Necə xoşbəxt ola bilərsiz?

 
Necə xoşbəxt ola bilərsiz?

Sevimli Peyğəmbərimiz (s) buyurur ki, dünya və axirətdə heç bir ləzzət evlənmədən daha ləzzətli ola bilməz. Insan ailə qurmaqla həm Allah dərgahına yaxınlaşıb savab qazanır, həm də bir sıra günahlardan qorunur. Psixoloqlar ailəni insanın düzgün, doğru tərbiyəsi üçün ən dəyərli məktəblərdən hesab etmişlər. Kiçik cəmiyyət adlanan, əslində isə cəmiyyətin önəmli sütunlarından sayılan ailəni qorumaq üçün son dərəcədə diqqətli, dözümlü, məsuliyyətli, elmli, alicənab, ağıllı və ən əsası səbirli olmağımız vacibdir.
Xoşbəxtlik insanın öz əlindədir. Əgər ailə quran şəxs bu müqəddəs ocağın bünövrəsini möhkəm qoyarsa, cəmiyyətdə də birlik möhkəm olacaq və inşallah gələcəkdə o insan ciddi problemlərlə qarşılaşmayacaqdır. Ailə qurarkən yalnız hisslərə deyil, sevgi başda ol maqla, hörmətə, mədəniyyətə, anlayış və vəfadarlığa da önəm verilməlidir. Əks təqdirdə, evlilər arasındakı zəncirlər qırılar və ya bu ailənin yaşayış tərzi ibtidai icma quruluşundakı qəbilələrdən heç nə ilə fərqlənməz. Odur ki, ailə quran şəxslər ilk növbədə öz psixoloæi uyğunlaşmalarının qayğısına qalmalıdırlar. Psixoloæi uyğunlaşma isə hər şeydən əvvəl müxtəlif tərbiyə almış və müxtəlif mikromühitlərdə formalaşmış xarakterlərin uzlaşmasıdır. Unutmamalıyıq ki, sözsöhbətsiz, problemsiz ailə həyatı yoxdur. Ən xoşbəxt ailələrdə belə istər maddi, istər mənəvi çətinliklər, bəzi anlaşılmazlıqlar olur. Sağlam düşüncəli şəxs bu kimi çətinliklər qarşısında aciz qalmamalı, xoşbəxt gələcəyi üçün mübarizə aparmalıdır...
Həyat yoldaşı ilə yaxşı rəftar etmək ailə mühitində ruhən aramlıq yaradar. Bu davranış nəticəsində nəinki Ər-arvad arasında mehribançılıq olar, eyni zamanda onlar bu hərəkətlərinin savabını mütləq axirətlə alarlar. Islam peyğəmbəri (s) buyurur: "Sizlərin ən yaxşısı və ən imtiyazlısı odur ki, öz həyat yoldaşı ilə daha mehriban olsun".
Və yaxud əksinə, əgər Ər-arvad həyatlarındakı nöqsanlara dözməyib, bilərəkdən Bir-birinə əziyyət verərlərsə, ömürlərini ibadətlə keçirmələrinə baxmayaraq Allah həmin bəndələrinin ibadətini qəbul etməz.
Bütün bu anlaşılmazlıqlar sonunda boşanma ilə nəticələnir ki, bu da hər iki tərəfə, xüsusən də uşaqlara mənfi təsirini göstərir. Bildiyimiz kimi, Islam şəriəti boşanmanın əleyhinədir. ƏhliBeytdən (ə) gələn hədisə görə, boşanma əqdi oxunanda AllahTaalanın ərşi titrəyir. Tanrının qəzəbinə düçar olub, günah qazanmamaq üçün bu "mikro dövlət"in təməlini sağlam qurmalıyıq. Hər kəsin ailəsi onun kiçik bir dünyasıdır. Insan oğlu davranışları ilə dünyasını Cənnətə və ya Cəhənnəmə çevirməyə qadirdir. Ömrümüzün sonuna kimi zindan həyatı yaşamamaq, axirətimizi Cəhənnəmə çevirməmək üçün hər birimiz üzərimizə düşən vəzifələrin nələrdən ibarət olduğunu bilməli və xoşbəxtçiliyimiz üçün bu qaydalara riayət etməliyik. Əziz mömin bacı və qardaşlar, müqəddəs ocağınızı yüksək məqamlı Behiştə çevirməyin bəzi sirrlərini bilmək istərdinizmi?

Elə isə diqqətli olun:

1. Yoldaşınız evə gəldiyi zaman onu qapıda qarşılayın və gülər üzlə "Xoş gəldin" deyin.
2. Ona soyuq yanaşmayın və gününün necə keçməsi ilə maraqlanın. Lakin demək istəmədiyi mövzunu israrla tələb etməyin.
3. Işlərinizi elə qurun ki, o evə gəldiyi zaman ona daha çox vaxt ayırasınız. Istirahəti üçün lazımı saatlarda evdə süküt yaradın. Problemləri, qeyrizəruru məsələləri Bir-birinizə deyib, birlikdə məşvərət edin.
4. Ər-arvad münasibətlərindən əlavə, yoldaşınızla sirdaş, dost olmağa çalışın. Qurani Kərimdə buyurulur: "Allah Taala sizin aranızda məhəbbət və dostluq yaratdı".
5. Evlilik eyni zamanda ortaqlıqdır. Qazancınıza "mənim" deyib sadəcə özünüz üçün xərcləməyin. Malınız arasında seçim etməyin. "Mən", "Sən" kimi sözlərin yerinə "Biz" işlədin. Məsələn: Mənim evim deyil, bizim evimiz deyin.
6. Yoldaşınızı kimsənin, xüsusən də qohumları və ya dostlarının yanında alçatmayın, ələ salmayın və onun hərəkətlərini yamsılamayın, əksinə insanların yanında ona daha çox, ibrətamiz şəkildə hörmət edin.
7. Təvazökar və itaət edən olun. Nisa sürəsinin 34cü ayəsinə diqqət yetirin: "Həm təvazökar, həm də itaət edən qadınlar pak və təqvalıdırlar" .
8. Yoldaşınızın yanında heç vaxt başqa kişiləri müdafiə etməyin, onları bəyəndiyinizi vurğulamayın. Başqalarının uğuru ilə onu utandırmayın.
9. Əgər yaxınlarınızdan birisi vaxtilə ona yaxşılıq edibsə, bunu minnət qoyaraq onun üzünə vurmayın. Unutmayın, minnət qoymaq insanın kiçikliyidir. Bunun nəticəsində ailədə məhəbbət əskilər, çəkilən zəhmətlər hədər gedər. "Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır". (Bəqərə, 262.)
10. Anlayışlı olmağa çalışın. Ailədəki mehribançılıq, şirinlik və ləzzət məhz anlaşma sayəsində yaranır. Əgər iki şəxs arasında anlaşma olarsa, burada nəzm və nizamın möhkəmliyinə şübhə ola bilməz.


Geri dön

qirilmis qelb

  • 15 oktyabr 2014 15:13
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Sizlərin ən yaxşısı və ən imtiyazlısı odur ki, öz həyat yoldaşı ilə daha mehriban olsun".

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

вคɴค iкiмizi คɴlคт ❤

  • 12 oktyabr 2014 00:57
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Serhlere gore sagolun...

NikaLYa

  • 12 oktyabr 2014 00:21
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.... smile fellow

--------------------

★CaNdy GiRL★

  • 11 oktyabr 2014 17:47
  • Məqalə: 32
  • Şərh: 1561
  • Bal:
{awards}
ohaaaaaa bunlarin hamisii etsek xosbextliye vaxt qalmaz ewii

--------------------

qeyretsizlere duwmen

  • 11 oktyabr 2014 12:56
  • Məqalə: 3
  • Şərh: 267
  • Bal:
{awards}
Sevimli Peyğəmbərimiz (s) buyurur ki, dünya və axirətdə heç bir ləzzət evlənmədən daha ləzzətli ola bilməz. Insan ailə qurmaqla həm Allah dərgahına yaxınlaşıb savab qazanır, həm də bir sıra günahlardan qorunur.

AySenKa

  • 10 oktyabr 2014 17:14
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
Maraqlidii sagolun

^^FiDaNKa^^

  • 9 oktyabr 2014 21:08
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
Beli mende deyiremki xowbextlik insanin oz elindedir.... Bunu ozun et!Men etmiwem lol

Səssiz

  • 9 oktyabr 2014 13:18
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Xowbekt deyilem

--------------------
Səssiz'liyim

Pıtırcık

  • 8 oktyabr 2014 22:58
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
sad tesekkurler

--------------------
http://legend.az/user/imza/

вคɴค iкiмizi คɴlคт ❤

  • 8 oktyabr 2014 20:49
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Serglere gore sagolun

Milyonerka

  • 8 oktyabr 2014 20:40
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
teshekkurleR))

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

-Kralica-

  • 8 oktyabr 2014 20:32
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
cox tewekkur edirem mence herkes oxumalidi

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}