Tövbə nədir?

 
Tövbə nədir?

Həzrət Peyğəmbər (s) camaata oxuduğu son xütbəsində və etdiyi son moizədə tövbə və bəndənin günah və itaətsizlikdən Allaha tərəf qayıtması barədə danışaraq belə buyurur: «Kim ölümündən bir il qabaq tövbə etsə, Allah onun tövbəsini qəbul edər». Daha sonra buyurdu: «Bir il çoxdur, bir ildən az müddətdə də mümkündür. Ölümündən bir ay əvvəl də tövbə etsə, Allah onun tövbəsini qəbul edər». Sonra buyurdu: «Bir ay da çoxdur, bir aydan az da mümkündür.
Əgər kimsə ölümündən bir gün qabaq da tövbə etsə, Allah onun tövbəsini qəbul edər». Sonra yenə buyurdu: «Bir gün də çoxdur, bir gündən az da ola bilər. Kim ölümündən bir saat əvvəl tövbə etsə, Allah onun tövbəsini qəbul edər». Bir daha buyurdu: «Bir saat da çoxdur, bir saatdan az da olar». Həmin vaxt buyurdu: «Əgər kimsə ölümündən bir an qabaq tövbə etməyə nail olsa, Allah onun tövbəsini qəbul edər».
Tövbə bəndənin həqiqi şəkildə Allaha tərəf qayıtmasıdır. Ola bilməz ki, bir bəndə əyri getdiyi yolu həqiqətən buraxıb doğru və düz yola qayıtsın, naçarlıqdan və məcburiyyətlə deyil, ürəyinin dərinliyindən və tam səmimiyyətlə Allaha tərəf gəlsin, amma Allah onu qəbul etməsin.
Tövbənin əsası, sütunu pis əməldən peşmançılıqdan və günahın tərk edilməsi barədə qərarın qəbul edilməsindən ibarətdir. Sadəcə günahdan peşmançılıq və günahın tərk edilməsinin özü də iki növdür. Peşmançılıq və qərarların bir növü yalançı peşmançılıq və qərardır ki, xəta etmiş hər bir şəxs cəza və qanunun çubuğu ilə qarşılaşanda peşman olur. O, həmin vaxt arzulayır ki, kaş həmin çirkin işi etməyəydi və indi də cəzanın acısını dadmayaydı.
Cəzanı öz gözləri qarşısında görən şəxs həmin vaxt günah etmək qərarına gələ bilməz. Əgər günah edən zaman günahkar şəxsin gözləri cəzaya sataşsaydı və onu hazır görsəydi, heç əvvəldən günaha mürtəkib olmazdı. Cəzanın gözün qabağında olması və bundan sonra günahın tərk edilməsi məcburiyyətə və ixtiyardan xaric işə bənzəyir. Günahın tərk edilməsi o vaxt tövbə sayılır ki, insan günahın özünü nağd görsün, cəzanı isə nisyə saysın və bundan sonra gələcək cəzaya, yaxud savab və mükafata görə, yaxud da günahda gördüyü murdarlıq və pisliyə görə günah etmək fikrindən daşınsın.
Həqiqi tövbənin mənası ciddi və gerçək şəkildə günahdan islahata və doğru yola qayıtmaqdır. Təbii ki, əgər bu qayıdış ciddi və həqiqi olsa və nağd cəzanın müşahidə edilməsindən yaranmasa, Allah-təala Öz geniş mərhəməti ilə onu qəbul edər. Tövbə iki məqamda qəbul edilmir. Onlardan biri bu dünyada cəzanın gəlib çatdığı zamanda edilən tövbədir. İnsanm həmin vaxt tutduğu mövqe zahirdə tövbəyə oxşayır, amma, əslində, tövbə deyil. Mübarək Mömin surəsinin 84-85-ci ayələrində ilahi cəzaya düçar olmuş keçmiş ümmətlərin bəzisi barəsində belə buyurur: «Bizim əzabımızı görəndə dedilər: «Tək olan Allaha iman gətirdik və (Allaha) qoşduğumuz şəriklərə kafir olduq. Lakin əzabımızı gördükləri zaman imanlarının onlara xeyir verməsi mümkün deyildi. (Bu,) Allahın (qədim zamanlardan) bəndələri barəsində (həyata) keçmiş qanunudur. Kafirlər orada ziyana uğradılar».
Qurani-kərim Firon barəsində də belə nəql edir ki, o, İsrail övladlarından əl çəkmirdi. Onlar Musanın (ə) başçılığı altında Misirdən xaric olanda Firon onları təqib edir və dənizə kimi onların arxasınca gedərək suda qərq olur. Firon həmin vaxt uca səslə belə fəryad qoparır ki: «Mən də Musanın qövmünün iman gətirdiyi tək Allaha iman gətirdim və Ona təslim oldum». Ona belə deyilir: «İndi?! Halbuki bundan qabaq fəsad törədənlərdən idin».
Tövbənin qəbul edilmədiyi ikinci yer axirət dünyasıdır. İnsan o biri dünyaya gedəndən sonra daha tövbə və peşimançılığın faydası yoxdur. Bunun səbəbi insanın orada cəzanı müşahidə etməsi deyil, orada daha əməlin, dəyişikliyin, qərarın dəyişilməsinin, hərəkət və təkamülün mənasız olmasıdır. Ora kim hansı vəziyyətdə, məqam və dərəcədə getsə, həmişəlik olaraq həmin məqamda qalacaqdır və özündə və qərarlarında dəyişiklik edə bilməz. Orada tövbə və keçmiş əməllərdən daşmmaq kökündən mümkün deyil. Yəni belə deyil ki, keçmiş əməllərdən daşınmaq mümkün olsun, amma qəbul edilməsin.
İnsan təbiət ağacının meyvəsidir. Meyvə nə qədər ki, ağacdadır, ağacdan, onun kök və qol-budağından qidalanır, torpağın maddələrini özünə cəzb edir, su içir, nur, hava və hərarətdən yararlanır. Amma elə ki, yetişdiyi və vaxtı çatdığı üçün yaxud qırıldığı üçün ağac ilə əlaqəsi kəsildi, daha həmin meyvənin təkamül, tərəqqi və inkişaf yolu bağlanır, afət və digər ziyanvericilərlə mübarizəsi dayanır. Əgər o, ağacdan kal və yetişməmiş halda ayrılsa, daha çarə yolu yoxdur və əgər pəjmürdə olsa, daha ağaca su, hava, işıq verməklə həmin solğunluğu düzəltmək mümkün deyil. Təbiət aləmində insan da belədir. Hər hansı bir islahat və təkamül təbiət ağacının üstündə olana kimidir. Amma elə ki, ölüm vasitəsi ilə bu ağacdan ayrıldı, daha onun üzünə islahat qapısı bağlanır.
Əlbəttə, bunu da nəzərə almaq lazımdır ki, o dünyada insanın əli islahat və təkamüldən üzülsə də, bu dünyadakı bəzi səbəblər nəticəsində ona bir sıra rəhmətlər çatır. Həzrət Peyğəmbər (s) buyurur ki, İnsan ölən kimi onun əməl dəftəri bağlanır, onun yaxşılıq və pislik sütunları tamamilə qapanır, üç istisna ilə: (həmin istisnalardan) biri budur ki, insan özündən sonra bir xeyriyyə müəssisəsi qoyub getsin və Allahın bəndələri həmin müəssisədən bəhrələnsinlər. Məsələn, bir xəstəxana, yaxud məktəb və ya məscid təsis etsin. Digəri budur ki, özündən sonra elmi əsər yadigar qoyub getsin və sonralar elm və bilik axtarışında olanlar həmin elmi əsərdən faydalansınlar. Üçüncüsü, özündən sonra saleh, düz və mömin övlad qoyub getsin və onun ölümündən sonra həmin övlad onun bağışlanması üçün dua etsin.
Ehtiyacsızlıq və gözü toxluq insanın izzətini qoruyur.


Geri dön

Mələyimin mələyi

  • 27 oktyabr 2014 20:29
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
twklerrrr Allah razi olsun

--------------------

♫ мєl๏dyคм ♫

  • 14 oktyabr 2014 23:09
  • Məqalə: 163
  • Şərh: 4763
  • Bal:
{awards}
...::Məqaləyə Görə Sağolun::...

--------------------

qirilmis qelb

  • 14 oktyabr 2014 17:27
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
Əgər kimsə ölümündən bir gün qabaq da tövbə etsə, Allah onun tövbəsini qəbul edər». Sonra yenə buyurdu: «Bir gün də çoxdur, bir gündən az da ola bilər. Kim ölümündən bir saat əvvəl tövbə etsə, Allah onun tövbəsini qəbul edər». Bir daha buyurdu: «Bir saat da çoxdur, bir saatdan az da olar». Həmin vaxt buyurdu: «Əgər kimsə ölümündən bir an qabaq tövbə etməyə nail olsa, Allah onun tövbəsini qəbul edər».

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

NikaLYa

  • 14 oktyabr 2014 15:46
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Səssiz

  • 14 oktyabr 2014 15:12
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Caliwaq tovbe edek sabah deyil indi

--------------------
Səssiz'liyim

ヅ Bad Girl ヅ

  • 14 oktyabr 2014 14:54
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

-Kralica-

  • 14 oktyabr 2014 12:23
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun

--------------------




вคɴค iкiмizi คɴlคт ❤

  • 14 oktyabr 2014 11:14
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Serhlere gore saolun..

minuw

  • 14 oktyabr 2014 09:56
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 48
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}