Qəmli hekayələr

 
Qəmli hekayələr



Zərif bir kəpənəyi görəndə qeyri-ixtiyari ona toxunmaq, bu zərifliyi hiss etmək istəyirsən. Ona toxunanda sanki özün də zərifləşirsən, içindən, qəlbinin dərinliyindən elə incə hisslər baş qaldırır ki, sonra özün də təəccüb edirsən. Eynən bir körpə də görəndə, hələ bu körpə məsum-məsum sənin üzünə gülümsəyəndə elə bil içində bir işıq yanır, bu məsumluqdan pay almaq istəyirsən, körpəni qucaqlamaq, oxşamaq istəyirsən, amma nə qədər incəliklə, zərifliklə əlini uzatsan da... körpə səndən qorxub qaçır, sən israr edəndə isə ağlayır. Qanadlarına toxunulan kəpənək də daha uça bilmir, ölür.
Deyilənlərdə ilk nəzərə çarpan iki əksliyin - işıq və qaranlığın qarşılaşmasıdır. 
İşıq iki cürdür. Bir var insanın daxilində, ruhunda, könlündə, bir də var insandan kənarda yanan elektrik işığı, atəş. Hər ikisi Allahın hökmü ilə yanır, lakin birincini Yaradan özü nurlandırır, ikincini isə yaratdığının əli ilə. «...Bəziləri ocaq yandırdı. O, ətrafını aydınladan kimi, Allah onların nurlarını aldı və onları zülmət içində qoydu, onlar görə bilmədi»
(Quran 2/17), - deyə buyurmaqla Allah insanları xəbərdar etdi ki, ruhlarının nuru ətrafdakı işıqdan daha vacibdir, daha xeyirlidir. Bunu xatırlayan da var, lazımsız sözlər kimi unudan da. 
Ruhundakı nurdur ki, insanın könül gözünü açır, Allahın verdiyi maddi nemətlərlə yanaşı, dünya gözü üçün qaranlıq qalan mənəvi nemətləri də görür, yararlanır. 
Dünyada hər şey qoşa olduğu kimi, işıq da qaranlıqla qoşadır. Axı hər şey öz əksi ilə daha tez tanınır. Ancaq hər biri öz yerində, yaxud öz əksinin yanında yaxşıdır. Onun yerini tutmaq istəyəndə, yalnız öz hakimiyyətini bərqərar etmək istəyəndə isə, tərəzinin gözü pozulur. Tamam qaranlıq kimi, tamam işıq da gözləri kor edir.
Zəriflik kəpənəyin təbiətindədir. Ona uzanan əl bir maddi istəklə - bu zəriflikdən bir pay almaq üçün uzanır. ...Bu kiçik zəriflik yalnız gözləri, könüləri sevindirəcək qədərdir. Ona görə də dözmür, insanın «mənimsəməsindən»
özünə bir şey qalmır və ...daha uça bilmir.
Məsumluq, paklıq, təbəssümündəki nur körpənin hələ çirkaba batmağa macal tapmamış ruhundan gəlir. Bir-birini tanımayan iki körpə necə tez qaynayıb-qarışır, necə xoşbəxt olur. Yaxud nəvazişlə ona əllərini uzadan böyüklərə körpə necə təəccüblə baxır. Bəlkə də qarşıdakının da könlündə ilahi nur aşıb-daşır. Amma körpə hələ qabıqlar altında mahiyyəti görmək qüdrətində deyil axı. O, hələ ancaq bu kobud «mənimsəmə»
niyyətini görür. 
Kəpənək uçur, körpə qaçır, ən acizi çiçəklərdir. Gözəlliklərinə görə həmən qoparılan, ətrini alandan sonra ayaqlar altına atılan çiçəklər. 
Qəmli hekayələr
Zəriflik də, nur da, xoş ətir də hər insanın ruhuna məxsus bir keyfiyyətdir. Bu səbəbdən insan onları görəndə qeyri-ixtiyari onlara meyllənir. Sonra da illər boyu qazandığı təcrübə ilə onu «mənimsəmək»
istəyir. Ruha məxsus bir şeyi maddiyyata «yedirdir».
Əslində isə bu keyfiyyətlər insan üçün bir «yaddaş kitabçasıdır»:
ona öz ruhuna boylanmağı, könlünü Allah nuru üçün açıq tutmağı xatırladır. 
Bir var mənimsəmək, bir də var paylaşmaq, bölüşmək. Mənimsəyəndə bir tərəf boşalır, tükənir, digər tərəf dolur. Bu da ifrat, o da. Birinin yenidən dolmaq imkanı qalmır, digərinin isə, Əbu Turxan dediyi kimi, «qabının divarları ərpləşir və qabın tutumu getdikcə azalır...», mənimsədikləri qarışır bir-birinə, «bu da calaq ruha keçid deməkdir. Yəni ruhun müəyyənliyinin pozulması, insanın simasının itməsi deməkdir». 

İşıq zəif olanda qarşısındakını nurlandırmağa gücü çatmır, özü də solur, xoş ətir səni də ətirləndirə bilmir, özü də yox olur. Əslində onlar yox olmur, qaranlıq, kobudluq onu görünməz edir. Rabindranat Taqor yazır: «Güclü və qüdrətli olmaq qüvvəyə görə üstün olmaq deyil, zəifi öz zirvənə qaldıra bilməkdir».
Bəli, güclü olmaq kiminsə nurunu söndürmək deyil, daha çox könüllərdə işıq yandırmaqdır, zərifliyi - gözəlliyi özününküləşdirmək, ömrünü bir anlıq, bir saatlıq etmək deyil, o gözəlliyin daha üst qatlarını kəşf etmək, kobudluq yanında öz varlığını qorumasında ona yardım etməkdir.

 

Qəmli hekayələr 



Geri dön

♛WøøWøøWøøW♛

  • 24 noyabr 2014 15:33
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
AllahRa31Olsun;)

--------------------

★Deniz★

  • 23 noyabr 2014 19:30
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------

➰__Ýųśíf__➰

  • 6 noyabr 2014 05:10
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
ALLAH razi olsun

^^YeRaZKa MeLeK^^

  • 6 noyabr 2014 02:52
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Bəli, güclü olmaq kiminsə nurunu söndürmək deyil, daha çox könüllərdə işıq yandırmaqdır, zərifliyi - gözəlliyi özününküləşdirmək, ömrünü bir anlıq, bir saatlıq etmək deyil, o gözəlliyin daha üst qatlarını kəşf etmək, kobudluq yanında öz varlığını qorumasında ona yardım etməkdir.


--------------------

Benovse

  • 2 noyabr 2014 18:30
  • Məqalə: 2
  • Şərh: 131
  • Bal:
{awards}
«Güclü və qüdrətli olmaq qüvvəyə görə üstün olmaq deyil, zəifi öz zirvənə qaldıra bilməkdir».

Elya Alieva

  • 2 noyabr 2014 17:18
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Tesegurler

--------------------
UREYIM...I MEN

NiGuLkA__

  • 2 noyabr 2014 17:14
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
oxumaga heves olmadi eziyyete gore tewekkurler

mimowh

  • 2 noyabr 2014 14:48
  • Məqalə: 3
  • Şərh: 85
  • Bal:
{awards}
Zərif bir kəpənəyi görəndə qeyri-ixtiyari ona toxunmaq, bu zərifliyi hiss etmək istəyirsən. Ona toxunanda sanki özün də zərifləşirsən, içindən, qəlbinin dərinliyindən elə incə hisslər baş qaldırır ki, sonra özün də təəccüb edirsən. Eynən bir körpə də görəndə, hələ bu körpə məsum-məsum sənin üzünə gülümsəyəndə elə bil içində bir işıq yanır, bu məsumluqdan pay almaq istəyirsən, körpəni qucaqlamaq, oxşamaq istəyirsən, amma nə qədər incəliklə, zərifliklə əlini uzatsan da... körpə səndən qorxub qaçır, sən israr edəndə isə ağlayır. Qanadlarına toxunulan kəpənək də daha uça bilmir, ölür.
Deyilənlərdə ilk nəzərə çarpan iki əksliyin - işıq və qaranlığın qarşılaşmasıdır.
İşıq iki cürdür. Bir var insanın daxilində, ruhunda, könlündə, bir də var insandan kənarda yanan elektrik işığı, atəş. Hər ikisi Allahın hökmü ilə yanır, lakin birincini Yaradan özü nurlandırır, ikincini isə yaratdığının əli ilə. «...Bəziləri ocaq yandırdı. O, ətrafını aydınladan kimi, Allah onların nurlarını aldı və onları zülmət içində qoydu, onlar görə bilmədi»
(Quran 2/17), - deyə buyurmaqla Allah insanları xəbərdar etdi ki, ruhlarının nuru ətrafdakı işıqdan daha vacibdir, daha xeyirlidir. Bunu xatırlayan da var, lazımsız sözlər kimi unudan da.
Ruhundakı nurdur ki, insanın könül gözünü açır, Allahın verdiyi maddi nemətlərlə yanaşı, dünya gözü üçün qaranlıq qalan mənəvi nemətləri də görür, yararlanır.
Dünyada hər şey qoşa olduğu kimi, işıq da qaranlıqla qoşadır. Axı hər şey öz əksi ilə daha tez tanınır. Ancaq hər biri öz yerində, yaxud öz əksinin yanında yaxşıdır. Onun yerini tutmaq istəyəndə, yalnız öz hakimiyyətini bərqərar etmək istəyəndə isə, tərəzinin gözü pozulur. Tamam qaranlıq kimi, tamam işıq da gözləri kor edir.
Zəriflik kəpənəyin təbiətindədir. Ona uzanan əl bir maddi istəklə - bu zəriflikdən bir pay almaq üçün uzanır. ...Bu kiçik zəriflik yalnız gözləri, könüləri sevindirəcək qədərdir. Ona görə də dözmür, insanın «mənimsəməsindən»
özünə bir şey qalmır və ...daha uça bilmir.
Məsumluq, paklıq, təbəssümündəki nur körpənin hələ çirkaba batmağa macal tapmamış ruhundan gəlir. Bir-birini tanımayan iki körpə necə tez qaynayıb-qarışır, necə xoşbəxt olur. Yaxud nəvazişlə ona əllərini uzadan böyüklərə körpə necə təəccüblə baxır. Bəlkə də qarşıdakının da könlündə ilahi nur aşıb-daşır. Amma körpə hələ qabıqlar altında mahiyyəti görmək qüdrətində deyil axı. O, hələ ancaq bu kobud «mənimsəmə»
niyyətini görür.
Kəpənək uçur, körpə qaçır, ən acizi çiçəklərdir. Gözəlliklərinə görə həmən qoparılan, ətrini alandan sonra ayaqlar altına atılan çiçəklər.

-Kralica-

  • 2 noyabr 2014 14:43
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
cox beyendim

--------------------




➰__Ýųśíf__➰

  • 2 noyabr 2014 14:22
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
Bəli, güclü olmaq kiminsə nurunu söndürmək deyil, daha çox könüllərdə işıq yandırmaqdır, zərifliyi - gözəlliyi özününküləşdirmək, ömrünü bir anlıq, bir saatlıq etmək deyil, o gözəlliyin daha üst qatlarını kəşf etmək, kobudluq yanında öz varlığını qorumasında ona yardım etməkdir.

^^FiDaNKa^^

  • 2 noyabr 2014 14:08
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
Ruhundakı nurdur ki, insanın könül gözünü açır, Allahın verdiyi maddi nemətlərlə yanaşı, dünya gözü üçün qaranlıq qalan mənəvi nemətləri də görür, yararlanır.
Dünyada hər şey qoşa olduğu kimi, işıq da qaranlıqla qoşadır. Axı hər şey öz əksi ilə daha tez tanınır. Ancaq hər biri öz yerində, yaxud öz əksinin yanında yaxşıdır. Onun yerini tutmaq istəyəndə, yalnız öz hakimiyyətini bərqərar etmək istəyəndə isə, tərəzinin gözü pozulur. Tamam qaranlıq kimi, tamam işıq da gözləri kor edir.
Zəriflik kəpənəyin təbiətindədir. Ona uzanan əl bir maddi istəklə - bu zəriflikdən bir pay almaq üçün uzanır. ...Bu kiçik zəriflik yalnız gözləri, könüləri sevindirəcək qədərdir. Ona görə də dözmür, insanın «mənimsəməsindən»
özünə bir şey qalmır və ...daha uça bilmir.

Pıtırcık

  • 2 noyabr 2014 13:46
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
TESEKKUR HEKAYE YAXSIDIR BEYENDIM recourse

--------------------
http://legend.az/user/imza/

Mələyimin mələyi

  • 2 noyabr 2014 13:41
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Bəli, güclü olmaq kiminsə nurunu söndürmək deyil, daha çox könüllərdə işıq yandırmaqdır, zərifliyi - gözəlliyi özününküləşdirmək, ömrünü bir anlıq, bir saatlıq etmək deyil, o gözəlliyin daha üst qatlarını kəşf etmək, kobudluq yanında öz varlığını qorumasında ona yardım etməkdir.

--------------------

Fatmanur

  • 2 noyabr 2014 13:38
  • Məqalə: 30
  • Şərh: 791
  • Bal:
{awards}
Tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}