İslam əxlaq

 
İslam əxlaq




Hədislərin əksəriyyəində elmlə helmi birgə qeyd ediblər. Rəvayət olunur ki, xeyir-bərəkət mal və övladda deyil, çoxlu əməl etməkdə və helmli olmaqdadır. Nədir helm? çox vaxt helmi sadəcə qəzəbi boğmaq kimi başa düşürlər. Bu,qismən doğrudur.
Şeyx Əbbas Qumi “İslam əxlaqı” əsərində qeyd edir ki, filosof Buzərcmehrdən helm haqqında soruşduqda o belə cavab verir: helm əxlaqın duzudur. Xörəyin duzsuz dadı olmadığı kimi, əxlaq da helm olmadan gözəl ola bilməz. Helimli olmağın üç əlaməti var: əgər onunla acı danışsalar, onun qarşılığında şirin cavab versin; əgər ona əziyyət etsələr, onun əvəzində ehsan etsin.
İkincisi odur ki, qəzəb odu alovlananda və qəzəb son dərəcəyə çatanda sakitləşsin. Bu da ürəyin aram və ruhun sakit olmasına dəlildir. Üçüncüsü odur ki, həqiqətdə cəzaya layiq şəxsə qəzəblənməsin”. Göründüyü kimi, helm sifətinə yiyələnmək həqiqətən əxlaqda kamilləşmək deməkdir.
Helm əxlaq sahibinin zinəti, haqq əhlinin sifətidir. Əgər söhbət elimdən, helmdən gedirsə, Böyük Yaradanın höccətləri (dəlilləri) olan 14 Məsumun (ə) qapısını döyməli, həqiqəti bu qapıdan soraq etməliyik. Bəşər əxlaqının kamilləşməsində onlardan daha gözəl örnək kimlər ola bilər? Bir xristian İmam Muhəmməd Baqirə (ə) “əntə bəqər” (sən inəksən) deyir.

İmam (ə) isə sakitcə : “Yox, mən Baqirəm” (Baqir –elimləri yaran deməkdir-F.R.) -deyə cavab verir.
Xiristian: “Sən aşbaz qadının oğlusan”.
İmam: “Aşbazlıq anamın peşəsi idi”.
Xiristian: “Sən iftiraçı (böhtançı – F.R.) qara kənizin oğlusan”.
İmam: “Əgər dediklərin doğrudursa, Allah anamın günahlarından keçsin, əgər doğru deyilsə,
Allah səni bağışlasın”.
Xiristin İmamdakı helmi, ruhi böyüklüyü görüb islamı qəbul edir.
Böyük islam alimlərindən fəxrimiz N.Tusi helm sifətinə o dərəcədə yiyələnmişdir ki, bu günün reallığında (adi bir şey üstündə ziyalılar belə dava-dalaş müstəvisinə keçirlər) az qala əfsanə kimi görünür. Bir gün N.Tusi məktub alır. Məktubda ona “it oğlu it”-deyə müraciət olunmuşdu. Filosof hansı yolu tutmalıydı? Burada Mark Tvenlə bağlı bir haşiyə çıxmaq yerinə düşərdi.
Yazıçı həmişə imzasız məktublar (təhqir də az olmurmuş) alırmış. Bir dəfə isə təkcə bircə sözdən ibarət məktub alır. O söz “donuz ” idi. M.Tven qəzetdə belə elan verir: “Həmişə imzasız məktub alırdım. Bu dəfə isə məktubsuz imza almışam”. Yəni məktubu yazan özünün kimliyini bildirib: donuz. Bu, təhqirə eyni təhqirlə cavab verməkdir. Hərgah yazıçının hazır cavablığı özünü göstərir. Amma N.Tusi təhqiri belə qarşılamayıb. O, cavab məktubunda belə yazıb: “Sənin mənə xitabən yazdığın “it ” kəlməsi doğru deyil, çünki it dördayaqlıdır və uzun dırnaqlıdır.
Məlumdur ki, mən düz qamətli insanam. Bədənim it bədəni kimi tüklü deyil. Dırnaqlarım enlidir və mən danışanam, gülənəm. Deməli, mənim xüsusiyyətlərim itdə olan xüsusiyyətlərdən fərqlidir”. Sizcə, təhqirə qarşı belə cavab alan o kəs öz davranışından xəcalət çəkməzdimi? təhqir qarşısında böyüklük, alicənablıq, ehtiram. Qarşındakını tərbiyə baxımından bu, əvəz edilməz üsuldur. Onu öz helminlə ayıldırsan, ona insanlığın nə olduğunu xatırladırsan, ondakı zülməti öz işığınla boğursan. Pisliyi yerindəcə kəsib atırsan.
Beləliklə, pislik əvəzində yaxşılıq, kobudluq qarşısında yumuşaqlıq, nadanlıq qarşısında güzəşt, tənə, rişxənd qarşısında təbəssüm helm sahibini fərqləndirən xüsusiyyətdir. Həqiqi helm sahibləri həm də kamil elm sahibləridir. Elmi olanın helmi olar. Elimlə helmi ayırmaq olmaz. Həqiqi alim, bilən odur ki, əxlaqı, əməli də gözəl olsun.
Şəxsiyyətin kamilliyi elmlə helmin qovuşmasındadır. Gözəllik də elə bu deyilmi? Helm hansı hallarda büruzə verir? Bir şəxs düzgün olduğu halda onu töhmət edəndə, digərlərini haqqa, insanlığa dəvət edəndə onun bu dəvətini yüngül sayanda, ona heç bir günahı olmadan əziyyət verəndə helmi aşkara çıxırsa, o şəxs, həqiqətən helmlidir. Müasir dövrümüzdə -insanların dinə qarşı biganə olduğu, fitnə-fəsadın artdığı bir vəziyyətdə əmr bə məruf (yaxşılığa dəvət) və nəhy əz münkər (pislikdən çəkindirmə) kimi vacib dini vəzifələrin icrası zamanı helm sifəti daha çox tələb olunur.


Geri dön

qirilmis qelb

  • 14 oktyabr 2014 17:59
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Secilmiwlere atdim

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Səssiz

  • 14 oktyabr 2014 15:21
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun can ellerinize saliq cox sagolun

--------------------
Səssiz'liyim

xaxaxa_ne.gulursen

  • 14 oktyabr 2014 00:47
  • Məqalə: 1
  • Şərh: 232
  • Bal:
{awards}
superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

--------------------
hello

ヅ Bad Girl ヅ

  • 13 oktyabr 2014 22:57
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
cox saqolun

--------------------

Mələyimin mələyi

  • 13 oktyabr 2014 21:01
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
tewekkurler

--------------------

SLATKAYA weytanka

  • 13 oktyabr 2014 19:48
  • Məqalə: 1
  • Şərh: 633
  • Bal:
{awards}
cox gozel xeebrdi)))ALLAH razi olsun

--------------------
qeyretli olan oglan her qiza namsuuz demez bacsini arada fikirlewsin ki menimde bacim var

★Love World★

  • 13 oktyabr 2014 19:45
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Awk bir hayal

  • 13 oktyabr 2014 19:17
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
Alllah Razi Olsun Baciskom

Kapriznaya Dəcəlka

  • 13 oktyabr 2014 18:53
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
tewekkkurler maraqidir

--------------------

Elya Alieva

  • 13 oktyabr 2014 18:37
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allah ehlineyit (e) yolundan ayri salmasin bizi amin

--------------------
UREYIM...I MEN

qeyretsizlere duwmen

  • 13 oktyabr 2014 18:32
  • Məqalə: 3
  • Şərh: 267
  • Bal:
{awards}
İmam (ə) isə sakitcə : “Yox, mən Baqirəm” (Baqir –elimləri yaran deməkdir-F.R.) -deyə cavab verir.
Xiristian: “Sən aşbaz qadının oğlusan”.
İmam: “Aşbazlıq anamın peşəsi idi”.
Xiristian: “Sən iftiraçı (böhtançı – F.R.) qara kənizin oğlusan”.
İmam: “Əgər dediklərin doğrudursa, Allah anamın günahlarından keçsin, əgər doğru deyilsə,
Allah səni bağışlasın”.

-Kralica-

  • 13 oktyabr 2014 18:29
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
cox saqolun

--------------------




вคɴค iкiмizi คɴlคт ❤

  • 13 oktyabr 2014 18:26
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Ilk novbede serhlere gore sagolun..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}