Samsung şirkəti ucuz Galaxy Ace Style LTE smartfonunu buraxıb

 
Samsung şirkəti ucuz Galaxy Ace Style LTE smartfonunu buraxıb


“Samsung” şirkətinin mobil telefon bazarında əsas özəlliyi bütün, həmçinin ucuz seqmentlərdə olmasıdır. Cənubi Koreya nəhənginin son aparatı məhz sonuncu üçün nəzərdə tutulub.

“Samsung Galaxy Ace Style LTE” aparatı “AMOLED” texnologiyası üzrə hazırlanmış ekrana malikdir. Ekranın təsvir ölçüsü 800x480 piksel təşkil edir.

Smartfon, həmçinin naməlum istehsalçının 1.2 QHs takt tezlikli dördnüvəli prosessoru, 1 QB əməli və 4 QB daxili yaddaşla təchiz olunub.

Cihazın arxa hissəsinə quraşdırılmış daxili 5 meqapiksellik kamera işıq diodu foto işıqlandırıcısı və HD formatında video yazma funksiyasına malikdir.

Bundan başqa, aparat 1900 milliamper/saat tutumunda akkumulyator və NFC, “Wi-Fi 802.11 b/g/n”-ın və “Bluetooth 4.0” simsiz rabitə modulları ilə təchiz edilib. Cihaz danışıq rejimində 11 saat və LTE şəbəkəsində veb səhifələrə baxış zamanı 9 saat işləyir. SİM kartı qoşmaq üçün bir slot nəzərdə tutulub.

“Samsung Galaxy Ace Style LTE” modelini Almaniyadan satın almaq olar. Aparatın pərakəndə satış qiyməti 200 avro təşkil edir.


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 64
Cəmi: 104

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}