İbrahim peyğəmbər haqqında

 
İbrahim peyğəmbər haqqında

Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm".
Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun.
Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: "Bu mənim Rəbbimdir!"– dedi. O batdıqda isə: "Mən batanları sevmirəm!"– dedi.
Doğan ayı gördükdə: "Bu mənim Rəbbimdir!"– dedi. O batdıqda isə: "Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım"– dedi.
Doğan günəşi gördükdə: "Bu mənim Rəbbimdir, bu daha böyükdür!"– dedi. O batdıqda isə dedi: "Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam!
Doğrudan da mən, hənif (tək Allaha ibadət edən) olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm".
Qövmü onunla höcətləşdi. O dedi: "Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Rəbbimin istədiyi şeylərdən başqa mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?
Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri (bütləri) Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, deyin görüm iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır?"
İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.
Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir.
Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsə`i, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik. Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik.
Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı.
Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər kafirlər ayələri inkar etsələr, Biz onları inkar etməyən bir qövmə həvalə edərik.
Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl. De: "Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu Kitab aləmlər üçün yalnız bir xatırlatmadır" (əl-Ənam, 74-90).


Geri dön

qirilmis qelb

  • 15 oktyabr 2014 15:09
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm".

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

NikaLYa

  • 12 oktyabr 2014 11:57
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 12 oktyabr 2014 00:53
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

★CaNdy GiRL★

  • 11 oktyabr 2014 17:44
  • Məqalə: 32
  • Şərh: 1561
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

qeyretsizlere duwmen

  • 11 oktyabr 2014 12:54
  • Məqalə: 3
  • Şərh: 267
  • Bal:
{awards}
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu Kitab aləmlər üçün yalnız bir xatırlatmadır" (əl-Ənam, 74-90).

AySenKa

  • 10 oktyabr 2014 17:26
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
Allah razi olsun

^^FiDaNKa^^

  • 9 oktyabr 2014 21:10
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsə`i, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik. Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik.
Bu, Allahın hidayətidir.

Səssiz

  • 9 oktyabr 2014 14:12
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Səssiz'liyim

-Kralica-

  • 8 oktyabr 2014 20:35
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}