Qeybət

 
Qeybət


Qeybətin lüğəti mənası "iştirakı olmadan kiminsə (və ya kimlərinsə) ünvanına xoşagəlməz sözlər demək"dir. Şəri termin olaraq isə "qeybət” – müsəlmanın öz müsəlman bacı-qardaşının iştirakı olmadan onun eyib və nöqsanları haqda danışmasından ibarətdir. Belə ki, əgər həmin səxs onun haqda deyilən sözləri eşitsə, inciyib narahat olar. Eyib və nöqsan deyildikdə istər əxlaqi, istər cismi, istərsə də məişət çatışmazlıqları və s. nəzərdə tutulur.

Peyğəmbər (s.a.s) bu haqda buyurur: "Əgər həmin eyib və nöqsan onda olarsa və onu başqalarına deyəriksə qeybət, əks təqdirdə isə ona töhmət vurmuş olarıq”.

Qeyd etməliyik ki, qeybəti olunan şəxs mömin və müsəlman olsa, onda haram olar. Haqqında danışılan şəxsin kimliyi bəlli olmadıqda isə deyilən sözlər qeybət hesab olunmur.

Qeybətin haram və böyük günahlardan biri olduğunun təsdiqi haqqında bir çox Quran ayələrinə və hədislərə istinad etmək olar. Allah Təala Qurani-Kərimdə buyurur:

"...Bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu, sizdə ikrah oyadar (qeybət də belədir)...


Göründüyü kimi, ayədə müsəlmanın qeybəti onun qətlə yetirilməsinə və qeybət edən şəxsin onun ətini yeməsinə bənzədilir. Bu da günahın böyüklüyünə dəlalət edir. Günahsız bir şəxsin qətlə yetirilməsi haram olduğu kimi, onun qeybətini etmək də bir o qədər haram və böyük günahlardandır. Qan tökülməklə bir şəxs qətlə yetirildiyi və onu bir daha həyata qaytarmaq qeyri-mümkün olduğu kimi, qeybəti olunan şəxsin də haqqında xoşagəlməz sözlər deməklə onun şəxsiyyətinə xələl gəlir və mənəviyyatının qorunması qeyri-mümkün olur. Müsəlmanların qanı, canı və malı toxunulmaz olduğu kimi, onların şəxsiyyət və mənəviyyatı da qorunmalı və onlara qarşı hörmətsizliklərə yol verilməməlidir.

Peyğəmbər (s.a.s) buyurur: "Müsəlmanın canı (qanı), malı və şəxsiyyəti müsəlmana haramdır”.

Hz.Əli (ə.s) buyurur: "Qeybət etməkdən çəkinin! Çünki o, cəhənnəm itlərinin yeməyidir”.

Peyğəmbər (s.a.s) buyurur: "Dünyada qardaşının ətini yeyən şəxsləri (qeybət edənləri) qiyamət günü onun (qeybəti olunanın) yanına aparıb belə əmr edərlər: "Diri olduğu halda ətini yediyin kimi, indi də onun ölmüş cəsədinin ətini ye!" O da məcbur olub fəryad çəkərək ölmüş qardaşının ətini yeyər. Merac gecəsi səmaya qalxdığım zaman üz-gözlərini dırnaqları ilə cıran bir dəstə insanla qarşılaşdım. Cəbraildən (ə.s) onların kim olduğunu soruşdum. Dedi: "Onlar camaatın qeybətini edən və abır-həyalarına xələl gətirən kəslərdir”.


Ariflərdən birinə: "Filankəs sənin qeybətini etdi” dedikdə, gülümsəyib həmin şəxsin evinə bir qutu şirni aparmalarını və ona belə bir xəbər çatdırmalarını istəyir: "Eşitdim öz xeyirli işlərinin bir qismini mənim əməl dəftərimə göndərmisən. Bunun üçün sənə öz təşəkkürümü bildirib, bu şirni qutusunu sənə hədiyyə göndərirəm”.

Qeybət etmək böyük günahlardan sayıldığı və qeybət edən şəxs Allahın qəzəbinə gəldiyi kimi, qeybətə qulaq asmaq da haram və böyük günahlardan hesab olunur.

Peyğəmbər (s.a.s) bu haqda buyurur: "Qeybətə qulaq asan şəxs qeybət edən kimidir"


Geri dön

Mrs.mickey

  • 6 oktyabr 2014 16:42
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
cooox sagolunn

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

sevinckaa

  • 6 oktyabr 2014 13:28
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
bunu basqa saytda oxumusam.

--------------------
I am happy

__AzEkO__

  • 4 oktyabr 2014 15:04
  • Məqalə: 61
  • Şərh: 535
  • Bal:
{awards}
qeybet gunahdide duzdu

--------------------

^^FiDaNKa^^

  • 4 oktyabr 2014 13:12
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
Dogru. Qeybet etmeyi sevmirem.Ama her bir qadin bir vaxt erzinde qeyt ede biler..Qeybet edildiyi yerde esla qalmam

ヅ Bad Girl ヅ

  • 3 oktyabr 2014 23:03
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər Edirem ellerine salig

--------------------

Səssiz

  • 3 oktyabr 2014 21:40
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Dil belasi qeybet

--------------------
Səssiz'liyim

★CaNdy GiRL★

  • 3 oktyabr 2014 21:17
  • Məqalə: 32
  • Şərh: 1561
  • Bal:
{awards}
Qeybət pis şeydir (meqaleye gore tşk)

--------------------

_leka_the_one_

  • 3 oktyabr 2014 20:35
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Günahdı qeybət eləmək şeytanın əlamətidi.. Uzaq olmaq lazımdı qeybətdən))

-Kralica-

  • 3 oktyabr 2014 15:28
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
cox saqolun

--------------------




Kapriznaya Problemka

  • 3 oktyabr 2014 15:26
  • Məqalə: 0
  • Şərh: 286
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
CoX SaDe SanMaYiN Meni...!!! AGliNi ElE AlArAm Ki UrEyInDe UsTuNdE BoNuS GeLeR...!!!

Awk bir hayal

  • 3 oktyabr 2014 15:25
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
Paylasdigiva gore cox saqol duz soze ne demey olarr Dream Lite

Ayla_)))

  • 3 oktyabr 2014 15:18
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
duzdu qeybet pisdi kime deyirsen ki qeybet eleme deyir duz deyirem... Ama men inanmiram ki omrunde kimse bir defede olsun qeybet elemesin

qirilmis qelb

  • 3 oktyabr 2014 14:19
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
Qeybet pisdi ama arada gunaha giririy

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Kapriznaya Dəcəlka

  • 3 oktyabr 2014 13:47
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
maraqli idi sagolun

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 3 oktyabr 2014 13:43
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
coxh duzdu qaqawim tewekkur edirem ellerine salig

--------------------
(^_*)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}