Ərəfatda dayanmaq qaydası

 
Ərəfatda dayanmaq qaydası



Ərəfatda dayanmaq qaydası

578. Həzrət Peyğəmbər (s) buyurub: Ərəfatın bir yeri movqif (dayanacaq yeridir). Beləliklə Ürnənin (Ərəfada olan yerin) daxilindən yuxarı qalxın.

579. Həzrət imam Sadiq (ə) buyurub: Ərəfatın bütün yeri dayanacaq yeridir, dayanmaq üçün daha yaxşı yer isə dağın ətəyidir.

580. Həzrət imam Sadiq (ə) buyurub: Dağın sol tərəfində dayan. Çünki həzrət Peyğəmbər (s) Ərəfatda olarkən dağın sol tərəfində dayanmışdır. Həzrət Peyğəmbər (s) Ərəfatda olarkən dağın sol tərəfində dayanmışdır. Həzrət Peyğəmbər (s) orada dayandıqda, camaat dəvənin endiyi yerə hücum çəkib, onun ətrafında dayandılar. Peyğəmbər (s) öz dəvəsini uzaqlaşdırdıqda, onlar da belə etdilər. Daha sonra buyurdu: Ey camaat! Mənim dəvəmi dayandığı yer dayanacaq yeri deyil, əksinə bu yerin hamısı dayanacaq yeridir və əli ilə dayanacq yerinə işarə etdi. O həzrət (s) Müzdələfədə də belə etmişdir.

Beləliklə boş gördüyün hər bir yeri özün və yüklərinlə doldur. Allah-taala bu yerlərin dolu olmasını sevir. Həmçinin hündürlüklərə və Əraka getməkdən pəhriz et.

581. Həzrət imam Sadiq (ə) buyurub: Ərəfatda dəstəmazsız halda dayanmaq layiqli deyildir.

582. Həzrət imam Sadiq (ə) buyurmuşdur ki, Əmirəl-mö᾽minin Əli (ə)-dan nə üçün Ərəfatda hərəmdən çöldə dayanmaq hərəmdə dayanmamaq kimi sayılmır? Həzrət (ə) buyurdu: Çünki Kə᾽bə Allah evinin daxilində yerləşir, hərəm isə evin özüdür. Hacılar Allaha tərəf üz gətirdikdə, onları öz dərgahına yalvarıb, naləetsin deyə, qapısı ağzında saxlayır.

583. Həzrət Peyğəmbər (s) buyurub: Məndən qabaqkı peyğəmbərlərin duası olan Ərəfə gününün duasını sənə öyrədimmi? Əli (ə) buyurdu: Bəli. Həzrət (s) buyurdu: Belə deyirsən: Yeganə və şəriksiz Allahdan başqa bir mə᾽bud yoxdur. Mülk və sitayiş Ona məxsusdur. Dirildir, öldürür və O heç vaxt ölməyən diridir. Xeyir Onun əlindədir və O hər bir şeyə qadirdir. İlahi! Səna, Özünün dediyin kimi, bizim dediyimizdən üstün və başqalarının dediyindən daha uca olaraq Sənə məxsusdur. İlahi! Namaz və ibadətim, ölüm və Sənə görə üz döndərdiyim, güc və qüvvəm Səndəndir. İlahi! Yoxsulluq, daxili vəsvəsələr, işin qarışıqlığı və qəbr əzabından Sənə pənah aparıram. İlahi! Ən üstün nəsimləri Səndən tələb edir və tufanların gətirdiyi şərlərdən Sənə pənah aparır, Səndən gecə və gündüz xeyrini istəyirəm. İlahi! Qəlb, qulaq, göz, ət, qan, sümüklər və damarlarım, həmçinin əyləşmək və durmaq yerlərim və habelə daxil və xaric olmağım da nur və işıqlıq qərar ver və Səninlə görüşdüyüm gündə nurumu çox et ki, həqiqətən Sən hər bir şeyə qadirsən.

584. Həzrət Peyğəmbər (s) buyurub: Ərəfə gününün axşam çağında bu duanı oxuyan şəxsin günaha də᾽vət etməyib və ya sileyi-rəhimi kəsməyincə duası müstəcabdır. Ərşi asimanda olan Allah münəzzəhdir. Qədəmgahı yerdə olan Allah münəzzəhdir. Yolu dənizdə olan Allah münəzzəhdir. Hökm və qəzavəti qəbrlərdə olan Allah münəzzəhdir. Behiştdə rəhməti olan Allah münəzzəhdir. Hökmranlığı cəhənnəmdə olan Allah münəzzəhdir. Ruhu havada olan Allah münəzzəhdir. Asimanı ucaldan Allah münəzzəhdir. Yeri genişləndirən Allah münəzzəhdir. Ondan yalnız Özünə tərəf qurtuluş yolu olmayan Allah münəzzəhdir.

585. Həzrət imam Sadiq (ə) buyurub: . Həzrət Peyğəmbər (s) Ərəfatda dayandı. Günəş batmaq istədikdən qabaq belə dua etdi: İlahi! Yoxsulluq, işin qarışıqlığı, gecə və gündüzdə qarşıya çıxan pis işlərdən Sənə pənah aparıram. Zülmümü Sənin əfvin pənahına, qorxumu isə Sənin amanın pənahına gətirmişəm. Zəlilliyimi Sənin izzətinə sığındırmış, fani çöhrəmi isə Sənin əbədi zatının pənahında qərar vermişəm. Ey daha yaxşı istənilən! Ey daha yaxşı bağışlayan! Rəhmət və afiyət libasını mənə geyindir və bütün məxluqlarının şərrini məndən qaytar.

586. Həzrət imam Sadiq (ə) buyurub: Sübh çağı Ərəfata tərəf getdikdə, yol gedən halda belə de:

İlahi! Sənə tərəf üz gətirmiş, Sənə arxalanmış və Səni istəmişəm. Səndən bu köçməyimi bərəkətli etməyin, hacətimi həyata keçirməyin və məni bu gün fəxr etdiyin və məndən daha üstün olanlardan qərar verməyini istəyirəm. Daha sonra Ərəfata doğru gedən halda ləbbəyk deyirsən.

587. Həzrət imam Sadiq (ə) buyurub: Xalq ərəfatda dayanır və günəş batanadək dua edib, rəğbət göstərir və bacardıqları qədər Allahın fəzli və rəhmətindən istəyirlər.

588. Əbu Bilal Məkki nəql etmişdir ki, imam Sadiq (ə)-ı Ərəfatda gördüm ki, özü ilə əlli ədəd tum gətirmiş və «Qur huvəllahu əhəd» surəsi ilə namaz qılırdı. O həzrət (ə) «Qul huvəlləh» surəsi ilə yüz rəkət namaz qılıb onu Ayətəl-kürsi ilə sona yetirdikdən sonra soruşdum: Sənə fəda olum! Sizlərdən heç biriniz bu yerdə namaz qılan halda görməmişəm. Həzrət (ə) buyurdu: Buraya gələn bütün peyğəmbər və peyğəmbər canişinləri namaz qılmışdır.

589. Həzrət imam Sadiq (ə) buyurub: Qəlbin dua etmək üçün hazır və asudə olsun deyə namazını tez və bir-birinin ardınca qılırsan. Çünki, o gün dua və istək günüdür. Sakit və vüqarlı halda dayanacaq yerinə gələrək Allaha həmd və səna edir, La ilahə illəllah, ləbbəyk və səna de. Həmçinin yüz dəfə Allahu əkbər, Əlhəmdu lillah və Subhanəllah zikrlərini deyib, yüz dəfə «Qulhuvəllah» surəsini oxu. Daha sonra istədiyin qədər dua və təlaş et. Çünki o gün dua və istək günüdür. Qovulmuş şeytanın şərrindən Allaha pənah apar. Çünki şeytanın sənə qəflət salmaq üçün daha sevimli yer oradır. Belə ki, xalqa tamaşa etməkdən pəhriz edib, özünə məşğul ol və dualarından biri də bu olsun.

İlahi! Mən Sənin bəndənəm, məni daha məhrum olan qonaqlarından qərar vermə və uzun yoldan gəldiyimə görə mənə rəhm et. Həmçinin dualarından biri də bu olsun:

İlahi! Ey bütün ibadətgahların Rəbbi! Cəhənnəm odundan məni xilas edib, ruzimi genişləndir, həmçinin cinə və insan azğınlarının şərrini məndən uzaqlaşdır.

Habelə deyirsən: İlahi! Mən ilə hiylə yolu ilə rəftar etmə və məni tədriclə cəzalandır.

Həmçinin deyirsən: İlahi! Səni qüdrət, kərəm, böyüklük, minnət və ehsanınla çağırıram. Ey eşidənlərin eşidəni! Ey görənlərin görəni! Ey hesab edənlərin daha tez hesab edəni! Və ey mehribanların mehribanı! Məhəmməd və onun Əhli-beytinə salavat göndər və mən ilə... (hacətlərini istəyirsən).

Başını göyə qaldıran halda belə deyirsən:

İlahi! Hacətim Sənin dərgahınadır. O elə bir hacətdir ki, əgər onu əta etsən başqa hacətlərimi rədd etməyin ziyansızdır. Amma onu həyata keçirməsən, başqa hacətlərimi rəva etməyin faydasızdır. Mən Səndən cəhənnəmdən xilas olmağı istəyirəm.

Dualarında belə deyirsən: İlahi! Mən Sənin bəndən və qulunam. İxtiyarım Sənin əlində, əqlim isə Sənin elminə bağlıdır. Səndən Sənin məndən razı qalmağına səbəb olanları istəyirəm. Mənə tövfiq verib ibadətlərimi — dostun İbrahim (ə) və peyğəmbərin Məhəmmədə (s) göstərib, istiqamətləndirdiyin ibadətlərimi — qəbul et.

Həmçinin dualarında belə deyirsən:

İlahi! Məni əməllərini qəbul etdiyin, ömürlərini uzatdığın və ölümdən sonra gözəl həyatla diriltdiyin bəndələrdən qərar ver.

Ərəfə gecəsini qul azad etməklə, sədəqəm verəmklə keçmirməyin müstəhəbdir.

590. Həzrət imam Sadiq (ə) buyurub: Ərəfə günü günəş batanda belə de:

İlahi! Bu dayanmağımı burada son dayanış qərar vermə və olduğum müddətdə mənə ruzi ver. Bu gün məni səadətə nail olmuş, arzusuna çatmış, duası müstəcab olmuş və bağışlanmış halda qonaqlar və zəvvarlarının hər birinin qayıtdığı ən yaxşı bir halda evimi qaytar.

Bu gün məni ən hörmətli qonaqlarından qərar verib, onlara verdiyin ən üstün xeyir, bərəkət, rəhmət, razılıq behişt və məğfirətini mənə əta et. Ailəm və — istər az, istərsə də çox olan — mal-dövlətimə tərəf qayıdışımı bərəktəli edib, onlara da mənə nisbət bərəkət ver.

Beləliklə Ərəfatdan getmək istədikdə sakit və vüqarlı olub, bir çox adamların bu dağ və düzənlikdə əncam verdikləri tez-tez getməyi tərk et.

591. Əbu Yəhya Zəkəriyya Movsili nəql etmişdir ki, həzrət imam Kazim (ə)-dan soruşdum: Ərəfada dayanmış bir kişiyə Allahı çağırıb dua etməzdə qabaq, atası və ya övladlarından birinin ölüm xəbəri çatdığı üçün ağlayıb dua etməkdən qalır və daha sonra Ərəfadan çıxıb gedir.

Həzrət (ə) buyurdu: Onun öhdəsində heç bir şey yoxdur, amma pis iş görmüşdür və Allahdan bağışlanmağını istəməlidir. Lakin o, Allaha görə səbr etsəydi, Ərəfadan çıxıb gedərkən orada onların savab əməllərindən bir şey azalmadan onların bütün savablarını özü ilə aparardı.


Mənbə: "Quran və hədis baxımında həcc və ömrə əməlləri" kitabı


Geri dön

^^FiDaNKa^^

  • 6 oktyabr 2014 20:54
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
Həzrət imam Sadiq (ə) buyurub: Ərəfatda dəstəmazsız halda dayanmaq layiqli deyildir.

-Kralica-

  • 6 oktyabr 2014 16:28
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------




Mrs.mickey

  • 6 oktyabr 2014 15:04
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
cooox sagolunn

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

sevinckaa

  • 6 oktyabr 2014 12:28
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------
I am happy

Kapriznaya Dəcəlka

  • 6 oktyabr 2014 11:28
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
allah razi olsun

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 5 oktyabr 2014 23:07
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Allah Razi Olsun canim cox sagol ellerin var Olsun hekayeleri hami oxuyur AMA bele weyi oxuyan olmur (

--------------------
(^_*)

Səssiz

  • 5 oktyabr 2014 20:51
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cumleten..

--------------------
Səssiz'liyim

Abuzer_el_Gafari

  • 5 oktyabr 2014 20:26
  • Məqalə: 8
  • Şərh: 372
  • Bal:
{awards}
Allah razi olsun senden tewekkur edirem bu cur meqaleler ucun

LEMAN123

  • 5 oktyabr 2014 20:02
  • Məqalə: 7
  • Şərh: 1634
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

^^FiDaNKa^^

  • 5 oktyabr 2014 19:09
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
Boş gördüyün hər bir yeri özün və yüklərinlə doldur. Allah-taala bu yerlərin dolu olmasını sevir. Həmçinin hündürlüklərə və Əraka getməkdən pəhriz et.

ヅ Bad Girl ヅ

  • 5 oktyabr 2014 18:33
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 12
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}