Övladlarımızı sözlə deyil, əməllərimizlə tərbiyə edək

 
Övladlarımızı sözlə deyil, əməllərimizlə tərbiyə edək


Övladların düzgün tərbiyəsi hər bir ailə kimi, bütövlükdə cəmiyyət üçün də böyük əhəmiyyət kəsb edir. Gələcək nəslin necə olacağı ilk növbədə bu gün uşaqların ailələrdə necə tərbiyə almasından asılıdır.

Övlad tərbiyəsinin əhəmiyyətini hamı olmasa da, əksər ailələr dərk edir. Amma təəssüflər olsun ki, heç də bu əhəmiyyətin fərqinə varan valideynlərin hamısı övladlarına düzgün tərbiyə verə bilmirlər. Bu isə onların yanlış tərbiyə metodlarından istifadə etməsi ilə bağlıdır.

Bir çoxlarımız övladlarımıza tərbiyə verdikdə əmr və qışqırıq formasından istifadə edirik. Uşaqlara əmr edib üstlərinə qışqırarkən onların tərbiyəsi ilə məşğul olduğumuzu sanır, onlardan dərhal səhvlərini düzəldəcəklərini umuruq. Lakin çox vaxt uşaqlara əmr etdiyimiz həmin işlərə özümüzün əməl edib-etmədiyinin, öz əməllərimizin dediyimiz sözlərlə üst-üstə düşüb-düşmədiyinin fərqinə varmırıq.

Sevimli Peyğımbərimiz (s)Əhli-beyt imamlarımızın (ə) öyrətdikləri kimi, əslində uşaq doğulduğu andan tərbiyə almaqdadır. O, həyatının hər anında, ata-ana istəsə də, istəməsə də, diqqət etsə də, etməsə də, tədricən böyüyür və müəyyən bir "qəlibə girir". Uşaq ata-ananın əmrini gözləmir! Onun saf uşaq duyğuları ilk günlərdən etibarən çox dəqiq bir kamera kimi bütün hadisələri izləyib qeydə alır. Uşaq tərbiyəsi də məhz bu qeydə alınanlarla təmin olunur.

Uşaqlar adətən beş-altı yaşlarında artıq yaxşı və ya pis işləri ayırd edirlər. Məhz bu yaşlarınadək onların tərbiyəsinin təməli qoyulur. Bu təməl isə uzun-uzadı söhbətlərlə deyil, ilk növbədə valideynlərin gündəlik həyatdakı davranışları, əməlləri ilə qoyulur. Belə ki, uşaq çox gözəl təqlidçidir. Özünü və ətraf aləmi dərk etməyə başlayandan ata-ananın və ünsiyyətdə olduğu digər şəxslərin davranış və əxlaqına diqqət yetirib onları təqlid edir. O, ata-anasına örnək gözü ilə baxır və onların əməl və davranışlarını yaxşı və pis işləri ayırd etmək üçün bir ölçü, bir meyar olaraq qəbul edir. Uşağın zehnində ona deyilən sözlərdən daha çox, onun görüb-götürdükləri həkk olunur. Əgər söz davranışla üst-üstə düşməsə, onda o, sözü deyil, davranışı tərcih edir.

Bu məqamı da qeyd edək ki, oğlan uşaqları əsasən atalarını, qız uşaqları isə analarını təqlid edirlər. Amma hər iki valideynin ümumi davranışları, hərəkətləri həm oğlan, həm də qızlar üçün bir nümunəyə çevrilir və valideynlərin xasiyyətləri övladların xasiyyətinin, davranışlarının formalaşmasında öz əksini tapır.

Odur ki, övladlarına gözəl tərbiyə vermək istəyən valideynlər hər şeydən öncə özlərini islah etməlidirlər. Əgər əməl, davranış və əxlaqlarında bir qüsur varsa, onu aradan götürməli, gözəl və bəyənilən əxlaq, sifət və davranışlara yiyələnməlidirlər. Belə ki, heç kəs özündə olmayan bir şeyi başqasına verə bilməz! Valideynlər gözəl əxlaq və davranış sahibi olmasalar, özlərində olmayan tərbiyəni övladlarına necə verə bilərlər?

Bu baxımdan, övladlarımızı düzgün tərbiyə etmək üçün ilk növbədə bir valideyn olaraq, özümüz gözəl əxlaq və davranışa sahib olmalı, balalarımızı sözlə deyil, öz gözəl əməllərimizlə tərbiyə etməliyik.


Geri dön

Mrs.mickey

  • 6 oktyabr 2014 16:33
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
cooox sagolunn

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

sevinckaa

  • 6 oktyabr 2014 13:23
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
hmmmmmmmmmmmm duzudu..

--------------------
I am happy

вคɴค iкiмizi คɴlคт ❤

  • 4 oktyabr 2014 15:55
  • Məqalə: 665
  • Şərh: 18461
  • Bal:
{awards}
Cox adam usaqi doyur dirki bele yaxsidi ama elede usaq dahada padoslasir

__AzEkO__

  • 4 oktyabr 2014 14:52
  • Məqalə: 61
  • Şərh: 535
  • Bal:
{awards}
duz deyirsen

--------------------

^^FiDaNKa^^

  • 4 oktyabr 2014 12:27
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
hər ailə özünə görə bir tərbiyə quruluşu var sadəcə buna görə həyat tərzi dəyişməli

sevinckaa

  • 4 oktyabr 2014 12:09
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
raziyam tesekkur

--------------------
I am happy

ヅ Bad Girl ヅ

  • 3 oktyabr 2014 22:55
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Dduuuzduuuu

--------------------

-Kralica-

  • 3 oktyabr 2014 22:50
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
duzdu tewekkur;er

--------------------




Səssiz

  • 3 oktyabr 2014 21:46
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Duzdur cox sagun

--------------------
Səssiz'liyim

★CaNdy GiRL★

  • 3 oktyabr 2014 21:08
  • Məqalə: 32
  • Şərh: 1561
  • Bal:
{awards}
Duzdur terbiye cox vacibdir what smile

--------------------

Awk bir hayal

  • 3 oktyabr 2014 20:21
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
AYnen Meqaleye gore twklerrr

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 3 oktyabr 2014 19:45
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
duzdu tewekkur

--------------------
(^_*)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}