Beləcə Allah öz ayətlərini sizə bəyan edir, bəlkə fikirləşəsiniz.

 
Beləcə Allah öz ayətlərini sizə bəyan edir, bəlkə fikirləşəsiniz.

Son illərdə cəmiyyətimizdə, Islam dininə qarşı nəzərə çarpacaq dərəcədə axın yaranmışdır. Dinə meyl göstərən fərdləri belə bir sual düşündürməyə başlayıb ki, “görən həqiqi müsəlman hansı keyfiyyətlərə, hansı sifıtlırı vı nıhayıt hansı ideyalara malik olmalıdır?” Sözsüz ki, Islamda da özünə məxsus ideya və təfəkkür tərzi vardır.
Bu suala cavab vermədən əvvəl Allah-Təalanın insanı yaradarkən buyurduğu kəlama diqqət yetirək. «Mən yer üzündə xəlifə yaradacağam». (Bəqərə,30)
Bu ayəni oxuduqda bir sual yaranır: ”Xəlifə nə deməkdir?”Mərhum Əllamə Təbatəbai «Əl-mizan» təfsirində belə buyurur: «Insanın xəlifəliyi ondadır ki, Allah-Təalanın camal və cəlal sifətlərini özündə toplasın və qəlbini Allah güzgüsünə çevirsin.» Əlbəttə ilk baxışda insanın, Allah-Təalanın camal və cəlal sifətlərini özündə toplaması bizə çətin görsənə bilər. Amma Qurani Kərimin Bəqərə surəsinin 125-ci ayəsində belə buyurulur: «Allah sizin üçün asanlıq istər, çətinlik istəməz.» Həqiqətən də bu fikrə ədalət baxımından yanaşsaq, Allah-Təalanın bizə imkanımızdan artıq bir şeyi bizə əmr etməsi heç də düzgün olmaz.
Islam dininin insan tərbiyəsi sahəsində qurduğu proqram, insani dəyərlərin harmonik inkişafına əsaslanır. Bu din əməl dinidir və öz ardıcıllarından əməl tələb edir. Yalnız dildə ”mən müsəlmanam” demək yetərli deyildir. «Əlif lam mim. Onlar belə güman edirlər ki, yalnız «biz iman gətirdik» dedikləri zaman biz onları buraxacağıq. Xeyr! Biz onları imtahan edəcəyik.» (Ənkəbut,1-3)
Digər bir ayədə Allah-Təala belə müsəlmançılığı məzəmmət edərək buyurur: «Insanlardan eləsi vardır ki, Allaha şəkklə (dildə) ibadət edər. Əgər ona bir xeyir toxunsa (din barəsində) arxayın olar. Yox, əgər ona bir bəla üz versə, çöhrəsini dəyişər (islamdan üz döndərər). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur.» (Həcc,11).
Elə bu baxımdan Islamın ön plana çəkdiyi insani dəyərlərdən biri ibadətdir. Ibadət dedikdə, söhbət yalnız namaz qılıb, oruc tutmaqdan getmir. Bu kəlmə çox geniş əhatə dairəsinə malikdir. Ibadət deyərkən, biz həmçinin elm öyrənmək, valideynlərə itaət etmək, qohumlarla sıx-sıx əlaqə saxlamaq, cəmiyyətdə maddi və mənəvi və s. bu kimi dəyərləri nəzərdə tuturuq. Çünki insan yalnız bir dəyərin ardınca getməklə inkişaf edib öz kamilliyinə yetişə bilər.
«Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü gün çıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün kitablara) və peyğəmbərlərə inanan, Allahın məhəbbəti yolunda malını (kasıb) qohum-əqrabaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb, yolda qalan) müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb, zəkat verən kimsələr, eləcə də əhdinə sadiq olanlar, çətinlikdə və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir...» (Bəqərə, 177).
Bu ayə bizim dediklərimizi bir daha təsdiqləyərək bildirir ki, müsəlman öz əməllərini birtərəfli yox, hərtərəfli yönləndirməli və bu vəzifənin əhəmiyyətini tam surətdə dərk etməlidir. Bu vəzifənin yerinə yetirlməsinin nə qədər mühim olmasını dərk etmək üçün Həzrəti Peyğəmbərin(s) həyatına bir nəzər salaq. Quran Peyğəmbərə (s) xitabən buyurur: «Yoxsa (kafirlər) bu Qurana inanmasalar (səndən üz çevirib getdiklərinə görə) arxalarınca təssüflənib özünü həlak edəcəksən!» (Kəhf, 6)
Peyğəmbər (s) insanların düzgün yola qayıtması və həm bu dünyada, həm də axirətdə səadətə yetişmələrinə o qədər rəğbət bəsləmişdir ki, sanki özünü bu yolda həlak etmək istəyirmiş. Allah-Təala buyurur: «Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik. Biz onu (Allah əzabından) qorxan bir kimsəyə yalnız öyüd nəsihət olaraq göndərdik.» (Taha , 2-3).
Bəli, Peyğəmbər (s) xalqın nicat tapması və onların dərdlərinin yaxşılaşması üçün və bu məqsədə yetişmək üçün bir növ ilahi səfərə çıxmışdır. Bu səfərin ilk mərhələsi Ayətullah Mütəhhərinin dili ilə desək «...Insan Allaha doğru olan müsafirdir. O, Allahın zikrinə çatdıqda Onu tanıyaraq özünü Ona yaxın hiss etdikdən sonra Allahla birlikdə Allah bəndələrinə doğru qayıdır. Bu insan Allah bəndələrinin qurtuluşu üçün onların arasında hərəkət edir və onları hərəkətə gətirərək Allaha yaxınlaşdırmaq üşün çalışır.» («Kamil insan» kitabından). Bu «hərəkətə gətirmə» və «Allaha yaxınlaşdırma» yalnız insanı təfəkkür etməyə dəvət vasitəsilə həyata keçirilir və bu məqsədlə Quran daim insanları təfəkkürə səsləyir. Məsələn, Bəqərə surəsinin 219 cu ayəsində buyurur: «Beləcə Allah öz ayətlərini sizə bəyan edir, bəlkə fikirləşəsiniz.»
Məhz bu deyilənləri nəzərə alaraq hər bir müsəlman fikir və ideya ixtilafları ilə qarşılaşdıqda təfəkkür edib onların doğru olanını aşkar etməli və ona tabe olmalıdır. «O kəslər ki, sözü eşidib onun yaxşısına tabe olarlar...» (Zümər, 18)
Bu məqamda söhbəti nəzəri təhlildən təcrübi təhlilə doğru yönəltmək yerinə düşər. Çünki mətləbin daha aydın və aşkar olması üçün canlı nümunə göstərmək daha məqsədə uyğun olar.
Məlumdur ki, insanlar fitrətən həmişə özlərini dahi bir şəxsə oxşatmaq və kimisə özlərinə ideal seçmək kimi fikirlərlə yaşamış və bir çox hallarda bu fikirlər ayrı-ayrı şəxslərin bir şəxsiyyət kimi formalaşmasına səbəb olmuşdur. Burada mövcud olan yeganə şərt seçilən şəxsin həqiqətən ideal olmağa layiq olmasıdır. Islam aləmində yetişmiş kamil müsəlman nümunələri kifayət qədərdir. Hamının tanıdığı, dahi şəxsiyyət olan Əli (ə) həqiqətən də örnək və ideal olmağa layiq bir şəxsdir. Çünki bütün insani dəyərlər onda özünün ən yüksək həddində və həmahəng şəkildə mövcud olub, inkişaf etmişdir. Mərhum ustad Mütəhhəri özünün «Kamil insan» adlı əsərində bu barədə belə yazır: «Bizim, Əli (ə)-ı özümüzə örnək və imam seçməyimiz, bütün insani dəyərləri mütənasib və bərabər şəkildə özündə inkişaf etdirmiş kamil insanı özümüz üçün rəhbər seçməyimiz deməkdir.»
Məhşur «Hər kəs özünü tanısa, Allahını tanıyar» hədisini Şəhriyar nəzmə çəkərək belə yazmışdır: «Könül, istəsən Xudanı biləsən, Əlini yad et, Tanıdım Əlini, vallah tanıdım o dəm Xudanı.»
Əlinin (ə) əməlləri, rəftarı və davranması bizim üçün əsl müsəlmanlıq dərsidir. Onun hər bir hərəkətinin və sözlərinin bizim mənəviyyatımızın dirçəlməsi və inkişafında mühüm rolu vardır. O, söhbətlərinin birində belə buyurmuşdur: “Mənəvi riyazətlə məşğul olan şəxs əqlini dirildərək nəfsini öldürür. Bu qanuni riyazət elə bir həddə çatır ki, onu nazikləşdirib bədəninin ətini əridir, ruhunun sərtliklərini lətifləşdirir və onların ruhları incələşir. Belə bir vəziyyətdə birdən onun daxilində bir qığılcım parlayır və ona yol göstərir. O, bu qapıdan digər qapıya gedərək sonda yolun axırı olan səadət mənzilinə çatır”.
Əli (ə) səadətə yetişməyin yolunu əqlin nəfs üzərindəki qələbəsində görür. Onun bu kəlmələri əvvəldə qeyd etdiyimiz Quran ayəsi ilə uyğunluq təşkil edir, əqli səadət yolunun məşəli kimi tanıtdırır. Bu məşəl, insanın bəsirət gözünə nur verərərk Allahını ona göstərir. Necə ki, Əli (ə)-dan «Allahı görürsənmi?» deyə sual verən şəxsin cavabında o Həzrət belə buyurur: «Mən heç vaxt görmədiyim Allaha ibadət etməmişəm. Onu bu zahir gözləri görməz, qəlblər iman həqiqəti ilə onu görərlər.»
Başqa bir hədisdə Əli (ə) «Insan bu 3 xüsusiyyətə malik olmasa imanın (müsəlmançılığın) həqiqətini dərk edə bilməz.: dindən xəbərdar olmaq, çətinliklərin qarşısında səbirli olmaq və yaşayışını idarə etməkdə tədbirli olmaq.»
O kəsə «dindən xəbərdar olan şəxs» demək olar ki, onun Islam barəsində hərtərəfli məlumatı olsun. Həm tarix, həm əqidə üsulları və həm də din hökmlərindən kifayət qədər məlumatlı olmaq lazımdır ki, haqla batili ayırd etmək mümkün olsun. Bu barədə də Əli (ə) bizə yol göstərərək belə buyurur: «Allah elçisinin Əhli-Beytinə baxın, onların addımladığı yolla gedin, yolunuzu sapmayın, qədəmlərinizi onların qədəmlərinin yerinə qoyun. Onlar sizi hidayət yolundan əsla çıxarmazlar.» (Nəhcül bəlağə 97-ci xütbə)
Hidayət yolunda olan insanlar digərlərindən fərqli olaraq ölüm hadisəsini hər şeyin sonu kimi qəbul etmirlər. Ölümü son kimi qəbul etmək, həqiqətən də bəşəriyyətin ən zəif nöqtəsidir. Ölüm qorxusu, insana hər cür zəlaləti qəbul etməyə vadar edə bilən bir hissdir.
«Mən ölümü səadətdən, zalımları yaşamağı isə zəlalətdən başqa bir şey hesab etmirəm.» (Imam Hüseyn (ə)) Bu sözü, Allaha həqiqi eşq məhəbbətlə bağlı olan kəslərdən başqa heç kəs iddia edə bilməz. Onlar üçün ölüm, əbədi səadətdən və öz məşuqlarına yetişməkdən başqa bir şey deyildir. Imam Hüseyn (ə) öz əshabına Aşura günü belə buyurdu: «Ey mənim səhabələrim! Bizim qarşımızda bir körpü var və biz onun üzərindən keçməliyik. Onun adı ölümdür. Həmin körpünü keçəndən sonra təsəvvür edilməz yerə çatacağıq.»
Insanı bu səviyyəyə gətirib çıxaran onun Allaha olan saf məhəbbətidir. Elə bir məhəbbət ki, insanı bütün ömrü boyu Allahın əmrlərinə müxlisanə şəkildə tabe olmağa vadar edir. Bu məhəbbət azad insanın əqlindən qaynaqlanır. «Azad insan» deyərkən söhbət cismani azadlıqdan yox, ruhi və fikri azadlıqdan gedir. O azadlıq ki, Islam tarixi boyunca Əli (ə)-ın saf qəlbli ardıcıllarını və Imam Hüseyn (ə)-ın müxlis səhabələrini insaniyyətin kamilliyinə yetişdirərək onlari Islamın parlaq simalarına - kamil müsəlmanlıq simasına çevirmişdir.
Insanın Allaha olan belə bağlılığı fitrətdən doğan bir bağlılıqdır. Hər bir məxluq öz Yaradanı ilə sıx bağlı olmalıdır. Bu əlaqə zəifləyərsə və ya pozularsa məxluqun öz kamilliyinə yetişməsi heç cür mümkün olmaz. Məxluqun öz Yaradanını unutması və Onu tanımaması əsl həqiqətdə özünü unutması və tanımaması deməkdir. Çünki Yaradan məxluqa onun özündən də yaxın olur. «Biz sizə şah damarınızdan da yaxınıq.» (Qaf, 16)
Beləliklə aydın olur ki, Ilahi şüur və agahlıq insanın özündən daha çox agah olmasına səbəb olur və insan ibadətə və təklikdə Allahın zikrinə nə qədər çox aludə olarsa, onun Allaha qarşı diqqəti çoxalır və nəticədə özünü daha yaxşı tanıyaraq insaniyyətin zirvəsinə çatır.


Geri dön

Mələyimin mələyi

  • 26 oktyabr 2014 20:13
  • Məqalə: 264
  • Şərh: 1831
  • Bal:
tewekkurler

--------------------

NIGAR

  • 26 oktyabr 2014 19:54
  • Məqalə: 870
  • Şərh: 11167
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 19 oktyabr 2014 23:10
  • Məqalə: 694
  • Şərh: 18821
  • Bal:
{awards}
Serhlere gore saolun

qirilmis qelb

  • 19 oktyabr 2014 20:37
  • Məqalə: 65
  • Şərh: 2760
  • Bal:
{awards}
Əli (ə) səadətə yetişməyin yolunu əqlin nəfs üzərindəki qələbəsində görür. Onun bu kəlmələri əvvəldə qeyd etdiyimiz Quran ayəsi ilə uyğunluq təşkil edir, əqli səadət yolunun məşəli kimi tanıtdırır. Bu məşəl, insanın bəsirət gözünə nur verərərk Allahını ona göstərir. Necə ki, Əli (ə)-dan «Allahı görürsənmi?» deyə sual verən şəxsin cavabında o Həzrət belə buyurur: «Mən heç vaxt görmədiyim Allaha ibadət etməmişəm. Onu bu zahir gözləri görməz, qəlblər iman həqiqəti ilə onu görərlər.»
Başqa bir hədisdə Əli (ə) «Insan bu 3 xüsusiyyətə malik olmasa imanın (müsəlmançılığın) həqiqətini dərk edə bilməz.: dindən xəbərdar olmaq, çətinliklərin qarşısında səbirli olmaq və yaşayışını idarə etməkdə tədbirli olmaq.»

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

-Kralica-

  • 19 oktyabr 2014 19:05
  • Məqalə: 696
  • Şərh: 8591
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------




^^YeRaZKa MeLeK^^

  • 19 oktyabr 2014 18:31
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Allah razı qalsın

--------------------

xaxaxa_ne.gulursen

  • 19 oktyabr 2014 18:05
  • Məqalə: 1
  • Şərh: 231
  • Bal:
{awards}
Ellerin derd gormesin cox gozel bir meqaledi cox beyendim

--------------------
hello

★Love World★

  • 19 oktyabr 2014 18:00
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
{awards}
♢♢ALLAH razi olsun♢♢

--------------------

Fenerbahcem

  • 19 oktyabr 2014 17:43
  • Məqalə: 0
  • Şərh: 320
  • Bal:
{awards}
Tewekkurrrrrrrrrrrrrr.....!!!!!!!

ヅ Bad Girl ヅ

  • 19 oktyabr 2014 17:34
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 58
Cəmi: 97

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 54
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 48
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
aytc.sza
Xəbərləri: 20
Cəmi: 21
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}