İman nurdur

 
İman nurdur



Allahın təkliyinə etiqad qəlbin təsdiq etməsi ilə olmalıdır. İnsan qəlbinin həqiqətlərdən xəbərdar olması onun qəlbinin nurlanmasına səbəb olur. Xatircəmlik və Allah eşqi nuraniliyin əlamət və nişanələrindəndir. Rəvayatə əsasən bunlar qəlb nuraniləşəndə baş verər. «Elm nurdur», «İman nurdur».
Allah-təala Quranda buyurur: «Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam üçün açıb genişləndirər». Məcməul-bəyan tərəfindən nəql olunur ki, Peyğəmbərdən (s) köksün genişliyi haqqında sual etdilər. Həzrət (s) bu sualın cavabında buyurdu: O, bir nurdur ki, Allah-təala onu möminin qəlbində qərar verir. Yenə də soruşdular: Ya Rəsuləllah (s) onun əlamət və nişanəsi vardırmı? Köksün genişliyini və nurun əta olunmasını haradan başa düşək?
Peyğəmbər (s) buyurudu: Köksü genişlənmiş adam qəlbini dünyadan üzüb, bütün şövq və diqqətini Allah və axirətə bağlayır. Ölümün vaxtı çatmamış ona hazır olur. Qəlbində nur yarananda Allahdan başqa bütün şeylərin fani və heç olduğunu dərk edir. Allahdan başqa bütün varlıqları nəzərindən keçirib onların sırf asılı və aciz olduğunu başa düşür. Bərəkətin və hər bir şeyin mənbəyinin Allah olduğunu dərk edir. Elə buna görə də qəlbini Allahdan başqa bütün şeylərdən kəsib, yalnız Allaha bağlanır.
Rəvayətə əsasən Əli (ə) və bütün İmamlarımız (ə) Şəbaniyyə duasını oxuyurmuşlar. Bu duada belə bir cümlə zikr olunur: «Pərvərdigara! Səndən başqa şeylərdən əl uzüb, yalnız Sənə diqqət etməyimi mənə əta et!». İnsanın kamil səadəti, ancaq Allaha bağlı olmaqla ələ gəlir. Belə insanlar Allaha təvəkkül edib, ancaq Ondan qorxur və Ona da ümid bəsləyirlər. Ən böyük istəkləri Allahın razılığını aldə etmək olur. Nəticədə Əlinin (ə) «Nəhcül-bəlağə»də dediyi məqama çatırlar. «Təsdiq etməyin kamalı Onu vahid bilmək, vahid bilməyin kamalı isə Ona qarşı tam xalislik məqamına yetişməkdir».
Elmdən faydalanmağın şərti, nəfsin paklanmasıdır.
«Elm nurdur» deyəndə, həmişə təkrarladığımız əqli dəlillər deyil, qəlbin nuru nəzərdə tutulur. Tovhid və fiqh elminin terminlərinin əzbərlənməsinə baxmayaraq, əgər qəlb bunlardan xəbərdar olmasa, o qəlbdə nur yarana bilməz. Bu elmlər nəfsi paklamaqla yanaşı olsalar, o anda nura çevrilə bilərlər. Hədis, təfsir və başqa elmlər də nurdurlar. Amma nə qədər ki, qəlbin qarşısını hicab tutub, o nurdan əsər-əlamət olmayacaqdır. Bunlar həmin elmin səviyyəsinin alçalmağına səbəb olmaz. Bəlkə bu elmlərin nuraniyyətindən faydalanmaq, hicabların aradan qaldırılmasında şərtlənmişdir. Əgər alim elm öyrənməklə yanaşı nəfsini də paklaya bilsə, bu zaman Peyğəmbərin (s) buyurduğu «alimlər peyğəmbərlərin varisləridir» hədisi ilə uyqun gələr. Buna görə də hər bir elmi öyrənib, ona əməl etmək yalnız Allah xatirinə olmalıdır ki, həmin elm insan üçün nur olub onun qəlbini işıqlandırsın.
Allah xatirinə elm öyrənməyin nişanələri.
Əyri işlərini düzgün qələmə verib, mal, sərvət və vəzifə əsiri olan kəs özünü Allah adamı adlandırıb deyir: Mənim mal və sərvət toplayıb vəzifəyə çatmağımdan məqsədim, xalqa xidmət edib onları çətinlikdən nicat verməkdir. Bu böyük məqsədə çatmaq üçün mal və vəzifəni bir vasitə hesab edirəm. həqiqətdə belə insanlar qürur və özünü sevmək xəstəliyinə düçar olublar. Amma mal və vəzifəni uca məqsədlərdən ötrü vasitə bilib, onların ardınca gedən kəslər isə bu şeyləri əldə etsələr də, etməsələr də onlar üçün fərqi yoxdur. Bunları əldə edəndən sonra sevinməyib mal və vəzifəyə çatmazdan əvvəl necə idilərsə, həmin anda da elə qalırlar. Əksinə mal və vəzifəni əldə edəndən sonra təvəzökarlıqları və Allah yolunda xalqa xidmət etməkləri əvvəlki ilə müqayisədə daha da çoxalır. Belə insanların mal və vəzifəni həqiqətən də vasitə üçün istəməkləri məlum olur.
Amma bəziləri mal və vəzifəyə çatandan sonra onların hərislik və paxıllıqları daha da çoxalır; Xalqı özlərindən alçaq hesab edib, özlərindən yuxarıdakı vəzifələrə də göz dikirlər. Xalqa kömək edib onların əlindən yapışmaqda səhlənkarlıq edirlər. Belə insalar həlak olmamışdan əvvəl mütləq özlərini islah etməlidirlər.
Allah rizasına öz malını başqasına fəda etmək.
Mal əldə etməkdə Allaha xatir başqalarını özündən qabağa salmaq fədəkarlığın nişanələrindəndir. Belə adamlar başqasının Allah verdiyi sərvətə daha çox ehtiyaclı olduğunu gördükdə, o adamı özlərindən üstün hesab edərək Həmin sərvəti ona bağışlayırlar. Məsələn, ailəli bir şəxsin evi olmadığı halda özünün iki evindən birini minnət qoymadan ona təqdim edir. Yaxud da, bir vəzifəyə keçəndən sonra başqasının o vəzifəyə daha layiqli olduğunu və işin öhdəsindən gözəl gələcəyini görüb həmin vəzifəni ona tapşırır. Bu tərtiblə sadiq adam yalançı adamdan seçilir. İnsan özünü bu vaxtlarda daha yaxşı tanıya bilər. Çox az adamlar paxıllıq, həsəd və təkəbbürlük kimi xəstəliklərdən nicat tapıb, bu cür çətin imtahanların öhdəsindən gələ bilərlər. Bu məsələni daha yaxşı izak etmək üçün Allahın saleh bəndələrinin biri haqqında hekayə nəql edirik.
Dərs demək kürsüsünü başqasına tapşırdı.
Mərhum Ayətullah Seyyid Hüseyn Türk, şiə məzhəbinin böyük alim və mərcəi-təqlidlərindən olmuşdur. 1844-cü ildə Nəçəfül-əşrəfdə vəfat etmişdir. O Kərbəlada böyük alimlərdən dərs aldıqdan sonra Nəcəf şəhərinə hicrət edir. Tələbələr onun ətrafında toplanaraq, ondan dərs almağa başlayırlar. Günlərin bir günündə dərs dediyi «İmran» məscidinə vaxtından əvvəl gəldi. Onun şagirdləri hələ gəlməmişdilər. Bir küncdə oturub gördü ki, tanımadığı bir ruhani alim, məscidin o biri küncündə bir neçə tələbəyə dərs deməklə məşğuldur. Seyyid şeyxin söhbətlərinə qulaq asıb onun elminə təəccüb etdi. O biri gün şeyxin dərsinə qulaq asmaqdan ötrü bilə-bilə məscidə vaxtından əvvəl gəldi. Beləliklə bir neçə gün şeyxin dərslərinə qulaq asandan sonra, yəqin etdi ki, şeyx ondan elmli və fəzilətlidir. Şeyxin dərslərindən istifadə etmək qərarına gəldi.
Bir qədər axtarışdan sonra bu şeyxin Mürtəza Ənsari olduğunu müəyyənləşdirdi. Məlum oldu ki, şeyx dörd illik İran səfərindən yenicə qayıtmışdır. O, İranda böyük və şərafətli alim hacı Molla Məhdi Nəraqanin hüzurunda olmuş və onun elmindən çoxlu istifadə etmişdir. Seyyid öz şagirdlərinin yanına gəlib onlara dedi: Şeyx Ənsari (r) məndən elmli və fəzilətlidir. Onun dediyi dərslər sizin üçün daha mənfəətli ola bilər. Bu gündən etibarən mən də sizinlə birlikdə onun dərslərinə gedəcəyik. Həmin gündən şeyxin şöhrəti yüksəldi, yavaş-yavaş müsəlmanların mərcəi-təqlidi oldu. Şeyx də öz növbəsində seyyidə böyük ehtiram göstərib bəzi dərsləri onun öhdəsinə qoyurdu. Şeyx 1854-cü ildə vəfat edəndən sonra dərs demək kürsüsü seyyidə tapşırıldı.
Görün nə qədər imanlı və sadiq adamdır. Özü ustad və mərcəi-təqlid ola-ola Allahın razılığını əldə etməkdən ötrü öz vəzifəsini şagirdinə tapşırır. Bunu yalnız elm və iman sahibləri başa düşə bilərlər. Buna görə də əgər insanın işləri və elm öyrənməsi həvəs üzündən deyil, Həqiqətən də Allaha xatir və xalqa xidmət etməkdən ötrü olsa, həmin elm onun qəlbində nura dönəcəkdir.
Özlərinə zülm edənlər, orta mövqe tutanlar və öndə olub Allaha yaxın olanlar.
Bu məsələni daha yaxşı izan etmək üçün Quranın bu ayəsi haqqında İmamın (ə) etdiyi təfsiri qeyd edirik. «Sonra kitabı bəndələrimizdən seçdiklərimizə miras qoyduq. Onlardan kimisi özünə zülüm edər, kimisi mötədil və orta mövqeyi tutan olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər. Bu böyük lütfdür». Bu ayə haqqında çoxlu izah və təfsirlər olunmuşdur. «Məaniul-əxbar» kitabında İmam Sadiqdən (ə) nəql olunan təfsir daha məqsədə uyğundur.
İmam (ə) buyurur: Bütün nəfsani istəklərin dalınca gedən kəs özünə zülüm edəndir. Onun məbudu yalnız özüdür. Nəfsi istədiyi şeyləri can bahasına da olsa yerinə yetirir. Nəfsinin qarşısında zəlil olub onun istəklərini yerinə yetirməkdən ötrü xəyanət etməyə də hazırdır. Müsəlmandır, amma özünə zülüm edir. Bütün istək və arzuları Allah əvəzinə, dünyadan ötrü olanlar nəfsani istəklərinə uyan kəslərdir. Onlar öz səylərini saraylar tikdirib axrıncı model maşınlar almaqdan başqa bir şeyə sərf etmirlər.


Geri dön

★Love World★

  • 27 oktyabr 2014 20:59
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
Melumata göre sagolun)))))

--------------------

Səssiz

  • 23 oktyabr 2014 19:15
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Səssiz'liyim

^^YeRaZKa MeLeK^^

  • 18 oktyabr 2014 14:15
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi qalsin

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 18 oktyabr 2014 01:19
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Serhlere gore saolun..

ヅ Bad Girl ヅ

  • 17 oktyabr 2014 23:08
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Pıtırcık

  • 17 oktyabr 2014 22:29
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN. SIZDEN

--------------------
http://legend.az/user/imza/

★Love World★

  • 17 oktyabr 2014 21:19
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH razi olsun cooox gozel meqaledi.

--------------------

Fenerbahcem

  • 17 oktyabr 2014 20:50
  • Məqalə: 0
  • Şərh: 322
  • Bal:
{awards}
Tewekkurlerrrrrrrr

-Kralica-

  • 17 oktyabr 2014 20:35
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun cox saqolun

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}