Qəzəblənəndə Allahı xatırlayın!

 
Qəzəblənəndə Allahı xatırlayın!



Əziz oxucular! Bina bünövrə üzərində qurulduğu kimi, həyat da, insanlıq da mənəvi dayaqlar üzərində qurulmalı deyilmi? Vaxtilə Aristotel: “Mənəvi dayaqlarsız insan şərəfsiz və vəhşi olub, özünün cinsi instinktlərində alçaq məxluq səviyyəsindədir”–demişdi. Mənəvi kamilləşmə isə öz nəfsini tərbiyə etmədən mümkün deyildir.
Belə ki, nəfsani qüvvələr hər zaman əl-ələ verərək ağıl nurunu söndürməyə qadirdilər. İbrətamiz bir misal yerinə düşərdi: Əgər anbara çoxlu sayda siçovul daraşıbsa, oraya nə qədər taxıl töksək də ehtiyat yığa bilməyəcəyik. Əvvəla, o siçovulları zərərsizləşdirməli deyilikmi? Nəfsin də misalı buna bənzəyir.
Həzrət Əli (ə)buyurduğu kimi, nəfsi islah etmədən ağıldan bəhrə götürə bilmərik. Bədən məmləkəti daim dörd qüvvənin - əqlin, şəhvətin, qəzəbin və işi fitnəkarlıq, xəyanət, hiylə-kələk olan vəhmin müharibə meydanıdır. Üç qüvvə birləşib əqli öz tabeliklərinə almağa çalışır. Bugünki söhbətimiz qəzəb qüvvəsi haqqındadır. Qəzəb nəfsin bir vəziyyətidir ki, heyvani ruhun qalib gəlmək, intiqam almaq üçün daxildən xaricə hərəkətinə səbəb olur. Hər vaxt şiddətlənsə, bədəndə hərarət artar, boyun damarları şişər, gözlər qızarar, Şeyvan qəlbə daxil olar.
Əlbəttə, insanların təbiətindən asılı olaraq qəzəb halı onlarda müxtəlif şəkildə baş verər. Eləsi var ki, kibrit kimi qığılcımdan odlanar; eləsi var ki, yağ kimi alovlandırmaq üçün daha çox vasitəyə əl atmaq lazım gəlir; elə adam var ki, quru ağaca, adam var ki, yaş ağaca bənzəyir. Qəzəbdə ifrata verənlər çox vaxt dinin və ağlın itaətindən xaric olur, böyük bədbəxtliklər gətirirlər. Bu cür qəzəb qətlə, yaralamağa, təhqirə, hətta kənar əşyaları vurub dağıtmağa gətirib çıxarır.

Bu cür qəzəblənən şəxsin qəzəb odu onun özünü də yandırır, ətrafdakıları da. Bu, ağlın başdan çıxması halıdır ki,Əmrəl-Mömininin (ə)onu dəliliklə müqayisə edir. “Qəzəb bir növ dəlilikdir;çünki sahibini peşman edər, peşman olmasa, deməli, əsl dəlidir”. Çox təəccüblüdür ki, bəzi adamlar elə bilirlər ki, çox qəzəblənmək kişilik sifətlərindəndir. Hippokrat deyib ki, mən güclü fırtınaların, dağlar qədər böyük olan dəhşətli dalğaların girdaba atdığı və ya qayaya çırpdığı gəminin xilas olmasına daha çox inanıram, nəinki ağzı köpüklənən qəzəblinin sakitləşməsinə; çünki dənizçillər bəlkə bir çarə tapıb o gəmini xilas edələr, lakin qızıb-coşan qəzəbi heç bir şeylə söndürmək mümkün deyildir.

Belələrinin qəzəbli halında hansı vəziyyətdə olmaları gərək o anda çəkilə, sonra özlərinə göstərilə. Bəlkə bundan bir nəticə alalar, gələcəkdə qəzəblərini cilovlaya bilələr. Bəzi insanlar isə qəzəbdə ifrat yox, təfrit halındadırlar, yəni yeri gəlsə belə, şərəfi, heysiyyatı, dini təhlükədə olsa belə qəzəblənməzlər. Bir qism insanların qəzəbi isə orta səviyyədə olub, ağlın həddini keçmir. Onlar öz namus-qeyrtələrini tapdalamağa imkan verməzlər. Bu hal dinimizdə də bəyənilən haldır. Filosoflar bunu qəzəb yox, şücaət adlandırırlar. Doğrudan da, öz hisslərini idarə etmək insana şərəf gətirir, onu başqalarnın qəlbinə yara vurmaqdan saxlayır.
Bu baxımdan hisslərin, xüsusən qəzəb hissinin tərbiyəsi ilə elə uşaqlıqdan başlamaq lazımdır ki, cəmiyyətdə harmonik münasibətlər qura bilək. Qəzəb enerjisinin insan aurasına təsirini dövrümüzün böyük ariflərindən biri Şeyx Rəcəbəli gözəl açıqlamışdır:“Məsciddə gördüm ki, namaz qılan bir cavanın ətrafını nur bürümüşdür. Öz-özümə dedim ki, namazdan sonra onunla tanış olub onu bu hala salan hansı xüsusiyyət olduğunu öyrənərəm. Birlikdə məsciddən çıxdıq. Cavan məscidin qapısında məscidin xidmətçisi ilə biz az sözləşdi və ona qəzəbləndi. Onun ətrafındakı nurun məhv olub aradan getdiyini gördüm”.Doğrudan da, arifin batini gözüylə gördükləri bizim üçün bir ibrətdir. İbadətlə qazandığımızı bir andaca əldən veririk.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bizim maddi bədənimizin dalğa əksi var. Ona energetik bədən də deyilir. Orqanizmdə bütün dəyişikliklər əvvəlcə bu bədəndə başlayır, sonra isə informasiya maddi bədənə verilir. Yəqin ki, güclü əsəbdən, psixi gərginlikdən 1-2 gün sonra onun təsirini bədəndə hiss etməmiş deyilik. Təbabətdə o da məlumdur ki, əksər xroniki xəstəliklərin səbəbi mütəmadi əsəb, qəzəb nəticəsində qan-damar sisteminin zərbə alması, orqanların lazımi qədər qanla təmin olunmaması ilə bağlıdır. Bu baxımdan qəzəbin, yersiz əsəbililiyin səbəblərini öyrənməli, ondan yaxa qurtarmaq yollarını aramalıyıq.Nəsrəddin Tusi “Əxlaqi-Nasiri” əsərində qəzəbin bir neçə səbəbini göstərmişdir:
1) iddialıq – özündən müstəbehlik, layiq olmadığı mövqe iddiasına düşmək.
2) təkəbbürlük – özünü hamıdan yüksək hesab etmək, hamıya yuxarıdan aşağı baxmaq.
3) höcət – yersiz və əsassız mübahisə
Əslində sayılan səbəblərin kökündə təkəbbür, eqoizm durur. Bu cür insanın eqosuna bir az toxunan kimi özündən çıxır. Əxlaq ustadları qəzəbin əlac üsullarını aşağıdakı kimi təklif etmişlər:
1)Qəzəbin kökündə duran təkəbbür, düşmənçilik, iftixar etmək, mal-məqam sevmək kimi səbəbləri aradan aparmaq. Sual olunur: necə? Ağıllı insan dərk etməlidir ki, əvvəli bir damcı su, sonu isə çürümüş bədən olan bir kəs üçün təkəbbür yaraşmaz. Mal-məqam da keçicidir. Bir şey ki, gec-tez əldən çıxacaq və sənə yaxşı əməllərdən başqa heç nə qalmayacaq, nə üçün ona görə qəzəblənməlisən?
2)Qəzəblənməyə səbəb olan iş və davranışlardan qorunmaq lazımdır.
3)Səbri olmayan, qəzəb qüvvəsi çox olan insanla yox, əksinə səbrli, helmli (dözümlü) olan insanla oturub-durmalı ki, atalar dediyi kimi, atı atın yanına bağlasan rəngi dəyişməsə də, xasiyyəti dəyişər.
4)Zəif insana qəzəblənəndə Allahın da buna görə sənə qəzəbləndiyini xatırlayasan və Allaha xatir qəzəbini boğasan. Əslində çoxları özündən güclüyə yox, zəifə qəzəb göstərirlər. Bu isə əsl insana yaraşan sifət deyil.

Qəzəbin əlaclarından biri də budur ki, insan bu halda Şeytanın şərindən Allaha pənah aparsın; ayaq üstə olsa əyləşsin, əgər oturmuş olsa, uzansın. Soyuq su ilə dəstəmaz alsın, ya sadəcə yuyunsun. Öz yaxın adamlarının əlindən qəzəblənən isə qəzəbin sönməsi üçün əlini onun bədəninə qoysun. Dərk etməliyik ki, hədisdə deyildiyi kimi, qəzəb Şeytanın insanı böyük günahlara çəkməsi üçün bir ipidir. Bu ipi həmişə qırmaq üçün Allaha sığınmaqdan başqa bir yol yoxdur.


Geri dön

Pıtırcık

  • 2 noyabr 2014 15:44
  • Məqalə: 455
  • Şərh: 9618
  • Bal:
ALLAHI UNUTMARIQ ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Mələyimin mələyi

  • 27 oktyabr 2014 20:19
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Sohret.

  • 26 oktyabr 2014 13:01
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
Eladiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii!!!!!!!!!!!!!!!!!!!!!!!!

--------------------
Məni ərköyünləşdirməyin. Hər istədiyimin yerinə yetirilməməli olduğunu çox yaxşı bilirəm, yalnız sizi test edirəm!

ヅ Bad Girl ヅ

  • 18 oktyabr 2014 22:50
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

qirilmis qelb

  • 18 oktyabr 2014 19:49
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

★Love World★

  • 18 oktyabr 2014 19:41
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH razi olsun.

--------------------

^^YeRaZKa MeLeK^^

  • 18 oktyabr 2014 19:18
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ayka_mm

  • 18 oktyabr 2014 19:10
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
allah sizden razi olsun cok sagolun tesekur edirem

--------------------
dost yenede dost

Priya

  • 18 oktyabr 2014 16:06
  • Məqalə: 115
  • Şərh: 1946
  • Bal:
{awards}
Allah razı olsun.Çox yardımcı oldunuz. Mən də çox əsəbiyəm. Çarəsini də sayənizdə tapdım.Sağ olun.

--------------------




-Kralica-

  • 18 oktyabr 2014 15:14
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun cox saqolun

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}