Son model telefonlar dözümsüzdür

 
Son model telefonlar dözümsüzdür


Mobil telefonlar insan həyatını olduqca asandlaşdıran bir vasitədir
Bu gün yaşından asılı olmayaraq demək olar ki, hər kəs mobil telefondan istifadə edir. Əvvəllər sadəcə mobil telefona sahib olmaq istəyən insanlar üçün artıq bu arzu, arzu olaraq qalmır. Çünki hazırda 20 manata belə işlənmiş və gözdən düşmüş mobil telefon tapmaq mümkündür. Günün tələbi isə başqadır. Son model olacaq, ən yeni proqramları dəstəkləyəcək, görünüşcə gözəl, eyni zamanda böyük kütlənin istifadə edəcəyi bir model olacaq və ən az 1 gün enerjini dolu saxlayacaq. Bəli, bu gün enerji tutumu da telefon alış-verişində önəmli bir məsələ sayılır. Düzdür, son model telefonlar görünüşcə, elə proqram təminatı baxımından nə qədər mükəmməl olsalar da, ən pis cəhətləri enerjini gün boyu saxlamamalarıdır. Yola çıxan hər 3 insandan 2-si mütləq enerji doldurucusunu da özü ilə daşıyır. Musiqi dinləmək, müxtəlif proqramlardan yol boyu istifadə etmək, eləcə də telefonun bir çox funksiyalarını eyni anda yanılı qoymaq bəzən telefonu elə yarı yolda da qoya bilir. Bir sözlə, bu gün mobil telefon istifadə edən hər kəsin yaralı yeri elə telefon enerjisidir. Məhz bu səbəbdən ilk model və olduqca az funksiyaya malik olan telefonlara üstünlük verənlər də az deyil.

Telefon ustası, proqramçı Malik Ağayevin sözlərinə görə, son model telefonlarda enerji tutumu ən çox şikayət olunan məsələlərdən biridir. Bunun 2 həll yolu var. Birincisi, telefon yoxlanılır və lazım gəldikdə enerji batareyası dəyişdirilir. Bu, adətən uzun müddət istifadə olunan telefonlarda həyata keçirilir. Çünki bu cür telefonların istifadə müddəti batareyanı zəiflədir və enerji tez bitir. İkinci halda isə ekran arxası açıq olan, eyni zamanda istifadə olunmayan proqramları bağlayan yeni proqram yazılır. İstifadə olunmadıqda bu proqramlar avtomatik bağlanılır və enerji sərfiyyatı azalır: "Enerji məsələsi smartfonların həll edilməyən dərdidir. Son model telefonların sadəcə ekran ölçüləri kifayət edir ki, telefonun enerjisi həddindən çox istifadə olunsun. Böyük ekrana malik olan telefon və planşetlərin enerji saxlama gücü olduqca azdır. Bununla yanaşı oyun və müxtəlif proqramların istifadəsi də telefon enerjisini bitirir. Bu cür telefonların 1 gün enerji saxlaması normal haldır, çünki enerji bloku bütün bunları qarşılayacaq həcmdə deyil".

Həmsöhbətimizə görə, bir sıra üsullar var ki, bu üsullardan istifadə edərək müddəti az da olsa uzatmaq mümkün olur. Məsələn, M.Ağayev smartfonu daim 2g vəziyyətində saxlamağı, yalnız 3g lazım olanda bunu aktiv etməyi məsləhət görür. Onun sözlərinə görə, bu, batareya saxlamasına çox müsbət təsir edən amildir. "Çünki 3g hədsiz çox enerji yeyən texnologiyadır, ikincisi, bizim hər 3 operatorun 3g-si sağlam olmadığına görə dalğa daim E,H+,3G arası var-gəl edir, bu da xeyli enerji aparır, telefonun ekranı sönülü halda belə sürətlə enerji aparır. Ona görə də 3g ancaq lazım olanda qoşulsun, qalan hallarda 2g istifadə olunsun. Ekran işığını azaldın, 50%-dən də az edin, bu, normal göstəricidir, çox parlaq həm gözə zərərdir, həm də enerjini məhv edir".

Telefon ustası deyir ki, telefonu ancaq 20%-dən az enerji olduqda "zaryadka"ya qoymaq məsləhətdir: "Bir də 90%-dən yuxarıda olduqda çıxarın. Yəni 20-90% arası olan enerjinin bitmə müddəti də uzanır. Buk isə batareyaya zərərdir, gücünü və ömrünü azaldır".

Son model telefonların 1 həftə enerji saxlaması qeyri-mümkündür. Hətta istifadə olunmadığı halda bu cür telefonların enerji saxlama müddəti maksimum 70 saatdır.


Geri dön

qirilmis qelb

  • 15 oktyabr 2014 14:42
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Ehh day deme ee dozumsuzde sozdu yawiyan olu texnikadi fellow

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

ヅ Bad Girl ヅ

  • 11 oktyabr 2014 23:54
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Heqiqetende indiki tellerde enerji zeifdi

--------------------

NikaLYa

  • 11 oktyabr 2014 21:50
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
heee eledieeee,,,,,heqiqeten

--------------------

★CaNdy GiRL★

  • 11 oktyabr 2014 17:28
  • Məqalə: 32
  • Şərh: 1561
  • Bal:
{awards}
Telefon ustası deyir ki, telefonu ancaq 20%-dən az enerji olduqda "zaryadka"ya qoymaq məsləhətdir: "Bir də 90%-dən yuxarıda olduqda çıxarın. Yəni 20-90% arası olan enerjinin bitmə müddəti də uzanır. Buk isə batareyaya zərərdir, gücünü və ömrünü azaldır".

Men 5% catmasa goymuram wink nese daha qoyacam winked

--------------------

qeyretsizlere duwmen

  • 11 oktyabr 2014 11:35
  • Məqalə: 3
  • Şərh: 267
  • Bal:
{awards}
Heqiqetende indiki tellerde enerji zeifdi xevbercun sagolun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}