Mütəal Allah Yunis surəsi

 
Mütəal Allah Yunis surəsi

Bismillahir-rəhmanir-rəhim

Dəyər və sayğı ilə yüklənmiş ziyalı sözünü eşidərkən, çox vaxt göz önündə ali təhsilli, klassik tərzdə səliqəli geyinmiş, hardasa cəmiyyətin hər təbəqəsinə qaynayıb-qarışmayan, xüsusi jestlə davranan insan canlanır.
İlahi ədəbiyyata əsasən sadəcə bu görüntüləri yaratmaqla kifayətlənən insan, bir ömür bu dəyərli sözü daşımağa layiqdirmi? Məncə yox, elə isə Qurana əsaslanaq. Ziya kəlməsi, ərəb sözü olaraq nur, ziyalı isə nurlu və nur saçan anlamındadır. Sözügedən kəlmə Qurani-Kərimdə Tanrı tərəfindən iki ünvana nisbət verilib.

Birinci Günəş: Mütəal Allah Yunis surəsinin 5 -ci ayəsində belə buyurur: “O Allah Günəşi işıqlı (aydın) və ayı nurlu edəndir.”
İkinci Musa və Harun: Ənbiya surəsinin 48-ci ayəsində Rəbbimiz buyurur: “Həqiqətən biz Musa və Haruna haqqı batildən ayırmaq vasitəsi, aydınlıq və təqvalılar üçün öyüd-nəsihət verdik.”

Mütəal Allah ziyalı kəlməsin bu iki dəstəyə təsadüfü deyil, üzərlərinə düşən müqəddəs missiyanı doğrultduqlarına görə bəxş edib. Deməli? Günəş ziyalı olaraq təbiəti, Musa və Harun isə cəmiyyəti işıqlandırmalı idi. Günəşin ziyalı borcunu yerinə yetirərək bütün kainata nur saçıb işıqlandırması, kimsəyə qaranlıq deyil. Musa və Haruna gəldikdə isə, saçdıqları nur nədən ibarətdir?
Qurani-Kərim Bəqərə surəsində bir cavanın qətlə yetirildiyini bəyan edir. Qatil öldürülmüş insanı başqa bir insanın evinin önünə atdığından ev sahibi qətldə təqsirli bilinərək mühakiməyə çəkilir. (cəlb olunur). İş bu yerə gəldikdə Quran Musanın həlledici rolundan danışaraq, onlara xüsusi şəraiti olan inəyin kəsilməsi və ətindən öldürülənin cəsədinə vurmağı əmr edir.
Allahın izni ilə dirilib qatilin kimliyini söyləyir. Bu yolla baş vermiş cinayətin üstü açılır.
Nəticədə bir günahsız insanın qanının batmaması, başqa bir günahsızın məhkum edilməməsi və həqiqi cinayətkarın isə cəzadan yayınmaması təmin edilir. Sözügedən məsələdə qəhrəmanımız cəmiyyətdə cinayət və cinayətkarı ifşa edən bir ziyalıdır. Amma bu ziyalımızın missiyası yalnız bununla bitmir.
Qurani-Kərimin başqa bir ayəsində Musanın həqiqi Tanrıdan üz döndərərək buzov pərəstişinə yönələn bir cəmiyyəti daha bir dəfə yanlış düşüncə və etiqaddan, sağlam və doğru etiqada yönəltdiyi bəyan edilir. Burada qəhrəmanımız birbaşa insanların düşüncə və etiqadına ziya saçaraq onları xurafatdan ayırmaqdadır.
Yenə də Qurani-Kərim Musa şəxsiyyətini başqa bir səhnədə təqdim edir. Bu dəfə qəhrəmanımız cəmiyyəti kölə vəziyyətinə salmış, “mən sizin uca pərvərdigarınızam” deyən və xalqı özünün və heykəllərinin önündə təzimə sürükləyən bir diktatorla mübarizəyə səsləyir.
Artıq burada Musa insanların təfəkkürünə ziya saçır. Budur Qurani-Kərimin təqdim etdiyi ziyalı. Qısası Quranda ziyalı, cinayətin, xurafatın və köləliyin girdabında batmaqda olan cəmiyyətin xilaskarına deyilir. Amma Qurani-Kərimdə daha bir incə məqam var.

Qəsəs surəsinin 71-ci ayəsində daha bir dəfə Uca Yaradan Ziya barəsində danışarkən bu dəfə ziya mənbəsini qeyd etməkdədir. “Allahdan başqa hansı tanrı sizə bir işıq (aydınlıq) gətirə bilərdi. Məgər eşitmirsinizmi?!” Sözü gedən ayədə ziya mənbəsi Mütəal Allahın özü olduğu qeyd edilir.
Bu isə dolayısıyla ziya mənbəsi ilə, yəni Mütəal Allahla rabitədə olmadan ziyalı olmaq düşüncəsinin qeyri-mümkünlüyünü bəyan edir. İndi siz deyin, Musa timsalında nə qədər ziyalı tanıyırsız?

Mütəal Allah Yunis surəsi


Geri dön

^^FiDaNKa^^

  • 2 noyabr 2014 14:41
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
Nəticədə bir günahsız insanın qanının batmaması, başqa bir günahsızın məhkum edilməməsi və həqiqi cinayətkarın isə cəzadan yayınmaması təmin edilir. Sözügedən məsələdə qəhrəmanımız cəmiyyətdə cinayət və cinayətkarı ifşa edən bir ziyalıdır. Amma bu ziyalımızın missiyası yalnız bununla bitmir.

Pıtırcık

  • 26 oktyabr 2014 19:40
  • Məqalə: 385
  • Şərh: 9503
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

sessiz deniz

  • 21 oktyabr 2014 13:28
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnn

ヅ Bad Girl ヅ

  • 20 oktyabr 2014 16:21
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

★Love World★

  • 20 oktyabr 2014 14:24
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

-Kralica-

  • 20 oktyabr 2014 13:06
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun cox saqolun

--------------------




Aylowka)))

  • 20 oktyabr 2014 10:51
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Allah razi olsun )))o qeder eziyyet cekib yazmisiz bu qeder yazini Allah qarwiligini verer Inwallah)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 41
Cəmi: 60

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}