.Iki nəfər əlindən çantasını almağa çalışırdı. Sonda isə Nura nəsə oldu və o yerə sərildi.Əkbər sürəti artırıb tez onun yanına getdi.Aman Allah Nur qanlar içində idi.O həmin adamları tutmaq istəsə də ilk öncə Nuru xəstəxanaya çatdırmalı idi. Nur gözlərini açıb Əkbəri başının üstündə gördü.Dodaqları qaçmışdı.Sevdiyinin qolları arasında idi.Əkbər onu qucağına alıb maşına doğru apardı. Maşını çox sürətlə idarə edirdi. "Dayan Nurum , az qaldı" ..
20 dəqiqə sonra artıq xəstəxanada idilər.O Nuru qucağına alaraq içəri daxil oldu.Həkimlər onu əməliyyat masasına apardılar.O dizləri üstə çöküb qalmışdı.Nurun telefonu cibində olduğundan Əkbərdə qalmışdı.Anası dayanmadan zəng edirdi.Sonra adı qeyd olunmamış nömrədən dəfələrlə zəng gəldi.Nəhayət özünü toparlayıb telefonu açdı. "Alo Nurum?" Bu oğlan səsi idi. Əkbər artıq zənn etmişdi nişanlısı olduğunu.Əsəbdən damarları üzə çıxmışdı.Bir qədər dişini bir-birinə sıxıb susduqdan sonra xəstəxanın ünvanını söyləyib zəngi sonlandırdı.Axı ona Əkbərdən başqası necə Nurum deyə bilərdi?!Bir azdan Nurun ailəsi və nişanlısı xəstəxanada idilər.Tural Əkbəri kənara çəkib "etdiyin yaxşılıq üçün sağ ol əvəzində nə qədər istəsən maddi yardım edərəm" deyib guya təşəkkürünü bildirdi. Əkbər artıq Özünü saxlaya bilməyib Turala bir yumruq ilişdirib xəstəxananı tərk etdi.Üzünü xəstəxanaya dönüb " mənim olmadın.Amma torpağın da olma.Sənin olmadığın dünya dar gələr mənə" ürəyində bu sözləri deyib maşına mindi.Maşın sürətlə uzaqlaşdı binadan.
Nurun əməliyyatı uğurla bitmişdi. 1-2 saatdan sonra onu palataya köçürdülər.Leyla yanında idi. O gözlərini açar-açmaz Əkbərin adını sayıqladı. Leyla onun əlindən tutub dolmuş gözləri ilə onu izləyirdi. Nur üzünü dönüb barmağındakı üzüyə baxdı daha sonra isə gözünü pəncərəyə zillədi....

"Əkbər bəy bunları sizin hazırlanmanızı istədi" Əkbər bəy ! Əkbər... Bu o ola bilərdi ? Bəlkə başqa Əkbər idi? Düşüncələr məni o qədər sıxırdı ki, masanın üzərindəki sənədlər tam yadımdan çıxmışdı. Bunları hazırlamamış evə gedə bilməzdim.Axşam düşür , iş saatı bitirdi.Hər kəs şirkəti bir-bir tərk edirdi.Sənədləri bitirməmiş gedə bilməzdim.Evə zəng edib işimin çox olacağını bildirib başımı sənədlərə qatdım.Artıq saat 11 idi.Deyəsən müdir də kabinetindən çıxmamışdı.Katibənin iş vaxtı bitdiyi üçün hazırladığım sənədləri kabinetə mən aparmalı idim. Əslində bu mənim üçün fürsət idi.Müdirin Əkbər olub olmamısını bilmək üçün. Amma addımlarım kabinetə yaxınlaşdıqca ürəyim daha sürətlə döyünməyə başladı. Qapını döyüb içəri keçdim. Üzünü pəncərədən çölə tutub bir nöqtəyə zillənmiş gözlərini çəkmirdi.Əlində nəsə içki var idi. Başına çəkib yenə pəncərəyə baxmağa davam etdi.Boyundan qamətindən eyni Əkbər idi .Əmin olmaq üçün üzünü
görməli idim .
- Mən....
Sözümü tamamlamamış əli ilə sus işarəsi göstərdi...
Eyni onun səs tonu ilə "Nurlana Əlizadə" deyib üzünü mənə döndü...

Sonun başlanğıcı


Geri dön

^^FiDaNKa^^

  • 1 oktyabr 2014 19:07
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
TeWeKKuR EDiReM

-Kralica-

  • 1 oktyabr 2014 12:08
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
oxumadim twkler

--------------------




Tek ve Son

  • 1 oktyabr 2014 09:28
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
Teshekkur.

Mrs.mickey

  • 30 sentyabr 2014 23:12
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Təşəkkürlər..

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

qirilmis qelb

  • 30 sentyabr 2014 22:59
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
Ellerivize sagliq

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 30 sentyabr 2014 18:51
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
tewekkur...

--------------------
(^_*)

ヅ Bad Girl ヅ

  • 30 sentyabr 2014 18:43
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

G♥S

  • 30 sentyabr 2014 16:05
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
...Tewekkurler...

--------------------

-Kralica-

  • 30 sentyabr 2014 14:13
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tewekkurler can

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 31

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}