Dünya futbolunda ən yadda qalan hadisələr

 
Dünya futbolunda ən yadda qalan hadisələr

Dünya futbol tarixində bu günə qədər bir sıra yadda qalan hadisələr yaşanıb.

Baş vermiş 10 hadisə dünya futbolunun tarixinə həkk olunub.

Bunlardan "Hillsbrou", "Heysel" stadionu, Zamibiya faciələri, Fabrise Muambanın ürəyinin dayanması, Mark Vivien Foenin ölümü, Devid Bekhem karyerasının son matçında gözyaşları tökməsi və s kimi hadisələri qeyd etmək olar.

1. "Hillsbrou" faciəsi - 1989-cu ildə İngiltərə Federasiya kuboku (FA) çərçivəsində keçirilən "Liverpul" - "Nottingem Forest" matçı futbol tarixinin ən acı faciələrindən biri kimi yaddaşlara həkk olunub. "Şeffild Yunayted"in stadionu olan "Hillsbrou" arenasında baş tutan oyunun gedişində azarkeşlər arasında yaşanan insident zamanı 96 nəfər ölmüş, 800 nəfərə yaxın insan yaralanmışdı.

2. Münhen təyyarə faciəsi - II dünya müharibəsindən sonra komandanın baş məşqçi postuna Matt Busbini gətirən "Mançester Yunayted" klubu çox yaxşı heyət qurmuş, 1956 və 1957-ci illərdə liqa çempionluğunu qazanmışdı. Lakin 1958-ci il, 6 fevral tarixində Münhendə yaşanan təyyarə qəzası sonrası komandanın 8 futbolçusu dünyasını dəyişmiş, bir çoxu isə ağır yaralanmışdı.

3. "Heysel" stadionu faciəsi - 1985ci il, 29 may günü futbol tarixinin ən unudulmaz fəlakətlərindən biri kimi xatırlanır. Həmin gün Brüsselin "Heysel" stadionunda UEFA kubokunun final matçı çərçivəsində üz-üzə gələn iki Avropa nəhəngi - "Liverpul" və "Yuventus" komandalarının dueli zamanı 39 "Yuventus" azarkeşi ölmüş, 600 nəfər isə ciddi xəsarət almışdı.

4. 2003-cü ildə Konfederasiya kuboku çərçivəsində Kamerun və Kolumbiya yığmaları arasında keçirilən görüşdə Afrika təmsilçisinin futbolçusu Mark Vivien Foe qəfildən yerə yıxılır. Həkimlərin bütün cəhdlərinə baxmayaraq ürəyinin dayandığı bildirilən futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

5. "Bradford Siti" yanğını - 1985-ci il, 11 may tarixində keçirilən "Bradfor Siti" - "Linkoln Siti" matçı əsnasında baş verən yanğın zamanı 56 nəfər dünyasını dəyişmişdi.

6. Zamibiya faciəsi - 1993-cü ildə Zamibiyalı futbolçuları daşıyan təyyarənin Atlantik okeanında qəzaya uğraması nəticəsində 18 oyunçu dünyasını dəyişmişdi. Bu hadisə dünya futbolunun faciələrindən biri kimi anılır.

7. Şey Qivenin mərhum Qari Spid üçün ağmalası - Uelsin son illərdə yetişdirdiyi ən önəmli futbolçulardan olan Qari Spidin 42 yaşında ölümü bütün futbol dünyasını yasa boğmuşdu. Oynadığı futbolla bütün İngiltərənin rəğbətini qazanan Spidin sabiq komanda yoldaşı Şey Qivenin onun üçün gözyaşları tökməsi tarixin yaddaşına həkk olunub.

8. Fabrise Muambanın ürəyinin dayanması - İngiltərə Federasiya kuboku (FA) çərçivəsində keçirilən "Tottenhem" - "Bolton" matçının 41-ci dəqiqəsində qonaqların futbolçusu Fabrise Muambanın qəfildən ürəyinin dayanması hər kəsi qorxutmuşdu. Futbolçu sonradan özünə gəlsə də, karyerasını başa vurmaq məcburiyyətində qalmışdı.

9. "Benfika"nın son dəqiqələrdə qaçırdığı çempionluqlar - 2012/2013 mövsümündə "Benfika" klubunun Avropa Liqası, ölkə çempionatı və kubokunda çempion olmaq şansı var idi. Lakin hər üç turnirin son dəqiqələrində qol buraxan "Benfika" klubu mövsümü titulsuz başa vurmuşdu.

10. Devid Bekhemin gözyaşları - 2013-cü ildə Fransa liqasını çempion başa vuran PSJ klubu "Brest"i öz meydanında 3:1 hesabı ilə məğlub edib. Həmin görüşün 82-ci dəqiqəsində əvəzlənən Bekhem karyerasının son matçını keçirdiyi üçün gözyaşlarına hakim ola bilməmişdi.


Geri dön

qirilmis qelb

  • 16 oktyabr 2014 16:08
  • Məqalə: 65
  • Şərh: 2760
  • Bal:
4. 2003-cü ildə Konfederasiya kuboku çərçivəsində Kamerun və Kolumbiya yığmaları arasında keçirilən görüşdə Afrika təmsilçisinin futbolçusu Mark Vivien Foe qəfildən yerə yıxılır. Həkimlərin bütün cəhdlərinə baxmayaraq ürəyinin dayandığı bildirilən futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

NikaLYa

  • 12 oktyabr 2014 13:01
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
ugurlarrrrr hamiyaa

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 12 oktyabr 2014 01:07
  • Məqalə: 670
  • Şərh: 18461
  • Bal:
{awards}
Melumata gore saol..

--------------------
คşк łคfтคɴ คɴłคмคz

Sıla Rəsulova

  • 8 oktyabr 2014 17:23
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Baş vermiş 10 hadisə dünya futbolunun tarixinə həkk olunub.

--------------------
Səssiz'liyim

Kapriznaya Problemka

  • 8 oktyabr 2014 16:33
  • Məqalə: 0
  • Şərh: 284
  • Bal:
{awards}
Tskleeeerrrrrrrer

--------------------
CoX SaDe SanMaYiN Meni...!!! AGliNi ElE AlArAm Ki UrEyInDe UsTuNdE BoNuS GeLeR...!!!

Awk bir hayal

  • 7 oktyabr 2014 23:14
  • Məqalə: 137
  • Şərh: 2757
  • Bal:
{awards}
RealMadrid

Bitmesin Hikayemiz

  • 7 oktyabr 2014 22:46
  • Məqalə: 0
  • Şərh: 771
  • Bal:
{awards}
Futbolu sevirem cox sagolun

--------------------
Onun sənə bütün etdiklərinə baxmayaraq, bağışlaya bilərsən. Çətin olan onu bağışladığın üçün özünü bağışlaya bilməkdir.

★Love World★

  • 7 oktyabr 2014 20:05
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
{awards}
Meqaleye gore sag olun winked winked winked

--------------------

AySenKa

  • 7 oktyabr 2014 19:36
  • Məqalə: 27
  • Şərh: 2127
  • Bal:
{awards}
Maraqli idi

Prosta FaN

  • 7 oktyabr 2014 18:25
  • Məqalə: 0
  • Şərh: 1207
  • Bal:
{awards}
Maraglı oldu saol..))

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 7 oktyabr 2014 17:06
  • Məqalə: 670
  • Şərh: 18461
  • Bal:
{awards}
Melumata gore sagol

--------------------
คşк łคfтคɴ คɴłคмคz

ヅ Bad Girl ヅ

  • 7 oktyabr 2014 14:59
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
Baş vermiş 10 hadisə dünya futbolunun tarixinə həkk olunub.

--------------------

-Kralica-

  • 7 oktyabr 2014 14:10
  • Məqalə: 696
  • Şərh: 8590
  • Bal:
{awards}
tewekkkur edrem

--------------------




★CaNdy GiRL★

  • 7 oktyabr 2014 13:40
  • Məqalə: 32
  • Şərh: 1528
  • Bal:
{awards}
Baş vermiş 10 hadisə dünya futbolunun tarixinə həkk olunub.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 15
Cəmi: 50

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}