Suşi-tort

 
Suşi-tort



Suşi və rolları hazırlamaq üçün müəyyən təcrübə və məharət lazımdır, suşi-tortu hazırlamaq isə daha asandır.

Tərkibi (4-6 pay):

250 q suşi üçün düyü
2 yarpaq nori
2 yetişmiş avokado (300 q)
2 orta boy xiyar (300 q)
600 q az duzlu qızılbalıq
1 ç.q. zeytun yağı
2 x.q. küncüt (15 q)
5 x.q. düyü sirkəsi (50 ml)
2 x.q. şəkər tozu
1 ç.q. duz

bəzək (zövqə görə):

kapers
qırmızı kürü
marinə edilmiş zəncəfil
vasabi

Düyünü bişirin. Suşinin əsası olan düyü suşi-tortunun həm dadını, həm də görünüşünü təyin edir. Ona görə də düyünü qaydalara uyğun bişirmək lazımdır:

- Heç vaxt uzun düyü götürməyin. O, dən-dən durur, suşi üçünsə yaxşı yapışan düyü gərəkdir. Ən yaxşısı yapon və ya koreya düyüsüdür.

- Bişirməzdən əvvəl düyünü soyuq suda yuyun ki, nişastası tam təmizlənsin. Su tərtəmiz olanadək yuyun. Qaşıqdan istifadə etməyin, ancaq əlinizlə yuyun, əlinizi düyü yuyulan ləyənə salıb dairəvi hərəkət etdirin, amma düyünü barmaqlarınız arasında əzməyin.

- Yuduqdan sonra düyünü soyuq suda ən azı 40 dəqiqə saxlayın. Onun həcmi böyüyəcək.

- Düyünü duzsuz suda bişirin.

Düyünü qazana tökün, 2 sm üstünə çıxanadək soyuq su əlavə edin. Qazanın qapağını örtün, iti ocağın üstə qoyun. Düyü qaynara düşən kimi ocağı azaldın və qapağını açmadan, suyunu tam çəkənədək bişirin. Bu, təxminən 8 dəqiqənizi alacaq. Düyünü qarışdırmaq lazım deyil.

Düyünü həddən artıq bişirməyin, suşi üçün düyünün bişmə vaxtı 8-10 dəqiqədir. Bəzi sortlar istisnadır.

Düyünü ocaqdan götürüb qazanın qapağını açmadan 10-15 dəqiqə saxlayın.

Suşi sirkəsi: 50 ml düyü sirkəsini 2 x.q. şəkər tozu və 1 ç.q. duzla qarışdırın. Vam odda duz və şəkər əriyənədək qızdırın, amma qaynatmayın. Otaq temperaturunadək soyudun.

Suşi sirkəsini hissə-hissə qaynar düyünün üzərinə gəzdirib qarışdırın, sirkə düyüyə tam hopmalıdır. (Sirkəni soyuq düyüyə qatanda roll və suşi alınmır, dağılır). Çalışın, sirkənin qədəri artıq olmasın: düyüdən bir ovuc götürüb əlinizlə forma verməyə çalışın, o, dağılmamalıdır. Əgər qatılığı qane edirsə, o zaman düyünü soyumağa qoyun. Arada taxta qaşıqla qarışdırın.

Tort:

Avokadonun qabığını soyun, dənəsini çıxarın. Nazik lay-lay doğrayın. Avokado yetişmiş və yumşaq olmalıdır, əks halda tortu doğrayarkən çətinlik çəkə bilərsiniz.

Xiyarın qabığını soyun, nazik lay-lay doğrayın.

Balığı xırda kubik doğrayın, zeytun yağı əlavə edib qarışdırın. Yağ dad vermək üçündür, istəməsəniz, vurmaya da bilərsiniz.


Torta istənilən formanı vermək olar: düzbucaqlı - nori yarpağı boyda, yaxud dairəvi - öncədən noridən dairə kəsməklə.

Tortu yığmaq üçün kənarları açılan formadan da istifadə eləmək olar, belədə düyünü döşəmək daha asan olur.

Nori yarpağını boşqaba, yaxud kənarı açılan formaya kələ-kötür tərəfi yuxarı olmaqla qoyun.


Düyünün yarısını döşəyin, hamarlayıb üstündən basın. Əgər tortu kənarı açılan formada edirsinizsə, o zaman asan olacaq, əgər boşqabda edirsinizsə, düyünü basdıqca kənarına taxta lövhə tutub düyünü döşəyin - həm forması yaxşı olacaq, həm də yaxşı döşənəcək.

Düyünün üstünə xiyarın yarısını döşəyin.

Xiyarın üstünə avokadonun yarısını düzün.

Balığın yarısını düzün.

Üzərinə küncüt səpin.

Sonra prosesi təkrarlayın: nori+düyünün qalanı + xiyar + avokado + balıq + küncüt.


Üzərini zövqə görə bəzəyin. Məsələn, marinə edilmiş zəncəfildən qızılgüllər düzəldib vasabi ilə bəzəyə, xiyar qabığından yarpaqlar kəsə bilərsiniz.

Tortu soyuducuda 2-3 saat saxlayın.

Tortu çox iti bıçaqla doğrayın, arada bıçağı axan suyun altında isladaraq yapışmış düyülərdən təmizləyin.

Nuş olsun!


Geri dön

➰__Ýųśíf__➰

  • 6 noyabr 2014 05:34
  • Məqalə: 298
  • Şərh: 5649
  • Bal:
Tewekkurler

Gül Əliyeva

  • 17 oktyabr 2014 15:55
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}

Kizim yeteryaaa boyle guzel yemekler atmasana

ヅ Bad Girl ヅ

  • 17 oktyabr 2014 14:54
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Dadli gorsenir

--------------------

NIGAR

  • 16 oktyabr 2014 21:24
  • Məqalə: 868
  • Şərh: 11161
  • Bal:
{awards}
crying susi ,meqaleye gore tsk

--------------------
legend.az/user/imza/legend.az/user/imza/


NikaLYa

  • 16 oktyabr 2014 20:12
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
resepte gore sagulun

--------------------

★Love World★

  • 16 oktyabr 2014 19:01
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
{awards}
Meqaleye gore sagolun love

Meqaleye gore sagolun))

--------------------

^^YeRaZKa MeLeK^^

  • 16 oktyabr 2014 18:03
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Beh Beh olsada yesek

--------------------

-Kralica-

  • 16 oktyabr 2014 17:45
  • Məqalə: 696
  • Şərh: 8591
  • Bal:
{awards}
mmm nece olarki dadi crying

--------------------




♫ мєl๏dyคм ♫

  • 16 oktyabr 2014 17:38
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
İlk Şərh Məndən..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 49

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 52
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 45
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 18
Cəmi: 21
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}