Nə üçün yorğun oluruq?

 
Nə üçün yorğun oluruq?



Hər gün səhər tezdən yuxudan oyananda özünüzü yorğun hiss edirsinizsə, deməli, fərqinə varmadan gündəlik həyatda bəzi xətalar edirsiniz. Lazımi qədər su içməmək və dəmir əskikliyi də yorğunluğa səbəb olan amillərdəndir. Mütəxəssislər hesab edirlər ki, yuxusuzluq enerjinizin tükənməsinə səbəb olmaqla yanaşı, fiziki və ruhi olaraq da sizi yorar. Yuxusuzluqla yanaşı, digər amillər də var ki, bunlar insanda halsızlığa yol açır:

1. Su insan orqanizmində enerjinin tənzimlənməsində önəmli rol oynayır. Gün ərzində orqanizmin ehtiyacı qədər su qəbul etmədikdə qanın həcmində azalma və rəngində tündləşmə müşahidə olunur. Bu da qan dövranının zəifləməsinə, əzələ və digər orqanlara gedən oksigenın azalmasına səbəb olur. Yorğunluqdan xilas olmaq üçün gün ərzində 2 litr su içmək məsləhətdir.

2. Özünüzü gücsüz hiss edirsinizsə və hər hansı bir işə adaptasiya olmaqda çətinlik çəkirsinizsə, bu, dəmir çatışmazlığından qaynaqlana bilər. Qan azlığından əziyyət çəkməmək üçün tərkibində dəmir olan qidaların qəbulunu artırmaq tövsiyyə olunur. Mütəxəssislər, dəmir ehtiyatını gücləndirmək üçün yağsız qırmızı ət, quş əti, balıq, tez-tez yumurta sarısı qəbul etməyi məsləhət görürlər.

3. Şam yeməyində qəbul olunan qidalar, gecələr həzm olunur. Yuxudan oyandıqdan sonra isə səhər yeməyi ilə orqanizmi yenidən dəstəkləmək şərtdir. Səhərlər yemək yeməmək insanda tənbəlliyə səbəb olur. Səhər yeməyi üçün ideal vaxt saat 7-dən 9-a kimidir. Səhər yeməyi immuniteti gücləndirir. Mütəxəssislər hesab edirlər ki, ideal səhər yeməyi zülalın gündəlik normasının 1/3-ni, karbohidratın 2/3-ni, yağın 1/5-ni, həmçinin vitamin və mikroelementlərdən təşkil etməlidir. Nümunəvi səhər yeməyi: Yarım stəkan yulaf yarması, təzə meyvələr (alma, banan, portağal, giləmeyvə), yağsız qatıqdan ibarət olmalıdır.

4. Şəkər və sadə karbohidratla dolu olan hazır qidaların qlisemik indeksi yüksəkdir. Qan təzyiqində ani yüksəlmələr yorğunluğa yol aça bilər. Yemək yeyərkən taxıldan hazırlanan çörəkdən istifadə etmək, yağsız protein qəbul edərək qan şəkərini sabit saxlamaq mümkündür. Sobada bişirilmiş toyuq, qəhvəyi düyü, qızıl balıq, şirin kartof ya da meyvəli salatı tövsiyyə olunur.

5. Hər şeyin ən mükəmməlini etmək üçün səy göstərməyiniz sizi yorar və çox işləməyinizə səbəb ola bilər. Bunu nəzərə alaraq görə bilməyəcəyiniz işi öhdənizə götürməyin. İşlərinizi həyata keçirmək üçün özünüzə zaman məhdudiyyəti qoyun və buna nail olmağa çalışın. İşi dərhal başa çatdırmaq üçün özünüzü yormayın.

6. Problemləri böyütməyin. Xırda problemlərlə qarşılaşdığınız zaman narahatlıq keçirmək sizi zehni cəhətdən yora bilər. Bu vəziyyətdən başqa bir çıxış yolu isə, dərdlərinizi yaxın dostlarınızla bölüşməyinizdir.

7. İş yerindəki masanızın dağınıq olması yorulmağınıza və diqqətinizin dağılmasına gətirib çıxara bilər. Hər iş günü bitdikdən sonra şəxsi əşyalarınızı yerlərinə yerləşdirin, masanızı səliqəyə salın. Bu hal ertəsi gün işə gəldiyiniz zaman sizə müsbət təsir edəcək.

8. Yataqda telefonla oynamaq yuxu normasını pozan faktorlardandır. Planşet, ağıllı telefon ya da noutbukunuzun işığı sizin yuxu hormonlarınızın, bədəninizin təbii ritminin pozulmasına səbəb olur. Buna görə də, yatmazdan bir neçə saat əvvəl elektron cihazlardan istifadə etməyin.

9. Tədqiqatların nəticələrinə əsasən, gün ərzində 3 fincan qəhvə sizin sağlamlığınız üçün faydalıdır. Kofein insan orqanizmində enerji yaratmaqla kifayətlənmir, eyni zamanda ürək döyüntüsünü artırır və artıq çəkini azaldır. Müxtəlif içkilərin tərkibinə sinir sisteminə müsbət təsir göstərilməsi məqsədi ilə kiçik dozada qatılan kofein, baş ağrısına meyilli olan insanlara ağrıkəsici kimi də təsir göstərir. Təkcə səhərlər müntəzəm olaraq kofein qəbul etsəniz baş ağrılarından birdəfəlik yaxa qurtara bilərsəniz. Həddindən artıq kofein qəbulu fəsadlara da səbəb ola bilir. İnsanın sinir sisteminə təsir edərək xroniki yorğunluq yaradır. Normadan artıq kofein qəbulu yüksək qan təzyiqinə, şəkər xəstəliyinin yaranmasına səbəb ola bilər. Qəhvə ilə yanaşı, kofein çayın və şokoladın tərkibində də var. Çox qəhvə içənlərin gözünə qarabasma görünə, qulaqlarına səs gələ bilər. Həkimlər, yatmazdan 6 saat əvvəl kofein qəbul etməməyi məsləhət görürlər. Çünki kofein maddəsi yuxu sisteminizi poza bilir.

10. Həftə sonu gec saatlara qədər oyaq qalmaq və səhərlər günortaya qədər yatmaq bazar günü axşam yuxuya getməyinizi çətinləşdirir. Beləliklə də, birinci gün işə getmək müşkül məsələyə çevrilir. Bunun qarşısını almaq üçün istirahət günlərində də yuxudan erkən qalxmaq önəmlidir. Günorta saatlarında qısa müddətlik yuxuya getsəniz də həmin günü gümrah olacaqsınız.



Geri dön

Gr-Az

  • 4 noyabr 2014 14:58
  • Məqalə: 30
  • Şərh: 2725
  • Bal:
tewekurler

Mələyimin mələyi

  • 26 oktyabr 2014 20:00
  • Məqalə: 264
  • Şərh: 1831
  • Bal:
{awards}
tewekkurler

tewekkurler

tewekkurler

--------------------

Sıla Rəsulova

  • 23 oktyabr 2014 19:12
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Cox saolunnnn

^^YeRaZKa MeLeK^^

  • 18 oktyabr 2014 14:14
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
3. Şam yeməyində qəbul olunan qidalar, gecələr həzm olunur. Yuxudan oyandıqdan sonra isə səhər yeməyi ilə orqanizmi yenidən dəstəkləmək şərtdir. Səhərlər yemək yeməmək insanda tənbəlliyə səbəb olur. Səhər yeməyi üçün ideal vaxt saat 7-dən 9-a kimidir. Səhər yeməyi immuniteti gücləndirir. Mütəxəssislər hesab edirlər ki, ideal səhər yeməyi zülalın gündəlik normasının 1/3-ni, karbohidratın 2/3-ni, yağın 1/5-ni, həmçinin vitamin və mikroelementlərdən təşkil etməlidir. Nümunəvi səhər yeməyi: Yarım stəkan yulaf yarması, təzə meyvələr (alma, banan, portağal, giləmeyvə), yağsız qatıqdan ibarət olmalıdır.

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 18 oktyabr 2014 01:19
  • Məqalə: 694
  • Şərh: 18825
  • Bal:
{awards}
Meni uni yorur basqa hecne((

ヅ Bad Girl ヅ

  • 17 oktyabr 2014 23:10
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
1. Su insan orqanizmində enerjinin tənzimlənməsində önəmli rol oynayır. Gün ərzində orqanizmin ehtiyacı qədər su qəbul etmədikdə qanın həcmində azalma və rəngində tündləşmə müşahidə olunur.

--------------------

-Kralica-

  • 17 oktyabr 2014 20:46
  • Məqalə: 696
  • Şərh: 8591
  • Bal:
{awards}
tewekkur edrem cox saqolun

--------------------




Fenerbahcem

  • 17 oktyabr 2014 20:23
  • Məqalə: 0
  • Şərh: 320
  • Bal:
{awards}
Meqaleye gore sagolun

xaxaxa_ne.gulursen

  • 17 oktyabr 2014 20:22
  • Məqalə: 1
  • Şərh: 231
  • Bal:
{awards}
Meqaleye gore sagolun))

--------------------
hello

NIGAR

  • 17 oktyabr 2014 19:56
  • Məqalə: 876
  • Şərh: 11201
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

Priya

  • 17 oktyabr 2014 19:26
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Super.Lazım idi mənə.Sağ olun.Allah razı olsun.

--------------------




avaranin awki

  • 17 oktyabr 2014 19:12
  • Məqalə: 0
  • Şərh: 600
  • Bal:
{awards}
bilmirdim tewekkurler

^^FiDaNKa^^

  • 17 oktyabr 2014 19:10
  • Məqalə: 48
  • Şərh: 5783
  • Bal:
{awards}
cox sag olun bilmirdim bundan sonra riayet edecem ki yorulmayim

★Love World★

  • 17 oktyabr 2014 17:56
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
{awards}
Meqaleye gore sagolun))

--------------------

AySenKa

  • 17 oktyabr 2014 17:55
  • Məqalə: 27
  • Şərh: 2127
  • Bal:
{awards}
1. Su insan orqanizmində enerjinin tənzimlənməsində önəmli rol oynayır. Gün ərzində orqanizmin ehtiyacı qədər su qəbul etmədikdə qanın həcmində azalma və rəngində tündləşmə müşahidə olunur.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 66

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 236
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 876
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 77
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}