İslam və "Arvad mənim süpürgəmdir!"

 
İslam və "Arvad mənim süpürgəmdir!"


İslamda qadının ərinə itaət məsələsi Quranda təsbit edilib: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar.” (Nisa, 34).

Təəssüf ki, bəzən ailə quran gənclər bu ayəni oxuyub evlərinə ömür-gün yoldaşı, sirdaş, dar gündə dayaq deyil, bazardan qul alıb gətirdiklərini düşünürlər. Buna da səbəb onların “itaət” sözünü səhv anlamalarından irəli gəlir. Əslində isə, şəriətə görə, qadınların ərlərinə 2 məsələdə sözsüz itaətləri vacibdir: cinsi tələbatın ödənməsi və evdən kənara çıxmaq. Digər məsələlərdə qadınlar da ailədə söz sahibi olmalı, alternativ fikir söyləmək hüququna malikdirlər. Kişinin yumruğu masaya çırpıb “Zülümov dedi, qurtardı!” davranışı da qəbul edilə bilməz. Burda “milli mentalitetimiz” bəhanəsi də keçərli deyil. Hansı mentallıq Allahın buyurduğunu geridə qoya bilər ki? Bəli, əsirlər boyu, elə indi də Azərbaycan ailələrinin konkret düzəni, qaydaları var. Müəyyən fərqliliklər ola bilər, ancaq əsas müddəalar eynidir. Bu da zorakılıqdan, qorxudan, sərt davranışdan, kobud fiziki qüvvənin tətbiqindən irəli gəlmir. Əksinə, tərəflərin qarşılıqlı hörmət və anlaşıqlığı üzərində təşəkkül tapır.

Dindar ailələr üçün isə ən böyük örnək Həzrət Əli (ə) və Xanım Zəhranın (s.ə.) ittifaqıdır. Hər bir ər həyat yoldaşı ilə davranışlarına məhz bu İlhai cütlük standartları ilə yanaşmalıdır. Tam o səmimiyyəti, məhəbbəti, mülayimliyi, fədakarlığı əldə edə bilməsə də, heç olmasa bu zirvələrə can atsınlar. Mərhum Nəzibə Zeynalovanın səhnə qəhrəmanının ifadəsini bir qədər dəyişdirərək “arvad mənim süpürgəmdi, hara qoysam orda da qalmalıdı” şüarını öz həyat kredosu edən kişilər nəinki qarşı tərəfi, özlərini də bədbəxt edirlər. Belə hörmətsizliyə, kobudluğa, qabalığa dözüb uşaqlarınamı, valideynlərinəmi, ya Allahamı xatir ailələrini dağıtmayan qadınlarımız, təəssüf ki, kifayət qədərdir. Onlara biçilən “qabyuyan”, “yeməkbişirən”, “dayə”, “tozsoran” və s. bu kimi funksiyalarla barışıblar. Amma əslində belə olmamalıdır. Onlar bu işləri görürlərsə də, ən azından qarşı tərəfin anlaşıqlı davranışını da haqq ediblər. Ərlər yuxarıda qeyd etdiyimiz ayəni əllərində bayraq edib həyat yoldaşlarının güzaranını zəhərə döndərməməlidirlər, ən azından bu ayəni də hərdən tilavət etməlidirlər: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir” (Rum, 21).


Bəli, sevgi və mərhəmət. Quranın bir ayəsini qəbul edib “ləbbeyk” deyən, digərinə isə arxa çevirənin İslamda konkret tərifi mövcuddur ki, bu yazıda onu qeyd etmək istəməzdik. Kişilər onların tərli paltarlarını, “ətirli” corablarını yuyan, qarşılarına yemək gətirən, soyadlarını fəxrlə verdikləri övladlarına tam təmannasız qulluq edən varlıqlara layiq olduqları dəyəri verməlidirlər, onlara “sevgi və mərhəmət” bəxş etməlidirlər. Əks təqdirdə Allahın Quranda aşkar ayəsinə etinasızlıqlarına görə elə Quranın Sahibinə cavab verməli olacaqlar.






Geri dön

^^FiDaNKa^^

  • 6 oktyabr 2014 12:01
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
Bəli, sevgi və mərhəmət. Quranın bir ayəsini qəbul edib “ləbbeyk” deyən, digərinə isə arxa çevirənin İslamda konkret tərifi mövcuddur ki, bu yazıda onu qeyd etmək istəməzdik. Kişilər onların tərli paltarlarını, “ətirli” corablarını yuyan, qarşılarına yemək gətirən, soyadlarını fəxrlə verdikləri övladlarına tam təmannasız qulluq edən varlıqlara layiq olduqları dəyəri verməlidirlər, onlara “sevgi və mərhəmət” bəxş etməlidirlər.

sevinckaa

  • 3 oktyabr 2014 16:03
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
cox saolun elivize saliq ALLAH razi olsun

--------------------
I am happy

Aylowka)))

  • 2 oktyabr 2014 12:27
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Tewekkurler ellerinize sagliq)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

-Kralica-

  • 2 oktyabr 2014 11:21
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tewekkurleerrr

--------------------




yumor

  • 2 oktyabr 2014 01:25
  • Məqalə: 0
  • Şərh: 592
  • Bal:
{awards}
ay Allah. Allah qadinlari axi supurge kimi yaratmiyib . melumata gore tewekkkur Allah razi olsun

ヅ Bad Girl ヅ

  • 1 oktyabr 2014 22:37
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

aycik

  • 1 oktyabr 2014 20:55
  • Məqalə: 2
  • Şərh: 128
  • Bal:
{awards}
tşkler elive saqliq

--------------------
Dalimca Danişanin Boynunda Ekskluziv İmzam VAR

^^YeRaZKa MeLeK^^

  • 1 oktyabr 2014 19:54
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Təşəkkürlərヅ

--------------------

^^FiDaNKa^^

  • 1 oktyabr 2014 18:39
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
tewekkur edirem

Kapriznaya Problemka

  • 1 oktyabr 2014 18:38
  • Məqalə: 0
  • Şərh: 286
  • Bal:
{awards}
Tesekkurlerr

--------------------
CoX SaDe SanMaYiN Meni...!!! AGliNi ElE AlArAm Ki UrEyInDe UsTuNdE BoNuS GeLeR...!!!

вคɴค iкiмizi คɴlคт ❤

  • 1 oktyabr 2014 18:11
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
{awards}
Tskler.....

Awk bir hayal

  • 1 oktyabr 2014 18:01
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
Təşəkkürlər

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 1 oktyabr 2014 15:03
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
tewekkur ezyt ucun Allah Razi Olsun !!!

--------------------
(^_*)

Səssiz

  • 1 oktyabr 2014 14:12
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Səssiz'liyim

-Kralica-

  • 1 oktyabr 2014 13:51
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
cox saqolun

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}