İmanın əsasları-12

 
İmanın əsasları-12

[center]Quran və Sünnə işığında ad və sifətlərin isbatı üçün tətbiqi misallar

Quran və Sünnədə Allahın ad və sifətlərinin isbatına dair bir çox məqamlarda müxtəlif tərzdə çoxlu dəlillər vardır. Kitab və Sünnə ilə sabit olmuş Allahın ad və sifətləri çoxlu saydadır. Bu ad və sifətlər barəsində çoxlu sayda kitablar yazılmışdır. Həmin ad və sifətlərdən

bəzilərini qeyd etmək istəyirik.

Allahın adlarından bəziləri

əl-Həyy (əbədi Yaşayan) və əl-Qəyyum

Quran və Sünnədə buna dair çoxlu dəlillər vardır. Uca Allah buyurur: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (əl-Bəqərə,255). Sünnədən dəlilə gəlincə, Ənəs ibn Malik (r.a) rəvayət etmişdir ki,

bir dəfə Peyğəmbərlə (s.a.s) birlikdə bir yerdə idik. Aramızda olan bir kişi namaz qılırdı. O ruku etdi, sonra səcdə etdi, sonra təşəhhüdü oxudu, sonra da dua edib dedi: “Allahım Sənə yalvarıram! Həmd Sənədir. Səndən başqa məbud yoxdur. Ey göyləri və yeri Yaradan! Ey əzəmət və ehtiram sahibi! Ey Yaşayan, ey Qəyyum!” Bu zaman Peyğəmbər (s.a.s) buyurdu: “O Allahın ən əzəmətli adı vasitəsilə Ona dua etdi, elə bir adla ki, onunla dua edib istəyənin, istəyini Allah verər.” ( "Müstədrək əl-Hakim", 1856.)

əl-Həmid (Tərifəlayiq)

Uca Allah buyurur: “Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir” (əl-Bəqərə, 267).

Kəb ibn Ucranın (r.a) təşəhhüd barədə rəvayət etdiyi hədisdə deyilir ki, Peyğəmbər (s.a.s) onlara təşəhhüdü öyrədərək belə demələrini

buyurmuşdur: “Allahım, İbrahimə və Onun ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və onun ailəsinə də xeyir-dua ver; şübhəsiz ki,

Sən Tərifəlayiqsən, şan-şöhrətlisən.” ("Səhih əl-Buxari", 3370; "Səhih Muslim", 406)

ər-Rəhman və ər-Rəhim (Mərhəmətli və Rəhmli)

Uca Allah buyurur: “Həmd olsun aləmlərin Rəbbi Allaha, Mərhəmətli və Rəhmliyə” (əl-Fatihə, 2-3).

Sünnədən dəlil isə Peyğəmbərin (s.a.s) Hudeybiyyə sülhü günü müşriklərlə sülh sazişi bağlayarkən sazişin əvvəlinə "Bismilləhir-Rəhma-

nir-Rəhim" sözlərini yazmağı əmr etməsidir. ("Səhih əl-Buxari", 2731.)

əl-Həlim

Uca Allah buyurur: “O, Həlimdir, Bağışlayandır” (əl-Fatir, 41).

İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) çətinliyə düşəndə belə dua edərdi: “Allahdan başqa ibadət haqqına malik məbud yoxdur, O, Əzəmətlidir, Həlimdir.” ( "Səhih əl-Buxari", 6345; "Səhih Muslim", 2730.)

Allahın sifətlərindən bəziləri

Qüdrət

Bu, Allahın zatı sifətidir və buna Quran və sünnədə dəlillər vardır. Zat sözünün mənası isə sifətin Allahdan ayrılmaz bir sifət olması

deməkdir. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah hər şeyə qadirdir” (əl-Bəqərə, 20).

Osman ibn Əbul-Asdan (r.a) rəvayət olunur ki, bir dəfə o, İslamı qəbul edəndən bəri bədənində hiss etdiyi bir ağrıdan Peyğəmbərə (s.a.s) şikayət etdi. Peyğəmbər (s.a.s) dedi: “Əlini bədəninin ağrıyan yerinə qoyub üç dəfə: “Bismillləh!”–de və yeddi dəfə də:“Hiss etdiyim və həzər etdiyim ağrının şərindən Allahın İzzət və Qüdrətinə sığınıram”– de.” ("Səhih Muslim", 2202.)

əl-Həyat

Bu da Allahın zatı sifətlərindən biridir. Əl-Həyat sifəti Onun əl-Həyy adından qaynaqlanır. Bu barədə dəlilləri qeyd etmişik.

əl-Elm

Bu sifət də Allahın zatı sifətlərindəndir. Buna Quran və Sünnədən bir sıra dəlilləri göstərə bilərik.

Uca Allah buyurur: “Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər” (əl-Bəqərə, 255).

Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) onlara istixarə duasını öyrədər və bu duada belə demələrini buyurardı:

“Allahım, Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm.” ("Səhih əl-Buxari", 6382.)

İradə

Bu, Allahın Quran və Sünnədə sabit olan feli sifətlərindəndir. Feli sifətlər Allahın istəyinə və qüdrətinə bağlıdır, istəsə onları edər, istəməsə etməz. Uca Allah buyurur: “Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər” (əl-Ənam, 125).

Sünnədən olan dəlildə isə Abdullah ibn Ömər (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Allah bir xalqa əzab göndərdikdə həmin əzab onların arasında olan kimsələri də bürüyər, sonra isə həmin adamlar əməllərinə görə həşr olunarlar.” ("Səhih Muslim", 9287.)

Ucalıq

Bu da Allahın Quran və Sünnədə sabit olan zatı sifətlərindəndir. Uca Allah buyurur: “Ən Uca Rəbbinin adına təriflər de!” (əl-Əla, 1). Uca Allah buyurur: “Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur” (ən-Nəhl, 50). Sünnədən dəlil isə əvvəldə qeyd etdiyimiz Əbu Hureyranın (r.a) yuxudan öncə edilən dua barəsində rəvayət etdiyi hədisidir. Hədisdə deyilir: “Allahım Sən Əvvəlsən, Səndən əvvəl

heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur.” ( "Səhih Muslim", 2713.)

Yüksəlmək

Bu da Allahın Quran və Sünnədə sabit olan feli sifətlərindəndir. Uca Allah buyurur: “Mərhəmətli Allah Ərşə ucaldı” (Ta ha, 5).

Qətadə ibn Nomən (r.a) rəvayət etmişdir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Allah məxluqatı yaratdıqdan sonra Ərşə yüksəldi.” (əz-Zəhəbi, "əl-Üluvv", 119; əl-Həllal, "Kitab əs-Sünnə", 119.)

Ərəb dilində “istiva” sözü ucalmaq, yüksəlmək, qərar tutmaq, yuxarı qalxmaq mənalarını verir. Uca Allahın Öz Ərşi üzərinə yüksəlməsi isə Özünə layiq şəkildə bir yüksəlmədir.
əl-Kəlam

əl-Kəlam sifəti növ baxımından Allahın zatı sifəti, fərdi kəlamlara nisbətdə isə feli sifətidir. Belə ki, O istədiyi vaxt istədiyi şəkildə, eşidilən bir tərzdə danışır. Quran və Sünnədə Allahın Kəlam sifətinə bir çox dəlillər vardır. Uca Allah buyurur: “Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı” (ən-Nisa, 164). O həmçinin buyurur: “Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: “Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım” (əl-Əraf, 143).

Əbu Hureyra (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Adəmlə Musa mübahisə etdilər. Musa dedi: “Ey Adəm, sən bizim atamızsan, bizi Cənnətdən məhrum etdin və bizi Cənnətdən çıxartdın.” Adəm də dedi: “Ey Musa, Allah səninlə birbaşa danışmaqla və Tövratı Əli ilə yazmaqla Səni seçdi”. ("Səhih əl-Buxari", 6614; "Səhih Muslim", 2652.)

Üz

Bu da Uca Allahın Quran və Sünnədə sabit olan zatı, həm də xəbər şəklində varid olmuş sifətlərindəndir. Uca Allah buyurur: “Siz onu

ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz” (əl-Bəqərə, 272). Həmçinin buyurur: “Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir” (ər-Rəhman, 27).

Cabir ibn Abdullah (r.a) demişdir:“Uca Allahın:“De:“Allah başınızın üstündən sizə əzab göndərməyə qadirdir...” (əl-Ənam, 65) ayəsi nazil olduqda, Peyğəmbər (s.a.s) buyurdu: “Allahım! Sənin Üzünə sığınıram!” Allah buyurdu: “... və ya ayaqlarınızın altından...” Pey-

ğəmbər (s.a.s) dedi: “Allahım! Sənin Üzünə sığınıram!” Allah buyurdu: “... ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə

digərinin gücünü daddırmağa qadirdir.” Peyğəmbər (s.a.s) dedi: “Bu bir az yüngüldür.” ("Səhih əl-Buxari", 4628.)

İki Əl

Bu da Allahın Quran və Sünnədə sabit olan zatı, həm də xəbər şəklində varid olmuş sifətlərindəndir. Uca Allah buyurur: “Əksinə, Onun hər iki Əli açıqdır və O, Öz lütfündən istədiyi kimi sərf edir” (əl-Maidə, 64). Həmçinin buyurur: “Allah dedi: “Ey İblis! Sənə Mənim iki

əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi?” (Sad, 75).

Muslim, Əbu Musa əl-Əşaridən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Allah gecə Əlini uzadır ki, gündüz vaxtı günah

edən kimsələrin tövbələrini qəbul etsin, gündüz də Əlini uzadır ki, gecə vaxtı günah edən kimsələrin tövbələrini qəbul etsin. Bu, günəş

batdığı yerdən çıxanadək beləcə davam edəcək.” ("Səhih Muslim", 2759.)

İki göz

Bu da Allahın Quran və sünnədə sabit olan zatı, həm də xəbər şəklində varid olmuş sifətlərindəndir. Uca Allah buyurur: “Gözümün önündə boya-başa çatdırılasan deyə” (Ta ha, 39). Həmçinin buyurur: “Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt” (Hud, 37).

Buxari və Muslim, Abdullah ibn Ömərdən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişlər: “Şübhəsiz ki, Allah sizdən gizli

deyildir, O, təkgöz deyil,–Peyğəmbər (s.a.s) bunu deyib əli ilə gözünə işarə etdi–Məsih Dəccalın isə sağ gözü kordur, onun gözü domba

üzüm dənəsinə oxşayır.” ("Səhih əl-Buxari", 7407; "Səhih Muslim", 2933.)

Ayaq

Bu da Allahın səhih hədislərdə sabit olan zatı sifətidir. Əbu Hureyradan (r.a) Cənnətlə Cəhənnəmin höcətləşməsi ilə bağlı nəql olunan

hədisdə deyilir: “Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını Cəhənnəmə qoyacaq və o:“Yetər, yetər!”–deyəcək. Onda o

artıq dolacaq və içindəkiləri qaplayacaq” ("Səhih əl-Buxari", 4850; "Səhih Muslim", 2846.)

Buxari və Muslimdə rəvayət olunan bəzi hədislərdə: “O ayağını onun üstünə qoyacaq” – deyilir. ( "Səhih əl-Buxari", 4848, 4849; "Səhih Muslim", 2848.)

Allahın Quran və Sünnədə varid olan ad və sifətləri çoxdur. Sadalananlar isə sadəcə bir misaldır. Hər bir müsəlmana vacibdir ki, Allahın ad və sifətlərini Allah Öz kitabında isbat etdiyi kimi Onun Böyüklüyünü və Kamilliyini layiq bir şəkildə isbat etsin. Belə ki, O, Özünü məxluqatdan daha yaxşı tanıyır. Həmçinin gərək bu isbat Peyğəmbərin (s.a.s) sünnəsində varid olduğu kimi olsun. Çünki Peyğəmbər (s.a.s) öz Rəbbini digər məxluqlardan daha yaxşı tanıyır, daha yaxşı nəsihət edir, daha səlis danışır, daha yaxşı bəyan edir, Allahdan ən çox qorxan da məhz odur. Odur ki, müsəlman bu sifətləri inkar etməkdən və onları məxluqlara oxşatmaqdan çəkinməlidir. Uca Allah buyurur: “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir“ (əş-Şura, 11).

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"

[/center]


Geri dön

★CaNdy GiRL★

  • 12 oktyabr 2014 17:01
  • Məqalə: 32
  • Şərh: 1561
  • Bal:
Uca Allah buyurur: “Həmd olsun aləmlərin Rəbbi Allaha, Mərhəmətli və Rəhmliyə” (əl-Fatihə, 2-3).

--------------------

ヅ Bad Girl ヅ

  • 1 oktyabr 2014 22:49
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Kapriznaya Problemka

  • 1 oktyabr 2014 19:09
  • Məqalə: 0
  • Şərh: 286
  • Bal:
{awards}
Tesekkurlerrrr

--------------------
CoX SaDe SanMaYiN Meni...!!! AGliNi ElE AlArAm Ki UrEyInDe UsTuNdE BoNuS GeLeR...!!!

^^FiDaNKa^^

  • 1 oktyabr 2014 18:41
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
tewekkur edirem

вคɴค iкiмizi คɴlคт ❤

  • 1 oktyabr 2014 18:33
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

Səssiz

  • 1 oktyabr 2014 14:23
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allh razi olsun bacim

--------------------
Səssiz'liyim

Sadece Lamiye

  • 1 oktyabr 2014 13:12
  • Məqalə: 0
  • Şərh: 379
  • Bal:
{awards}
AllAh razi olsunnnn

AysU_DilarE

  • 1 oktyabr 2014 13:04
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
Allah razi olsunmaraqli meqaleye gore

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 1 oktyabr 2014 10:29
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
(^_*)

qirilmis qelb

  • 1 oktyabr 2014 09:44
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
ALLAH razi olsun tewekkurlerrrrr

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}