İstəsən

 
İstəsən

İstəsən...
Mən səninçün kitab olaram-maraqlı və mənalı.
Oxuduqca oxumaq istədiyin,öyrəndikcə öyrənmək istədiyin,hər oxuduğunda
yeni bir dünya kəşf etdiyin...nə olsun ki,sonunu görə bilmirsən.

İstəsən...
Mən səninçün musiqi ola bilərəm olduqca tanış.O qədər tanış ki,bütün xatirələri yada salan,
bütün yaşadıqlarını bir daha yaşatdıran...nə olsun ki adını xatırlaya bilmirsən.

İstəsən...
Mən səniçün rəqs ola bilərəm-sevgi dolu və ritmik.
Eyni zamandə zərif və dolub daşan,qəlbinin dərinliyinə təsir edən ...
nə olsun ki,bu rəqsə qoşulduqca tükənəcəyindən qorxursan.

İstəsən...
Mən səninçün nağıl olaram-səni əks etdirən və sonu xoşbəxtliklə bitən.
Elə bir nağıl ki,sənə uşaqlıqda danışmağa vaxt tapmayıblar,gəncliyində yaşatmayıblar,qocalığını isə
birlikdə danışacağımız bir nağıl....nə olsun ki nağıllara inanmırsan.

İstəsən...
Mən səninçün külək ola bilərəm-sərin və hərəkətli.Amma həmişə yeni,uzun ömürlü,həmişə arzuolunan,
təzəlik gətirən...nə olsun ki,bu külək bəzən həyatını alt-üst edəcək.

İstəsən...
Mən səninçün işıq ola bilərəm-səni özünə doğru çağıran və parlaq.O qədər parlaq ki,
məqsədinə doğru getdiyin bütün yolları işıqlandıran,amma heç vaxt səni çaşdırmayan...
nə olsun ki,bəzən gözlərini qamaşdıracağından çəkinirsən.

İstəsən...
Mən səninçün ulduz ola bilərəm-gözəl,şəfəqli və bərq vuran.
Qaranlıqlarına işıq saçan,heç nəyə inamın qalmayan anda sənə ümid və inam bağışlayan...
nə olsun ki,o qədər uzaq olmağı ilə bərabər həm də ürəyinin lap,lap dərinliyində olması ilə səni heyrətə gətirir.

İstəsən...
Mən səninçün okean ola bilərəm-geniş,əzəmətli,coşub daşan.Sahilsiz bir okean-elə bir okean ki,
onun ənginliyinə qərq olarsan,amma boğulmazsan...nə olsun ki,naməlumluğu və sonsuzluğu vahimə yaradır

İstəsən...
Mən səninçün həyat ola bilərəm-təkrarolunmaz,divanə,xoşbəxt...nə olsun ki əbədi deyil.
Mən səninçün...
ancaq sənə görə...
ancaq səndən ötrü...

Bəzən sevginin böyüklüyü,əzəməti insanı qorxudur...çünki bir gün olmaya bilər.
Bəzən xoşbəxtliyin qədəri,çoxluğu insanı qorxudur...çünki tükənə bilər.
Bəzən istəkdən yorulan anlar da olur...çünki bir gün olmayanda buna dözə biləcək bir qüvvən də olmalıdır.

İstəsən


Geri dön

Jasmin45

  • 13 iyul 2011 14:39
  • Məqalə: 43
  • Şərh: 1083
  • Bal:
"İstəsən...
Mən səninçün ulduz ola bilərəm-gözəl,şəfəqli və bərq vuran.
Qaranlıqlarına işıq saçan,heç nəyə inamın qalmayan anda sənə ümid və inam bağışlayan...
nə olsun ki,o qədər uzaq olmağı ilə bərabər həm də ürəyinin lap,lap dərinliyində olması ilə səni heyrətə gətirir...

İstəsən...
Mən səninçün kitab olaram-maraqlı və mənalı.
Oxuduqca oxumaq istədiyin,öyrəndikcə öyrənmək istədiyin,hər oxuduğunda
yeni bir dünya kəşf etdiyin...nə olsun ki,sonunu görə bilmirsən"


Çox gözəl bir yazıdır,sizlərə öz dərin təşəkkürümü bildirirəm... smile

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

::..ONSLAUGHT::..

  • 20 fevral 2011 21:23
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
Tşk xəbər üçün çox gozəl yazıdı

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

only-girl

  • 20 fevral 2011 10:54
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
YaxsiDI_TeWEkkUR

--------------------

YazYamuru

  • 20 fevral 2011 03:03
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
CANI ÜÇÜN O İSTƏMƏKLƏDİİİİİİİ wink

--------------------



::..ONSLAUGHT::..

  • 19 fevral 2011 21:36
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
twk.,,,,,,

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 19 fevral 2011 20:29
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
maraqidi

::..ONSLAUGHT::..

  • 19 fevral 2011 19:38
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
twk./,,,,,,,,,,,,,,,,

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

heyasiz204

  • 19 fevral 2011 19:21
  • Məqalə: 27
  • Şərh: 1190
  • Bal:
{awards}
tewekkur cox gozel sozlerdi
wink wink wink

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

xezerlenkeran

  • 19 fevral 2011 16:46
  • Məqalə: 1
  • Şərh: 280
  • Bal:
{awards}
maraqlidir

SerSeRi_RuzGaR

  • 19 fevral 2011 16:05
  • Məqalə: 67
  • Şərh: 654
  • Bal:
{awards}
MeNIM kimI SIlTAq QIZa UpEr iSTESEM iSTESeM YenEDe IStESeM))))))))))xe Xe tongue

--------------------
<<<$aLunKa>>>

R_O_M_A

  • 19 fevral 2011 15:44
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
YERI VAR SOZLERIN TEW

--------------------

nilayka

  • 19 fevral 2011 15:29
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
cox gozel yazidir dizaynda eladir teşekkur edirem seve seve oxudum winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 27
Cəmi: 53

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}