Tanınmış türk müğənnisi Sərdar Ortac ağır xəstəliyə tutulub. Başqa bir xəstəlikdən müalicə olunan Sərdar Ortac hazırda qapalı yerlərdə olmaqdan qorxur. Məşhur müğənninin klostrofobi xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Təxminən 10 gün əvvəl bu problemin ortaya çıxdığını deyən müğənni, vəziyyətinin ağır olduğunu bildirib. “Çox pis günlər yaşayıram, liftə minə bilmirəm, evdə otura bilmirəm, sanki divarlar üstümə gəlir. Kinoya gedə bilmirəm. Gecənin bir yarısı özümü çölə atıram, elə bil boğuluram”, deyə vurğulayan Sərdar Ortac hazırda klostrofobi xəstəliyi ilə mübarizə apardığını vurğulayıb.
Qeyd edək ki, klostrofobi xəstəliyi qapalı yerlərdə qalmaqdan qorxmaq xəstəliyidir. Bir neçə il əvvəl Ebru Gündeş de bu xəstəliyə düçar olmuşdu.