Sevmək haqqında FƏLSƏFİ ESSE

 
Sevmək haqqında FƏLSƏFİ ESSE




Dünyanın ən böyük filosofları: Platon

Afina, 2400 il əvvəl. Bura 250,000 insanın kompakt yaşadığı bölgədir. Afinada gözəl hamamlar, teatrlar, məbədlər, alış-veriş pasajları və gimnaziyalar var. İncəsənət çiçəklənir, elm də. Pire limanında əla növ balıq tutmaq olar. Burda ilin yarısı havalar isti keçir.

Bura həm də dünyanın ilk həqiqi və yəqin ki, ən böyük filosofunun vətənidir: Platonun.

Məşhur və zəngin ailədə dünyaya göz açan Platon ömrünü bir məqsədə - insanların özünün yaratdığı terminlə ifadə etdiyi məfhuma çatmasına həsr edib:

εὐδαιμονία

Eudaymonya: Bu özünəməxsus gözəl yunan kəlməsini tərcümə etmək biraz qəlizdi: bu, demək olar ki, “xoşbəxtlik” kəlməsi ilə eynidir, ancaq “nailolma” sözünə də çox yaxındır. Çünki “xoşbəxtlik” davamlı sevinc hissi deməkdi, halbuki “nailolma”da böyük sarsıntılar, əzab da var – bunlar isə mənalı ömrün qaçılmaz hissələridi.

Platonun əsərlərində insanların “nailolma”ya çatması üçün 4 əsas ideya irəli sürülür:

1. Dərindən düşün


Platon bizim həyatımızın böyük hissəsinin səhv yöndə olduğunu düşünürdü, çünki biz planlarımız barədə ehtiyatla və məntiqlə düşünmək üçün özümüzə vaxt tanımırıq. Beləliklə də, biz yanlış dəyərləri, karyeranı və münasibətləri özümüzə rəhbər seçirik. Platon bizim düşüncə tərzimizdə şəffaflıq və düzən yaratmaq istəyirdi.

O, bizim fikirlərimizin çoxunun kütlənin düşüncə tərziylə formalaşdığını müşahidə etmişdi. Yunanlar bunu “doxa” adlandırırdılar, biz isə buna “ictimai-fikir” deyirik. Yazdığı 36 kitabda Platon təkrar-təkrar ictimai fikrin səhvlər, komplekslər və mövhumatla dolu olduğunu irəli sürürdü. Sevgiyə, şöhrətə, pula və yaxşılığa dair geniş yayılmış fikirlərin əksəriyyəti boş söz yığınıdır.

Filosof həm də insanların instinktləri və emosiyaları ilə hərəkət edən zaman (bir qərardan digərinə tullanan zaman bunun məğzində onların “həmin andakı hisslərindən” başqa heç nə olmur) necə qürur hissi keçirdiklərinin fərqinə varmışdı. O, bunu kor atların qoşulduğu təhlükəli arabayla hərəkət etmək hesab edirdi.

Freyd Platonun terapiyanın ixtiraçısı olduğunu vurğulamaqdan məmnunluq duyurdu, o bizim düşüncələrimizin və hisslərimizin hansısa səbəblə əlaqədar olduğunda təkid edirdi. Onun təkrar-təkrar yazdığı kimi, fəlsəfənin məğzi aşağıdakı əmri verməkdir:

γνῶθι σεαυτόν

“Özünü tanı”

2. Daha müdrikcəsinə sev

Platon münasibətlərin ən dahi nəzəriyyəçilərindən biridir. O, “Simpozium” adlı əsərində sevginin nə olduğunu izah eləməyə çalışır. Əsərdə Aqaton adlı yaraşıqlı şairin verdiyi nahar yeməyindəki əhvalatdan bəhs edilir, naharda onun dostları yeyib-içir və məhəbbətdən danışırlar.

Qonaqların hərəsinin sevgiylə bağlı öz fikri var. Onun bu və digər bütün kitablarının əsas qəhrəmanı olan Sokrat çox faydalı və maraqlı nəzəriyyə irəli sürür: Sən aşiq olanda əslində baş verən şey - vurulduğun insanda özündə olmayan müsbət keyfiyyəti tapmağındır. Yəqin sən acıqlı olanda, o sakit olur: sən tör-tüküntülüsən, o, nizam intizamlıdır: sən özünə qapalısan, o isə dilli-dilavərdi.

Sevginin arxasındakı fantaziya - vurulduğun insana yaxın olmaqla, sənin biraz onun kimi olmağı bacarmağındır. O, sənin potensialını tam realizə etməyinə kömək edə bilər.

Platonun gözlərində məhəbbət maariflənmək üçün əsas vasitədir: əgər sən onun yardımıyla inkişaf edəcəyini düşünməsən, onu heç vaxt sevə bilməzsən. Məhəbbət – iki insanın birlikdə böyüməsi üçün vasitədir və onlar bununçün bir-birlərinə kömək etməlidirlər. Bu o deməkdi ki, o insan sənin təkamülün üçün səndə olmayan vacib bir şeyə malikdir, onda səndə olmayan qiymətli şeylər var.

İndiki dövrdə bizim sevgini daha mükəmməl varlığı əldə etmək kimi xarakterizə etməyimiz olduqca qəribə səslənir. Mübahisənin qızğın çağında sevgililər bəzən bir-birlərinə qarşı belə ifadələr işlədirlər: “Əgər sən məni sevsəydin, məni zorla dəyişdirməyə çalışmazdın”.

Platon isə tamamilə əksini düşünürdü. O, münasibətlərə davakarlıq və qürur əlavə etməkdən tamamilə uzaq idi. Biz yarımçıq olduğumuzu qəbul etməliyik və sevgilimizə bizi öyrətmək üçün izn verməliyik. Yaxşı münasibət odur ki, sən sevdiyini olduğu kimi qəbul etmirsən, sən ona özünün daha yaxşı versiyasını yaratmaq üçün kömək edirsən. Həmçinin özün də onun səni daha da inkişaf etdirmək istəyinə mane olmursan.

3. Gözəlliyin əhəmiyyəti

Hər kəs – böyük əksəriyyət – gözəl şeyləri sevir. Ancaq biz belə düşünməyə meylliyik ki, onların bizim üzərimizdəki hakimiyyəti bir az müəmmalıdır, daha doğrusu o qədər də vacib deyil.

Amma Platon ətrafımızdakı evlərin, məbədlərin, gölməçələrin və abidələrin çox böyük əhəmiyyətinin olduğunu deyirdi.

Platona qədər heç kim bu açar sualı verməmişdi: Biz nəyə görə gözəl şeyləri sevirik? O çox heyratamiz cavab tapmışdı: biz onu “yaxşı”nın bir hissəsi kimi qəbul edirik.

Biz mərhəmətli, alicənab, harmonik, balanslı, sülhpərvər, güclü, ləyaqətli olmağa can atırıq. Bunlar insani keyfiyyətlərdir. Ancaq bu keyfiyyətlər nəsnələrdə də ola bilər. Biz öz həyatımızda əskikliyini hiss etdiyimiz keyfiyyətləri nəsnələrdə görəndə heyrətə gəlir, məftun oluruq.

Məhz buna görə gözəl nəsnələrin önəmli funksiyası var. Onlar bizi onların olduğu istiqamətə yönləndirməyə, onlar kimi olmağa səsləyir. Gözəllik bizim qəlbimizi aydınlada bilər.

Burdan o nəticə çıxır ki, çirkinlik də vacib məsələdir, onun pozğun və təhlükəli cəhətləri bizim qarşımızda açılır. O da bizi onun kimi olmağa həvəsləndirir: sərt, dağınıq, utanmaz. O, bizə müdrik, mərhəmətli və dinc olmağın nə qədər çətin olduğunu göstərir.

Platon incəsənəti terapiya kimi görürdü: şair və rəssamların (müasir dövrdə romançılar, televiziya prodüserləri və dizayenerlər) borcudur ki, bizə daha yaxşı həyat yaşamağa kömək etsinlər.

Platon incəsənətdə senzuranın lehinəydi. Bu göründüyü kimi ziddiyətli deyil. Sənətkarlar bizə daha yaxşı ömür sürməyə kömək edə biləcəkləri kimi, təəssüf ki, bizi pis cərəyanlara və ideyalara da yönləndirə bilərlər. Sənətkar olmaq, mütləq o demək deyil ki, incəsənətin gücündən müdrikcəsinə istifadə ediləcək.

Buna görə də Platon sənətkarların filosofların rəhbərliyi altında işləməli olduğuna inanırdı. Filosoflar onlara düzgün ideyalar verməli, onlar da bunu daha inandırıcı, populyar eləməliydilər. İncəsənət yaxşılıq üçün təbliğat vasitəsi, ya da reklam olmalıdır.

4. Cəmiyyəti dəyişmək

Platon dövlətin və cəmiyyətin necə olmalı olduğu barədə çox düşünürdü. O dünyanın ilk utopik mütəfəkkiriydi.

O, Afinanın böyük rəqibi Spartaya baxıb ilhamlanırdı. Bu şəhər əsgər istehsal edən maşınıydı. Spartalıların elədiyi hər şey – uşaq böyütmək, iqtisadiyyatı təşkil etmək, məftun olmaq, seks partnyoru tapmaq, yemək yemək yalnız bir məqsədə hesablanmışdı. Və hərbi nöqteyi nəzərdən Sparta çox uğurlu idi.

Ancaq Platonu maraqlandıran bu deyildi. O bilmək istəyirdi ki, şəhər əsgər yox, eudaymoniya istehsal etsəydi, necə olardı? Bu insanların müdrikliyə çatmasına necə təsir edərdi?

Respulika adlı kitabında Platon cəmiyyətdə baş verəcək dəyişiklikləri sıralayır.

a) Bizim qəhrəmanlara ehtiyacımız var

Afina cəmiyyəti Alçibad kimi pis ad çıxarmış aristokratların timsalında zənginlərə, Krotondan olan Milonun timsalında isə məşhur idmançılara çox fokuslanmışdı. Platon bizim kimə heyran olmağımızın böyük əhəmiyyətinin olduğuna əminiydi, məşhurlar bizim dünyagörüşümüzü, ideyalarımızı və davranışlarımızın formalaşdırır. Və naqis qəhrəmanlar insan xarakterində qüsurların yaranmasına yol açır.

Buna görə də Platon mövcud olanları təmizləyib, yerinə Mühafizəçilər adlandırdığı müdrik və xeyirxah qəhrəmanlar qazandırmaq istəyirdi. Onlar hər kəsin səmərəli inkişafına səbəb olacaq modellər olmalıydı. Bu insanlar cəmiyyətdəki xidmətlərinə, təvəzökarlıqlarına, sadə vərdişlərinə, geniş və dərin təcrübələrinə, diqqət mərkəzinə düşməyə çalışmamaq kimi keyfiyyətlərinə görə seçilməliydilər. Onlar cəmiyyətdə ən çox hörmət edilən və heyranlıq doğuran şəxsiyyətlər olmalıydı.

b) Bizim senzuraya ehtiyacımız var


Bugün senzura bizi qəzəbləndirir. Ancaq Platon yanlış növ azadlıqdan narahat idi: Afinanın qapıları istənilən tip naqis düşüncə insanının üzünə açıq idi. Ağlasığmaz dini anlayışlar, qulağa xoş gələn təhlükəli ideyalar, entuziazma bələnmiş fikirlər Afina dövlətlərini fəlakətli qarğaşalara və müharibələrə sürükləyirdi (Spartaya edilən faciəvi hücum kimi)

Platonun fikrincə, dayanmadan nifaq toxumu səpən pafoslu ideyalar bizim üçün çox ziyanlıdır, buna görə də o, natiqlərin və vaizlərin təhlükəli çıxışlarına məhdudiyyət qoyulmasını istəyirdi. Platon bu gün yaşasaydı, Kütləvi İnformasiya Vasitələrinin hakimiyyətinə çox şübhəylə yanaşardı.

c) Keyfiyyətli təhsil

Platon təhsilin önəminə coşğunluqla inanırdı, amma onun üçün tədris planı əhəmiyyətli idi. Bizim öyrənməli olduğumuz şey riyaziyyat və imla deyil, mənalı yaşantı olmalıdır: biz cəsarət, özünə nəzarət, mərhəmət, azadlıq və dinclik haqda öyrənməliyik.

Bunu təcrübədə həyata keçirmək üçün Platon Afinada 400 il boyunca inkişaf edəcək Akademiya adlanan məktəbini təsis etmişdi. İnsanlar bu məktəbə yaxşı yaşamağı və dinc ölməyi öyrənmək üçün gedirdilər. Çox təəssüf ki, müasir akademik institutlar bu məsələni diqqətdən kənarda saxlayırlar. Əgər indi hansısa tələbə Oksford və Harvard kimi universitetlərə mənalı həyat yaşamağı öyrənmək üçün müraciət etsə, professorlar yəqin ki, ya polisə, ya da psixoloji dispanserə zəng edərlər.

d) Yaxşı uşaqlıq

Ailələr ən yaxşısına çalışırlar. Valideynlər yaxşı müəllimdirlər, onlar ağıllı və müdrik olmaq üçün əllərindən gələni edirlər. Ancaq onlar tez-tez öz uğursuzluqlarını və çaşqınlıqlarını da uşaqlarına ötürürlər.

Platonun fikrincə, uşaq tərbiyə etmək dünyanın ən çətin (həm də vacib) işlərindən biridir, bunun üçün ciddi bacarıqlar tələb olunur. O təklif edirdi ki, uşaqları valideynlər yox, əməkhaqqını dövlətdən alan müdrik Mühafizəçilər tərbiyə etsə, daha yaxşı olar. O inanırdı ki, gələcək nəsillərin uşaqlarını valideynlər yox, onlardan daha üstün keyfiyyətlərə sahib insanlar tərbiyə edəcək.

Nəticə

Platonun ideyaları hələ də heyrətamiz və provakativ olaraq qalır. Onları xüsusiliyi ambisiyalı və idealist olmalarıdır. O, fəlsəfənin dünyanı dəyişməsini istəyirdi. Biz Platondan ilham almaqda davam etməliyik.


Geri dön

Gr-Az

  • 8 noyabr 2014 20:50
  • Məqalə: 30
  • Şərh: 2725
  • Bal:
Meqaleye gore sagolun

--------------------
Ra sheni sakmea

Gül Əliyeva

  • 17 oktyabr 2014 16:30
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
twkler.....


★Love World★

  • 14 oktyabr 2014 23:24
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
{awards}
Meqaleye gore sagolun))

--------------------

♫ мєl๏dyคм ♫

  • 14 oktyabr 2014 23:01
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
...::Məqaləyə Görə Sağolun::...

--------------------

qirilmis qelb

  • 14 oktyabr 2014 17:06
  • Məqalə: 65
  • Şərh: 2760
  • Bal:
{awards}
Platon bizim həyatımızın böyük hissəsinin səhv yöndə olduğunu düşünürdü, çünki biz planlarımız barədə ehtiyatla və məntiqlə düşünmək üçün özümüzə vaxt tanımırıq. Beləliklə də, biz yanlış dəyərləri, karyeranı və münasibətləri özümüzə rəhbər seçirik. Platon bizim düşüncə tərzimizdə şəffaflıq və düzən yaratmaq istəyirdi.

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

-Kralica-

  • 14 oktyabr 2014 17:01
  • Məqalə: 696
  • Şərh: 8591
  • Bal:
{awards}
teşekkürlər melumat üçün

--------------------




NikaLYa

  • 14 oktyabr 2014 15:04
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
marag qokkii fellow

--------------------

ヅ Bad Girl ヅ

  • 14 oktyabr 2014 14:48
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Eytiyacim yoxdu cox sagolun

--------------------

Sıla Rəsulova

  • 14 oktyabr 2014 14:23
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Eytiyacim yoxdu cox sagolun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 29
Cəmi: 64

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}