Saat qülləsi dibində bir qadın
qurumuş dodaqları
saçları tələsik
daranmış
ayaqqabıları olduqca yaş
bədəni üşüməkdən fərarilik etmiş
həyat yorğunu bir qadın.

Gözlərdə eşqbazlıq gözləyiş
narahat keçdi önümdən səslənsəm eşidəcəkdi
gözlədənləri danışaq
deyəcəkdim
yağış yağmaqda
o axtarmaqda gözlədəni
səmanın rəsminə yalnız quru buludlar

çəkilmiş
ulduzları silmişlər
aldırmadan çətirsiz ümidlərdə gözlədi
quru izdiham yaş küçələrdə
sürətlə keçir
bəlkə onlarda qaçaraq axtarır
yerlərdə yaşlığın keçici kölgəsində xoşbəxtliyi.
Gəlmədi

gözlədəni qadının
dərmə çatma xülyalar ölkəsinə dönür
yağışda kobud rəftar edilmiş kədərli
için-için yanıb
en eşq sürgünlərini islatdığı yağışında
quru addımlarla
çarəsiz gedir
qara-qara düşünüb
ağ qağayı

qışqırıqlarında getdi qadın
mən yağışa sürgün boşluqdakı laxtamla
utana utana
unuda unuda
usana
qurumuş dodaqları
saçları tələsik
daranmış
ayaqqabıları olduqca yaş
bədəni üşüməkdən fərarilik etmiş
həyat yorğunu bir qadın.

Gözlərdə eşqbazlıq gözləyiş
narahat keçdi önümdən səslənsəm eşidəcəkdi
gözlədənləri danışaq
deyəcəkdim
yağış yağmaqda
o axtarmaqda gözlədəni
səmanın rəsminə yalnız quru buludlar

çəkilmiş
ulduzları silmişlər
aldırmadan çətirsiz ümidlərdə gözlədi
quru izdiham yaş küçələrdə
sürətlə keçir
bəlkə onlarda qaçaraq axtarır
yerlərdə yaşlığın keçici kölgəsində xoşbəxtliyi.
Gəlmədi

gözlədəni qadının
dərmə çatma xülyalar ölkəsinə dönür
yağışda kobud rəftar edilmiş kədərli
için-için yanıb
en eşq sürgünlərini islatdığı yağışında
quru addımlarla
çarəsiz gedir
qara-qara düşünüb
ağ qağayı

qışqırıqlarında getdi qadın
mən yağışa sürgün boşluqdakı laxtamla
utana utana
unuda unuda
usana