Peyğəmbərimiz(s.ə.a)simasında təmizlik

 
Peyğəmbərimiz(s.ə.a)simasında təmizlik



Bağışlayan və Mehriban Allahın adı ilə
Təmizlik insanın təbii xüsusiyyətlərindəndir. Belə ki, hər bir insan bacardığı qədər özünü təmiz və səliqəli saxlamağa çalışır. İnsanların ən kamili olan Həzrət Peyğəmbər (s) isə ən kamil təmizliyə riayət edərdi. O Həzrət (s) hər sahədə olduğu kimi təmizliyə riayət etməkdə də bütün insanlara nümunə idi. O, həmişə həmişə ətir vurardı, belə ki, bir yerdən keçdikdə orada olan adamlar ətrin iyini hiss edərdilər. Hətta heç kəsin o həzrəti (s) görmədiyi vaxtlar, o cümlədən gecələr belə, o həzrətin (s) xoş iyi hər yerə yayılardı.
İmam Cəfər Sadiq (ə) buyurur: "Allahın Rəsulunun (s) ətir və xoş iy üçün çəkdiyi xərclər yeməyi üçün çəkdiyi xərclərdən çox idi”. ("Kuhulul-bəsər”, səh. 78)
İmam Rza (ə) buyurur: "Təmizlik Peyğəmbərlərin əxlaqındandır”. ("Tuhəful-uqul”, "İmam Rzanın (ə) kəlamları” fəsli)
İmam Əli (ə) buyurur: "Bayram günləri qüsl etmək həm Allahın dərgahında hacət və istəklərin qəbul olmasına səbəb olar, həm də Peyğəmbərin (s) sünnətinə əməl etməkdir”. ("Tuhəful-uqul”, səh. 95) Şeyx Səduq (r.ə)
"Əl-hidayə” kitabında İmam Cəfər Sadiqdən (ə) nəql edir ki, buyurub: "Cümə günü qüsl etmək hər bir kişi və qadın üçün sünnətdir, buna istər evdə, istərsə də səfərdə olarkən riayət etmək lazımdır. Cümə qüslü insanın paklaşmasına səbəb olur və iki cümə arasındakı günahların kəffarəsidir”. ("Sünənün-Nəbi”, səh. 232)
Əllamə Məclisi (r.ə) yazır: "Allahın Rəsulu (s) həmişə saqqalını və başını sidrlə yuyardı”. ("Biharul-ənvar”, cild 16, səh. 247) Peyğəmbər (s) hər gecə üç dəfə dişinə misvak çəkərdi (dişini fırçalayardı): yatmazdan əvvəl; gecə namazı və dua üçün durduqda; sübh namazını qılmaq üçün məscidə getməzdən əvvəl. ("Biharul-ənvar”, cild 16, səh. 254) Allahın Rəsulu (s) diş fırçalamağın faydaları haqqında çox kəlamlar buyurmuşdur. O cümlədən: ağız təmiz olur, Allahın razılığına səbəb olur, dişləri ağ saxlayır, damağı möhkəmləndirir, bəlğəmi azaldır, iştahanı artırır və s. Dişləri fırçaladıqdan sonra iki rükət namaz qılmaq dişləri fırçalamadan qılınan yetmiş rükət namazdan üstündür. ("Rovzətul-vaizin”, cild 2, səh. 308)
Həzrət Əli (ə) buyurur: "Qoltuğun altındakı tükləri qırxmaq həm pisin iyin yox olmasına səbəb olur, həm də təmizlik və Peyğəmbərin (s) sünnətidir”. ("Tuhəful-uqul”, səh. 25)
Allahın Rəsulu (s) buyurur: "Kimin Allaha və qiyamət gününə imanı varsa, bədən tüklərini 40 gündən çox uzun saxlamasın, əgər vasitə almaq üçün pulu olmazsa, borc alaraq vasitəni alsın və tükləri qırxsın, təki tüklər 40 gündən çox uzanmasın”. ("Rovzətul-vaizin” cild 2, səh. 309)
Peyğəmbərin (s) təmizliklə əlaqədar olan sünnətlərindən biri də bığları qısaltmaqdır, necə ki, İmam Əli (ə) buyurur: "Bığ tüklərini qısaltmaq həm təmizlik, həm də Peyğəmbər (s) sünnətidir”. ("Tuhəful-uqul”, səh. 25)
Peyğəmbər (s) bir hədisdə buyurur: "Atəşpərəstlər və yəhudilər üzlərini qırxır və bığlarını uzadırlar, amma biz müsəlmanlar bığlarımızı qısaldır və saqqal saxlayırıq”. ("Sünənün-Nəbi”, səh. 92) Allahın Rəsulu (s) hər cümə günü günorta namazı üçün məscidə getməzdən əvvəl dırnaqlarını tutar, bığlarını qısaldardı. ("Sünənün-Nəbi”, səh. 107)
İmam Cəfər Sadiq (ə) buyurur: "Peyğəmbərin (s) bir qabı var idi ki, içinə ətir tökmüşdü. Hər dəfə dəstəmaz alandan sonra ətirlənərdi. Belə ki, camaat o həzrətin (s) iyini hiss edən kimi onu tanıyardılar”. ("Sünənün-Nəbi”, səh. 97)
Mərhum şeyx Təbərsi ( r.ə) "Məkarimul-əxlaq” kitabında yazır: "Peyğəmbərin (s) adəti belə idi ki, güzgüyə baxaraq saçlarını darayardı, bəzən güzgü olmayanda bu işi suyun qarşısında edərdi, saçlarını düzəldərdi, ailəsindən başqa öz dostları üçün də bəzənər və buyurardı: "Özünü düzəldib bəzəyərək dostlarının yanına gedən şəxsi Allah-Təala sevir”. ("Biharul-ənvar”, cild 16, səh. 249) Həzrət Muhəmməd (s) çox vaxt ağ paltarlar geyər, həmçinin yaşıl paltarları da sevərdi. Köynək, qəba və başqa paltarları ayağın topuqlarınadək olardı, bəzən tək yun əba geyər və onunla da namaz qılardı. Həzrətin (s) qara əbası da var idi və onu geyərkən həyat yoldaşı Ümmü Sələmə (r.ə) deyərdi: "Hələ Peyğəmbərin (s) rənginin ağlığını o qara əbanı geyərkən gözəl olduğu qədər bir şey görməmişəm”. O Həzrət (s) əmmamənin altından araqçın qoyardı, bəzən təkcə araqçın qoyar, bəzən də təkcə əmmamə qoyardı. Peyğəmbərin (s) bir əmmaməsi var idi ki, ona "səhab” deyərdilər. Bəzən başına onu qoyardı. O Həzrət (s) onu Əliyə (ə) bağışladı və Əli (ə) o əmmaməni başına qoyub gələrkən Peyğəmbər (s) deyərdi: "Əli səhabla sizin yanınıza gəldi”.
Peyğəmbər (s) təzə paltar geydikdə Allaha şükür edər, sonra isə köhnə paltarını ehtiyacı olana verər və deyərdi: "Kim Allah yolunda bir müsəlmana paltar geyindirərsə, nə qədər ki, o paltar həmin şəxsin əynindədir, o adam diri, ya ölmüş olsa da, Allahın amanındadır”. O Həzrətin (s) adi paltarlarından başqa iki paltarı da var idi ki, yalnız cümə günləri onları geyərdi. Paltar geyərkən həmişə sağ tərəfdən geyərdi və buyurardı: "Şükür olsun Allaha ki, paltarla bədənimi örtdü və məni camaatın yanında zinətləndirdi”. Paltarını çıxararkən isə sol tərəfdən çıxarardı.
Həzrət Əli (ə) buyurur: "Peyğəmbər (s) mənə təzə paltar geyərkən bu sözləri deməyi öyrətdi: "Şükür olsun o Allaha ki, məni paltarla geyindirərək camaatın yanında zinətləndirdi. İlahi, bu paltarı bərəkətli et ki, bu paltarla Sənin razılığını arayım, Sənin məscidlərini abadlaşdırım”. Kim bu duanı oxuyaraq paltar geyərsə, günahları bağışlanar”.
Peyğəmbər (s) bəzən qalın paltar geyərdi. Sağ əlinin kiçik barmağına gümüş üzük taxardı, üzüyünün qaşı əlin içi tərəfə olardı. Üzüyünün qaşına "La ilahə illəllah, Muhəmmədər-Rəsulullah” sözləri yazılmışdı. Həmçinin Məaz ibn Cəbəl o Həzrətə (s) qaşının üstündə "Muhəmmədər-Rəsulullah” sözləri həkk edilmiş bir üzük bağışlamışdı. Peyğəmbərin (s) üzüklərindən birini o Həzrətin (s) vəfatından sonra Əbu Bəkr, ondan sonra Ömər, ondan sonra isə Osman barmağına taxdı. Osmanın xəlifəliyinin 6-cı ilində həmin üzük Osmanın əlində çıxıb Mədinənin yaxınlığında olan Əris quyusuna düşdü. Nə qədər çəkdilərsə, üzüyü oradan çıxara bilmədilər. Elə o hadisədən sonra fitnə qapıları Osmanın üzünə açıldı. Peyğəmbərin (s) qaşı əqiqdən olan başqa bir üzüyü də var idi və onu Həzrətə (s) Həbəşədən (Efiopiyadan) gətirmişdilər. Allah bizi bu dünyada və axirətdə Peyğəmbərdən (s) və onun Əhli-beytindən ayrı salmasın.


Geri dön

Gr-Az

  • 3 noyabr 2014 21:47
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
Allah razi olsun

HeYat cOoX qErIbEdi.

  • 19 oktyabr 2014 22:58
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
Allah razi olsun qaqa cox saqol.

--------------------

^^YeRaZKa MeLeK^^

  • 19 oktyabr 2014 17:42
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 19 oktyabr 2014 16:43
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Peyğəmbər (s) bəzən qalın paltar geyərdi. Sağ əlinin kiçik barmağına gümüş üzük taxardı, üzüyünün qaşı əlin içi tərəfə olardı. Üzüyünün qaşına "La ilahə illəllah, Muhəmmədər-Rəsulullah” sözləri yazılmışd

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 19 oktyabr 2014 16:25
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

-Kralica-

  • 19 oktyabr 2014 14:47
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}

Peyğəmbər (s) bəzən qalın paltar geyərdi. Sağ əlinin kiçik barmağına gümüş üzük taxardı, üzüyünün qaşı əlin içi tərəfə olardı. Üzüyünün qaşına "La ilahə illəllah, Muhəmmədər-Rəsulullah” sözləri yazılmışd

--------------------




★Love World★

  • 19 oktyabr 2014 13:54
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}