"Nəhcül-fəsahə”

 
"Nəhcül-fəsahə”




Əxlaqi normalarsız sağalm cəmiyyətdən söz gedə bilməz!
Bildiyimiz kimi, insan ictimai həyat tərzi keçirir və şübhəsiz, “icma” onların tərəqqi və ya irticasında mühüm rol oynayır. Sosioloqlara görə, cəmiyyətdən kənar düşən insan hər şeyi - elmi, şəfqəti, ruhi təkamülü, hətta danışığını və s. - əldən verir. Buna müəyyən səbəblər üzündən “meşə” kimi vəhşi mühitə düşən yırtıcı heyvanların ətrafında yaşayan insanı misal göstərirlər. Tarixdə belə həyat tərzi keçirənlər az olmayıb. Belələri dildən, insani düşüncə və bəşəri səciyyələrdən uzaq ikən rəftar və davranışları da eynilə vəhşi heyvan kimi olur. Səhralıqda və ya köçəri həyat sürən, kiçik qəbilə formalarında yaşayanların vəziyyəti məlum olduqdan sonra cəmiyyətdən ayrı düşən fərdin taleyi aydındır! Bu və bu kimi digər faktlar sosioloqların “Cəmiyyət fərddən irəlidir!” - ideyasını çox gözəl təsdiq edir. Əlbəttə, fərd “bir canlı” kimi cəmiyyətdən əvvəl təsəvvür olunsa da, lakin bir “insan” kimi ondan geridir. Bu baxımdan ictimai əlaqələr genişləndikcə, sivilzasiya da - hər hansı yöndə - tərəqqi edir. Çağdaş dünyamızda insanların bir-biri ilə geniş əlaqələrinə şərait yaradan vəsaitlər müasir sivilzasiyanı doğruldan əsas amillərdəndir. Bu bizə dünya ölkələri arasında sivil səviyyələri ayırd etməyə imkan verir.
İnsanın ictimai həyatındakı məziyyətləri
Məlum olduğu kimi, ictimai həyat tərzi təkcə insana xas deyil. Bal arısı və qarışqa kimi kütləvi formada yaşayan həşəratlar və ya quşlar, yaxud bir sıra heyvanlar da ictimai həyat tərzi keçirirlər. Bəzən onların arasındakı bir çox qanuna uyğunluqlar hətta insanların ictimai həyatını da ötüb-keçir. Məsələn, bal arılarının yuvasında hətta bir işsizin, yaxud birinin ac qalması mümkün deyil. Halbuki bunu dünyanın ən mütərəqqi və inkişaf etmiş ölkələrində görə bilərik. Onların arasındakı hər işin bölünmə və qazanc tərzinin qəribəlikləri insani mühitlərdə müşahidə olunmur. Bununla belə, onların ictimai yaşayışında iki əsas cəhət var ki, onları bəşərin ictimai həyatından ayırır:
1. Heyvanlarda kütləvi yaşayış nə qədər biçimli olsa da, belə yaşayış tərzi yalnız yuva, azuqə yığımı, törəmə və bu kimi ölçülərlə məhdudlaşır. Halbuki insanın ictimai həyatı daha əhatəli, bəlkə də naməhduddur.
2. Heyvanların ictimai həyatında heç bir dəyişiklik baş vermir. Başqa sözlə, onlarda tərəqqi, keçmiş nəsillə yeni nəsil arasında fərq olmur. Məsələn, bugünkü bal arılarının yuvası kəşflərdən məlum olan neçə milyon il əvvəlki bal arılarının yuvasından fərqlənmir. Bu onu göstərir ki, neçə milyon il keçsə də, onlarda yaşayış tərzi əsla dəyişilmir! Amma bəzən bir əsr və yaxud ondan da az müddət ərzində insanın ictimai həyatında böyük dəyişikliklər baş verir. Demək, insanın ictimai həyatını başqa canlılardan ayıran bu iki fərq əsaslı yönə malikdir. Bir sözlə, insanın fikri, əməli-əxlaqi, iqtisadi-texnoloji və s. yönlərdə təkamül və tərəqqisi qarşılıqlı ünsiyyətsiz mümkün deyil. İctimai həyatsız mədəniyyət, insanlıq, sivilzasiya və digər siciyyələr heç bir məna daşımır.
Cəmiyyəti formalaşdıran amil
Sosioloqlar insanın ictimai həyatı seçməsi, onun birgə yaşayışının nisbətən ağır şərt və qanunları ilə razılaşması haqda müxtəlif fikirlər yürütmüşlər ki, burada onların bir neçəsini qeyd edirik:
1. Bəzilərinin nəzərinə görə, insanda fitri bağlılıq hissi onu instinkt olaraq ictimai həyata cəlb edir.
2. Bəziləri isə insanın ictimai həyata yönəlməsini təbii amillərdən (zəlzələ, sel, yırtıcı heyvanlardan) qorxu hissi ilə əlaqələndirirlər.
3. Bəziləri də insanın vücudundan qaynaqlanan “qarşılıqlı faydalanma” hissini əsas faktor hesab edirlər.
4. Bəziləri də ki, mövcud ictimai həyatı tədrici yaranan adət-ənənə və qayda-qanunların məcmusunun məhsulu kimi qiymətləndirirlər.
5. Bəziləri də insanların bir-birinə ehtiyacı və onun birgə təmini məsələsini ictimai həyatın amili bilir.
6. Bəziləri isə ictimai həyatın ailə ocaqlarının təşkili və tədricən nəsil artımı nəticəsində yarandığını deyirlər.
7. Nəhayət, bir qrup da belə fikir yürüdürlər ki, neçə tarixi dövrü keçirən bəşərin ictimai həyata rəğbətini kəşf etmək mümkün deyil. Çünki əsrlər keçdikcə, bir çox həqiqətlərin üzü örtülmüş və bu haqda mühakimə yürütmək üçün əldə dəqiq faktlar yoxdur.

Sonuncu fikrin digər nəzərlərlə müqayisədə həqiqətə daha yaxın və keçmişdə insanı ictimai həyata yönəldən əsas amil haqda hökm verməyin çətin olduğuna baxmayaraq, sözsüz, bu gün ictimai həyatın davamını çox güman ki, insanın “təkamülə rəğbəti”, “ehtiyacların təmini” və “onların təklikdə qeyri-mümkünlüyü” kimi məsələlərlə əlaqələndirmək olar.
İzah: İnsanın məişət, geyim, ərzaq və dərmanı kimi cismi, təlim-tərbiyəsi, zövqü-estetik hissləri və tükənməyən arzsu-istəkləri kimi ruhi duyğu və ehtiyaclarının təmini bir fərdin əlindən gələ bilməz. Bu çox çeşidli ehtiyacların hər birini, məxsusən, hər şeyi asanlıqla bəyənməyən insanın zövqünə uyğun hazırlamaq üçün ayrı-ayrı mütəxəssis fərd və qrup lazımdır. Həm də ki, heyvanlardan fərqli insana xas rifah və ideal həyata rəğbət hissi onu ictimai həyata sövq edir. Bu məqsədin gerçəkləşməsi ayrı-ayrı düşüncələrin, istedad və qüvvələrin həmkarlarlığı nəticəsində mümkündür. Bu iki faktor insanı ictimai həyata rəğbətləndirən ən mühüm amildir.
Birgə yaşayışda dəyər
İctimai hüquq baxımından insanların qanun qarşısında bərabərliyi məsələsi onların eyni dəyərə malik olduqları ilə deyil, həqiqətdə nizam-intizamı qorumaq, ədalətə riayət, şəxsi mənafenin qarşısını almaq, bəşəri istismarla mübarizə və s. üçündür. Yoxsa, insanların ictimai dəyər və bacarıqları arasında fərq olduqca çoxdur. Məsələn, zəhmətkeş, ləyaqətli və xeyirxah alimin dəyəri savadsız və fitnəkar bir kəslə eyni deyil. Lakin ictimai hüquq bərabərliyində insanlar arasında fərq qoyularsa, onun fəsad və zərərləri ictimai dəyərləri gözləməkdən artıq olar. İslamda insanların ictimai dəyərləri xalqın onlardan aldığı bəhrə ilə ölçülür. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Camaata ən çox fayda və xeyir verən insanların ən yaxşısıdır!” (“Nəhcül-fəsahə”, səh.315.)


Geri dön

Mələyimin mələyi

  • 27 oktyabr 2014 20:15
  • Məqalə: 264
  • Şərh: 1831
  • Bal:
twklerrrrrrrrrrrrrrrrrrr

--------------------

^^YeRaZKa MeLeK^^

  • 19 oktyabr 2014 00:01
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 18 oktyabr 2014 22:28
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Sosioloqlar insanın ictimai həyatı seçməsi, onun birgə yaşayışının nisbətən ağır şərt və qanunları ilə razılaşması haqda müxtəlif fikirlər yürütmüşlər ki, burada onların bir neçəsini qeyd edirik:

--------------------

-Kralica-

  • 18 oktyabr 2014 19:44
  • Məqalə: 696
  • Şərh: 8591
  • Bal:
{awards}
Allah razi olsun

--------------------




★Love World★

  • 18 oktyabr 2014 19:21
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

qirilmis qelb

  • 18 oktyabr 2014 19:12
  • Məqalə: 65
  • Şərh: 2760
  • Bal:
{awards}
Sosioloqlar insanın ictimai həyatı seçməsi, onun birgə yaşayışının nisbətən ağır şərt və qanunları ilə razılaşması haqda müxtəlif fikirlər yürütmüşlər ki, burada onların bir neçəsini qeyd edirik:

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

NikaLYa

  • 18 oktyabr 2014 17:48
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
Аллах рази оЛсун.

--------------------

Fenerbahcem

  • 18 oktyabr 2014 17:39
  • Məqalə: 0
  • Şərh: 320
  • Bal:
{awards}
ilk weh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 60
Cəmi: 88

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 54
Cəmi: 155
 
The Shield
Xəbərləri: 50
Cəmi: 310
 
Darling
Xəbərləri: 47
Cəmi: 933
 
aytc.sza
Xəbərləri: 38
Cəmi: 84
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 19
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 306
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}