Windows-un gələcəyi necə olacaq?

 
Windows-un gələcəyi necə olacaq?


Microsoft Korporasiyası yeni Windows 10 əməliyyat sistemini təqdim edib və oktyabrın 1-də mövcud olacaq kompüter üçün texniki avadanlığa ilkin texniki baxış keçirib.

Təqdimatda biznes üçün dizayn olunmuş yeni üstünlüklər, o cümlədən, yenilənmiş istifadəçi təcrübəsi və inkişaf etdirilmiş təhlükəsizlik və idarəetmə imkanları xüsusən qeyd edilib. Korporasiya həm də müştərilərin ehtiyaclarını daha yaxşı qarşılayan Windowsun hazırlanması və müştərilərə çatdırılması yolunu dəyişmək üçün edilmiş indiyədək mövcud ən böyük açıq əməkdaşlıq və inkişaf səyini qabardaraq Windows Insider proqramını da təqdim edib. Proqram istifadəçiləri inkişaf dövrü ərzində istifadə və rəy üçün Windows 10-un texniki ilkin baxış variantını və davamlı qurğu axınını əldə edəcək və Microsoftun mühəndisləri ilə öz şərhlərini bölüşə biləcəklər.

Windows 10 öz istifadəçilərinə işləmək, oynamaq və internetə qoşulmaqda yeniliklər təqdim etmək məqsədilə təcrübələri aşaraq, bütöv bir yeni nəsil Windowsun ilk addımını təqdim edir", - deyə Microsoftun Əməliyyat Sistemləri Qrupunun icraçı vitse-prezidenti Terri Mayerson deyib. Bu, bizim ən geniş əməliyyat sistemimiz və Microsoftun iş adamları üçün hazırladığı ən yaxşı təqdimatdır. Biz qarşıdakı ay ərzində Windows 10-u həyata gətirmək üçün geniş Windows icmamız ilə əməkdaşlığı səbirsizliklə gözləyirik.

Windows 10: Cihazlar arasında tanışlıq və ardıcıllıq

Windows 10 müştərilərinə daha da böyük məhsuldarlıq imkanı yaratmaq üçün onların istifadə etdiyi cihazlara Xboxdan tutmuş, tablet və kiçik qacetlərədək və onların həyata keçirdiyi ardıcıl və təkrar təcrübələrə uyğunlaşır. Windows 10 dünya üzrə internetdən tutmuş, məlumat mərkəzlərinədək indiyə qədər olan ən geniş cihaz diapazonunda yayılacaq. Microsoft, həmçinin, hər növ cihazları inkişaf etdirənlər üçün bir nöqtədə birləşən tətbiq platforması təklif edir. İnkişafetdiricilər proqramları bir dəfə yükləyə və asanlıqla müxtəlif cihaz tipləri arasında paylaya, kəşf edə, satın ala və müştərilər üçün yeniləyə bilər.

Windows 10: Müasir biznesdə çətinlikləri aradan qaldırmaq üçün nəzərdə tutulub

Windows 10 biznesin tələb etdiyi, o cümlədən istifadəni asanlaşdırmaq və rahat etmək üçün korporativ səviyyədə təhlükəsizliyi, məlumatın və identifikasiyanın qorunması kimi amillərə malikdir. Microsoftun təqdim etdiyi inkişafın bir sahəsi də oğurluq, fişinq və xarabolmaya qarşı davamlılığı özündə birləşdirən istifadəçi identifikasiyası ilə apardığı işlər təşkil edir. Windows 10, həmçinin, öncədən məlumat itkisinin qarşısını almaq üçün proqram və fayl səviyyəsində konteynerlər və məlumat ayırıcılarından istifadə edir. Bu vasitələr USB daşıyıcı, elektron poçt və ya buluddan gələn məlumatların qorunmasına imkan yaradır.

Xərclərin aşağı olmasına yardım etmək məqsədilə sil-və-yenidən yüklə cihaz ssenarisini köhnəlməyə məruz qoyan Windows 7 və Windows 8-dən götürülən yerindəcə yenilənmə funksiyası daxil olmaqla, idarəetmə və yerləşdirilmə sadələşdirilib. Müəssisələrdə son yeniliklərin qəbuletmə tezliyi və təkmilləşmə təsirinin davamiyyətində seçim rahatlığı yaranacaq. Bundan başqa, təşkilatlar öz ehtiyac və əhatəsinə görə əlavələr bazası yükləyə biləcək. Axır məqsəd həcmli əlavə lisenziyasına, rahat paylaşmaya və lazım olduqda təşkilatlara lisenziyaları düzəltmək və ya təkrar istifadə etmək imkanı verən əlavələr bazası yaratmaqdır.

PK məhsuldarlığının ilkin texniki baxışı

Windows 10 proqramının ilkin texniki baxışı Windows 10 təcrübəsi vasitəsilə rahatlığın, naviqasiyanın və tanış olan məlumatın yeni səviyyəsini nümayiş etdirir.
Xüsusiyyətlər siyahısına aşağıdakılar daxildir:

Genişləndirilmiş start menyusu. İnsanlar tərəfindən ən çox istifadə edilən funksiyalar və qovluqlara bir toxunuş vasitəsi ilə keçid təmin edən start menyusu geri qaytarılıb və sevimli əlavələr, proqramlar, insanlar və veb-səhifələrlə təcəssüm etmək üçün yeni məkan daxil edilib.
Pəncərədə əks olunan əlavələr. Windows Storedan olan əlavələr artıq iş masası proqramları formatında açılır. İstifadəçilərə bir toxunuş vasitəsilə əlavələrin ölçüsünü və yerini dəyişmək, yuxarı hissədə adlandırmaq, böyütmək, kiçiltmək və bağlamaq imkanı verilib.
Bəndlərin təkmilləşdirilməsi. Bir neçə əlavəni eyni zamanda bəndlərin irəliləyişi vasitəsilə işlətmək artıq daha asan və intuitivdir. Yeni dairəvi tərtibat dörd əlavəni eyni ekranda seçmək imkanı verir. Windows, həmçinin, əlavə bənd üçün işə salınan digər əlavələr və proqramlar göstərəcək, hətta mövcud olan ekran sahəsini başqa açıq əlavələrlə doldurmaq üçün ağıllı təkliflər yaradacaq.
Yeni tapşırıqların görünüş düyməsi. Tapşırıqlar panelinin üzərində olan yeni tapşırıqların görünüş düyməsi bütün açıq əlavələr və qovluqlar üçün bir baxış imkanı verir və istənilən iş masasına sürətli yanıb-söndürmə və bir toxunuşlu keçidi təmin edir.
Çoxlu iş masaları. Tək iş masasını dolduran çoxsaylı əlavələr və qovluqlar yerinə istər iş, istərsə də şəxsi istifadə üçün fərqli məqsəd və layihələrlə bağlı ayrı iş masalarını yaratmaq və onlar arasında keçid təmin etmək daha asandır.

Açıq birgə əməkdaşlıq inkişafı

Windows Insider Proqramının tətbiqi Microsoft Korporasiyasının Windowsun gələcəyini formalaşdırmağa kömək etmək üçün müştərilər ilə sıx əməkdaşlığının davamlı öhdəliyini nümayiş etdirir. Windows Insiders inkişaf dövrü ərzində erkən quraşdırılan məhsullara rəy verə biləcək. Təkliflər və məsələlər mübadiləsi üçün Windows rəyvermə əlavəsi, həmçinin, Microsoft mühəndisləri və Insiders kolleqaları ilə qarşılıqlı əlaqələr üçün yaradılan Windows texniki ilkin baxış forumu daxil olmaqla, Windows Insiders Proqramı və Microsoft arasında ikitərəfli dialoq üçün bir neçə yol daxil edəcək. Windows Insider Proqramı və texniki baxış barəsində olan daha ətraflı məlumatı http://preview.windows.com ünvanında tapa bilərsiniz.


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 40

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}