Zövqsüzlüyün 10 səbəbi hansılardır?

 
Zövqsüzlüyün 10 səbəbi hansılardır?


Bu göstəricilərə görə zövqlü və ya zövqsüz olduğunuzu ayırd edə bilərsiniz.

1. Bədən ölçülərinə uyğun olmayan geyim. Dar və qısa paltarlar kök qadının əynində çox pis görünür. Unutmayın ki, eninə zolaqlı paltar bədən ölçülərini daha böyük, uzununa zolaqlar isə əksinə bədəni yığcam göstərir. Əgər çiyinləriniz enlidirsə, dəblə ayaqlaşıb enli çiyinli paltarlar geyinməyin, dar çanağı isə sıx paltarlarla daha çox daraltmayın.

2. Rəng uyğunsuzluğu. Göy, bənövşəyi, sarı, yasəmən rənglərdən uzaqlaşmağa çalışın. Rəngləri düzgün seçmək bir elmdir. Onlar bir-birilə ahəng təşkil etməli və çox nəzərə çarpan olmamalıdır.

3. Geyimdə göy qurşağı. Rəngli geyimlər dəbdədir. Ancaq bir paltarda 3 dən artıq rəng olmamalıdır. "Nə qədər parıltılı olsa, bir o qədər yaxşıdır" deyimi zövqün olmamasının əsas əlamətidir.

4. Böyük ölçülü geyimlər. Gen, əyindən tökülən geyimlər də dar geyimlər kimi səliqəsiz görünür və qadının xarici görkəminə mənfi təsir göstərir. Əgər siz kökəlib və ya arıqlamısınızsa, mütləq qarderobunuzu dəyişin.

5. Alt geyimlərinin görünməsi. Ətrafdakılara alt geyimləri nümayiş etdirmək zövqsüz olmanın ən qabarıq əlamətidir. Zövqlü qadınlar alt geyimini, məsələn, büsthalterin iplərini gizlətməli, onları üst paltarlarına uyğun rəngdə geyinməlidir.

6. Həddən artıq qısa ətəklər. Qısa yubka, don istirahət üçün yararlıdır. Ancaq işdə və küçədə geyinmək üçün heç də məsləhət deyil. Bədən ölçüləriniz imkan versə belə, çox qısa geyimlərə həvəs göstərmək lazım deyil.

7. Ayaqqabı, paltar və aksesuarların eyni rəngdə olması. Qırmızı paltar, qırmızı ayaqqabı, qızrmızı çanta – bu seçim pis zövqə dəlalət edir. Parlaq paltarlarla mütləq neytral ayaqqabı və ya əksinə, parlaq ayaqqabı ilə neytral rəngdə paltar geyinmək məsləhətdir.

8. Şəkilli geyimlər. Çox şəkilli paltarlar geyinməkdən qaçın. Əgər yubkanız dama-damadırsa, o zaman köynək bir tonda olmalıdır. Və yaxudda əksinə.

9. Parlaq görsənmək işıldamaq demək deyil. Parıltılar, parlaq zinət əşyaları dəblə ayaqlaşmaq istəyən qadınların seçimi deyil. Qızılı və ya gümüşü rəngləri solğun rənglərlə uyğunlaşdırmaq lazımdır. Birinin parlaq olması kifayət edir.

10. Zinət əşyalarının bolluğu. Bütün zinət əşyalarını eyni anda taxmaq pis zövqün daha bir əlamətidir. Yadda saxlayın, üçdən artıq bəzək əşyası taxmaq sizi zövqsüz qadınlar sırasına salacaq.


Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 09:02
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLI XEBERDI

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

kiskanc

  • 4 iyul 2011 15:56
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
muellife tesekkurler

_RONALDO_

  • 27 may 2011 14:20
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
herenin bir zovqu var

--------------------

Lindo

  • 21 fevral 2011 19:27
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
tewekkurler

only-girl

  • 20 fevral 2011 10:28
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
yaxwidi twkler

--------------------

YazYamuru

  • 20 fevral 2011 02:59
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
YOOOOOOO MƏN ZÖVQLÜYƏƏƏƏƏMM HƏR TƏRƏFLİİİİİİİİ feel wink

--------------------



Ulya

  • 19 fevral 2011 20:37
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

::..ONSLAUGHT::..

  • 19 fevral 2011 19:33
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk,.,.,.,.,.,.,.,.,.,.,.,.,.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

GUNAHKAR MELEK

  • 19 fevral 2011 19:30
  • Məqalə: 0
  • Şərh: 242
  • Bal:
{awards}
tesekkurler

--------------------
ALDANMA INSANIN GOZELLİYİNE,
GOZELLIK INSANIN DAXILINDEDIR.
XARICI OLSA DA PARLAQ BIR GUNES,
DAXILI BELKE DE ZULMET GECEDIR

nilayka

  • 19 fevral 2011 19:17
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sag ol gozel xeberdir hem de maraqli hem de lazimli bir sozle thanks

--------------------

niqulya

  • 19 fevral 2011 18:59
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
her kese bir sey yarasir....

Humay16

  • 19 fevral 2011 18:02
  • Məqalə: 0
  • Şərh: 315
  • Bal:
{awards}
əməyə göre teşekkürler

--------------------
Əgər günəşi gözdən qaçırdım deyə göz yaşı töksən onda ulduzları da qaçırdarsan

Sevinc_Keder

  • 19 fevral 2011 18:00
  • Məqalə: 0
  • Şərh: 443
  • Bal:
{awards}
herenin bir zovqu var

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}