Böyrəklərin düşməni olan 15 səbəb

 
Böyrəklərin düşməni olan 15 səbəb


Orqanizmimizdə ən əsas orqanlardan birinin də böyrək olmasına yəqin ki, heç kəsin şübhəsi yoxdur. Amma çox az adam bilir ki, boyrəyin yalnız 20% fəaliyyət göstərsə belə, tamamilə normal həyat sürmək mümkündür.
Böyrək xəstəlikləri adətən simptomsuz keçdiyi üçün uzun müddət insanın bu xəstəlikdən heç xəbəri də olmur. Ümumiyyətlə, hətta geniş yayılmış amillər belə, boyrəkləri sıradan çıxara bilər.
Bizim böyrəklər qəribə orqandır. Onlar hormonlarl ifraz, qanı isə filtrasiya edir, eləcə də sağlam turşu-qələvi balansını saxlayır. Bir sözlə, böyrək olmasa, həyat olmaz. Çinlilər böyrəyə “həyat enerjisinin toplandığı yer” deyirlər.
Böyrəklərin düşməni olan 15 səbəb bunlardır.
1. Qazlı suya aludəçilik
Yapon tədqiqatçılar güman edirlər ki, gündə iki və ya daha çox stəkan qazlı içkilərin istifadəsi böyrək xəstəliklərininə yoluxma riskini yüksəldir.

2. Siqaret çəkmək
Siqaret çəkmək ateroskleroz inkişafı ilə bağlıdır. Tədqiqatların nəticələrinə görə, gündə iki siqaret kifayətdir ki, qanda endotelial hüceyrə sayını iki dəfə çoxaltsın. Bu isə arterial nasazlığının siqnalıdır.

3. B6 vitamini çatışmazlığı
Sağlam qidalanma böyrəklərin yaxşı işləməsi üçün vacibdir. Tədqiqatların nəticələrinə görə, В6 vitamininin çatışmazlığı böyrək daşlarının yaranma riskini artırır. Sutkada B6 vitamini istehlak norması azı 1,3 mq sayılır. Bu vitaminlə zəngin olan məhsullar isə belədir: malın qara ciyər, balıq, noxud, kartof, nişastalı tərəvəzlər və qeyri-sitrus meyvələr.

4. Hərəkətsizlik
Hərəkətsizlik böyrəklərin əsas düşmənlərinin biri hesab olunur. Tədqiqatçılar bildirir ki, bədən tərbiyəsi ilə məşğul olanların böyrəklərində daşlarının yaranma ehtimalı digərlərindən 31% azdır. Həmçinin optimal çəkini saxlamaq da böyrəklərdə daşlarının yaranma ehtimalını azaldır.

5. Maqnezium çatışmazlığı
Əgər orqanizminizdə lazımi miqdarda maqnezium olmasa, o, kalsiumu mənimsəyə bilməz. Bu da böyrəklərdə daş yaranmasına gətirib çıxara bilər. Bundan qaçmaq üçün öz rasionunuza, yaşıl yarpaq tərəvəz, paxla, günəbaxan və qoz əlavə edin.

6. Yuxunun tez-tez pozulması

Biz hamımız gecələr doyunca yatmaq istəyirik. Bizim böyrəklər də bunu istəyir. Tədqiqatçılar bildirirlər ki, yuxunun pozulması xroniki böyrək xəstəliklərinin yaranmasına səbəb ola bilər. Böyrək parçası gecə yeniləndiyi üçün fasilələrlə olan yuxu onların işinin pozulmasına gətirib çıxara bilər.

7. Sudan az miqdarda istifadəsi
Böyrəklərin funksiyalarının yerinə yetirilməsi üçün lazımi miqdarda suya ehtiyacı var. Əgər siz az miqdarda su içsəz, qanda toksinlər əmələ gələ bilər, çünki içdiyiniz su onları qandan təmizlənməsi üçün yetməyə bilər. Alimlər gün ərzində ən azı 12 stəkan su içməyi məsləhət görür.

8. Sidik kisəsinin vaxtında boşalmaması
Sidik kisəsini dolu saxlamaq olduqca pis ideyadır. Əgər bunu mütamədi olaraq etsəz, böyrəklər üçün təzyiqin artmasına və böyrək çatışmazlığına gətirib çıxara bilər.

9. Duzdan həddən artıq istifadə
Duz orqanizm üçün vacibdir, amma onun istifadəsini məhdudlaşdırmaq lazımdır. Həddindən artıq duz qan təzyiqini və böyrək üçün yükü xeyli artıra bilər.

10. Kofeyinin böyük miqdarda istifadəsi
Kofeyin bir çox alkoqolsuz və qazlı içkilərdə olur. Onun həddən artıq istifadəsi kəskin qan təzyiqini artıra bilər. Nəticədə böyrək çatışmazlığı sorağınıza gələcək.

11. Həddən artıq ağrıkəsicilərdən istifadə etmək
Adətən biz bundan tez-tez və çox miqdarda istifadə edirik. Lakin bu dərmanlardan həddindən artıq istifadə etmək də olmur. Çünki onların əks-təsiri kəskin böyrək çatışmazlığına gətirib çıxarır. Düzdür, bəzi dərmanlardan imtina etmək də olmaz (növbəti bəndə baxın).

12. Lazımi dərmanlarla müalicə olunmaması
Yüksək qan təzyiqi və ikinci dərəcəli diabet iki ən geniş yayılmış xəstəlikdir. Bunlar adətən düzgün qidalanmamağın nəticəsində yaranır. Əgər siz artıq bu xəstəliklərdən əziyyət çəkirsinizsə, böyrəklərinizin sağlam qalması üçün peşəkar həkimin yazdığı dərmanları qəbul edin.

13. Zülaldan həddən artıq istifadə
Harvard Universitetinin araşdırmalarına əsasən, həddən artıq böyük miqdarda zülal böyrəklərə böyük ziyan vura bilər. Zülalı ammiak-toksin mənimsəyir. Toksini isə böyrək zərəşdirilməlidir. Ona görə, zülal nə qədər çox olarsa, böyrəklərə daha çox yük düşür. Nəticədə onların funksiyasının azalmasına gətirib çıxarır.

14. Yayılmış infeksiyaların vaxtında və düzgün müalicə olunmaması
Biz hamımız bəzən adi soyuqdəymə və qrip simptomlarına məhəl qoymuruq, bununla da öz orqanizmimizi təhlükəyə atırıq. Bu isə böyrəkləri sıradan çıxara bilər. Araşdırmalar bunu göstərir ki, yarımçıq müalicə və istirahətsizlik böyrəklərdə problemlərin yaranmasına səbəb olur.

15. Spirtli içki
Bu zəhər təkcə böyrəkləri deyil, qara ciyəri də məhv edir. Alimlərin fikrincə, böyrək xəstəliklərindən qaçmağın tək yolu spirtli içkidən imtina etməkdir.


Geri dön

NikaLYa

  • 2 noyabr 2014 00:49
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
7. Sudan az miqdarda istifadəsi.. smile

--------------------

Love Me Kiss Me

  • 21 oktyabr 2014 15:57
  • Məqalə: 0
  • Şərh: 1250
  • Bal:
{awards}
SAOL CAN MELUMATLANDIRDIGIN UCUN TESEKKUR

--------------------
Darıxacaqsan! Əsəbləwdirdi,qısqanırdı,küsürdü,çox sual verirdi ama meni sevirdi deyəceksen! Eybi yox men çıxıb gederem ama sen xowbext ol oxuyacağsanda ama cavab yazmayacağsan bilirem ...

xaxaxa_ne.gulursen

  • 19 oktyabr 2014 18:26
  • Məqalə: 1
  • Şərh: 232
  • Bal:
{awards}
Ellerin derd gormesin cox gozel bir meqaledi cox beyendim

--------------------
hello

^^YeRaZKa MeLeK^^

  • 19 oktyabr 2014 17:44
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
10. Kofeyinin böyük miqdarda istifadəsi
Kofeyin bir çox alkoqolsuz və qazlı içkilərdə olur. Onun həddən artıq istifadəsi kəskin qan təzyiqini artıra bilər. Nəticədə böyrək çatışmazlığı sorağınıza gələcək.

--------------------

ヅ Bad Girl ヅ

  • 19 oktyabr 2014 16:42
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
9. Duzdan həddən artıq istifadə
Duz orqanizm üçün vacibdir, amma onun istifadəsini məhdudlaşdırmaq lazımdır. Həddindən artıq duz qan təzyiqini və böyrək üçün yükü xeyli artıra bilər.

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 19 oktyabr 2014 16:24
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Siqaret çəkmək

-Kralica-

  • 19 oktyabr 2014 14:47
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
9. Duzdan həddən artıq istifadə
Duz orqanizm üçün vacibdir, amma onun istifadəsini məhdudlaşdırmaq lazımdır. Həddindən artıq duz qan təzyiqini və böyrək üçün yükü xeyli artıra bilər. fellow

--------------------




★Love World★

  • 19 oktyabr 2014 13:54
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Maraqli meqaledi)))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 34
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}