Bildiyimiz işlərə nəyə görə əməl etmirik?

 
Bildiyimiz işlərə nəyə görə əməl etmirik?




İnsanlara qarşı münasibətimiz bizim əxlaqımızı müəyyən edən amildir. Həyatda əldə etdiklərimiz ətrafdakı insanlarla münasibətlərimizdə, əməllərimizdə, əks-əməllərimizdə, həm də müxtəlif vəziyyətlərdə özünü göstərir.
Bir də xatırlayaq, bilmirdiksə, bilək!

Harda və hansı küçədə olmağımızdan asılı olmayaraq yerə zibil atmayaq, hətta həmin küçə çirkli və zibilli olsa belə.
Yerə ağız suyu atmayaq, çox iyrənc görünür.
Hər kəsə nümayiş etdirəcək şəkildə saqqız çeynəməyək.
Metronun girişlərindəki satış yerlərinin qarşısında ailəlikcə durub camaatın gediş-gəlişinə mane olmayaq.
İctimai nəqliyyatda oturduğumuz zaman başımızın üstündə yaşlı insan, yaxud qadın durmuşsa, onu görməməzlikdən gəlib üzümüzü çevirməyək.
Metronun “çıxış” yazılan qapısından içəri girməyə çalışmayaq.



Qulaqlıqdan istifadə edərkən səsinə nəzarət edə bilək və alanda eləsini alaq ki, bizimlə birlikdə hamını qulaq asmağa vadar etməyək.
Qarşımızdakının yaşından asılı olmayaraq, heç kəsə “sən” deyə müraciət etməyək, “siz” deməyi öyrənək.
Qapalı sahələrdə ümumiyyətlə, açıq sahələrdə isə insanların sıx olduğu yerlərdə siqaret çəkməyək.



Avtobusda və ya metroda gedərkən telefonla ucadan danışmayaq. Əslində telefonun çağırış səsini də almaq lazımdır, amma inanmırıq kimsə buna ictimai yerlərdə əməl etsin.
Telefonumuzun çağırış səsinə elə musiqi və ya səs qoyaq ki, zəng gələndə utanmayaq.
Maşın sürərkən:
Getdiyimiz yerə vaxtında çatmaq üçün bir az tez yola çıxaq. Tələsdiyimizə görə maşını hardan gəldi və necə gəldi sürməyək.


Maşında musiqiyə qulaq asmaq istəyiriksə, bunu bütün şəhərə eşitdirməyə ehtiyac yoxdur.
Yaşayış yerindəyiksə, siqnaldan ümumiyyətlə istifadə etməyək (əlbəttə, qəzadan yayınmaq üçün siqnal vermək istisnadır). “Ələsgər” siqnalından hamının zəhləsi gedir, bunu unutmayaq.
Avtobus sürücüsüyüksə, daşıdığımız insanlara hörmət edək, onları maşının içində ayran kimi çalxalamayaq. Musiqinin səsini isə tamamilə alaq.

Həmişə özümüzü haqlı bilməyək, bəlkə qarşımızdakı haqlıdır?

Növbə gözlərkən:
Hər hansı bəhanə ilə növbəni pozub özümüzü qabağa salmaqla başqalarının haqqına girməyək. Əgər birimizin həqiqətən də növbəsiz keçməyə ehtiyacı varsa, onu yəqin ki hər kəs görəcək və icazə verəcək.
Əgər növbə tutmaq üçün sıra nömrəsi əldə etmişiksə, o zaman qapının qarşısında toplaşıb qarışıqlıq salmayaq, gözləmə salonunda rahat əyləşək, mütləq növbə bizə də gəlib çatacaq.


“Hörmət” etmək:
Əgər müraciət etdiyimiz məsələdə haqlıyıqsa, onda həmin işin düzəlməsi üçün kiməsə “hörmət” etməli olduğumuzu düşünməyək. Əgər haqsızıqsa, onda bu işi ümumiyyətlə etməyək, çünki “hörmət” adlandırdığımız əməl rüşvətdir və bu da haramdır.
Haşiyə: Yol nəqliyyat hadisələrini törədənlərin əksəriyyəti ya Daxili İşlər Nazirliyinin imtahana məsul olan əməkdaşlarına 800-1000 manat verib imtahansız sürücülük vəsiqəsi alanlardır, ya da sərxoş halda maşın idarə edənlər. Bunların hər ikisi haramdır və qəzada həlak olanlara görə Qiyamət günü həm həmin DİN əməkdaşı və onun yuxarısında əyləşib bu duruma razı olan məmur cavab verəcək, həm də bu spirtli içkiləri istehsal edənindən satanına kimi olan silsiləvi cinayətkarlar. Dünyəvi qanunlara əsasən də rüşvət alaraq əyri işləri “doğru” yapıb altından imza atan hər kəs məsuliyyət daşıyır əslində. Amma əgər bu məsuliyyəti ondan sorğulayacaq hakim də rüşvətxordursa, onda bundan bir şey çıxmaz, ədalət qaldı İmamın gəlişinə


Geri dön

♫ мєl๏dyคм ♫

  • 14 oktyabr 2014 22:59
  • Məqalə: 163
  • Şərh: 4776
  • Bal:
...::Məqaləyə Görə Sağolun::...

--------------------

-Kralica-

  • 14 oktyabr 2014 16:59
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Əgər müraciət etdiyimiz məsələdə haqlıyıqsa, onda həmin işin düzəlməsi üçün kiməsə “hörmət” etməli olduğumuzu düşünməyək. Əgər haqsızıqsa, onda bu işi ümumiyyətlə etməyək, çünki “hörmət” adlandırdığımız əməl rüşvətdir və bu da haramdır.

--------------------




SLATKAYA weytanka

  • 14 oktyabr 2014 16:35
  • Məqalə: 1
  • Şərh: 633
  • Bal:
{awards}
xebere gore tewekurlerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

--------------------
qeyretli olan oglan her qiza namsuuz demez bacsini arada fikirlewsin ki menimde bacim var

Fenerbahcem

  • 14 oktyabr 2014 15:43
  • Məqalə: 0
  • Şərh: 322
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkk

NikaLYa

  • 14 oktyabr 2014 15:02
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
maraqli meqale idi smile

--------------------

ヅ Bad Girl ヅ

  • 14 oktyabr 2014 14:46
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Cox maraqli cox sagolun

--------------------

Səssiz

  • 14 oktyabr 2014 14:19
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox maraqli cox sagolun

--------------------
Səssiz'liyim
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}