21-ci dərs: Səxavət

 
21-ci dərs: Səxavət

21-ci dərs: Səxavət

Səxavət xəsisliyin ziddidir, əxlaqi dəyərlərdəndir, səma və yer əhli arasında bəyənilən və tərif olunandır. Hatəm Tai əsrlər ötsə belə dillərdən düşmür və daim ünvanına tərif və sənalar söylənilir.
Bu sifətin fəziləti gün kimi aydındır. Bu xüsusiyyətə sahib insan Xaliq və məxluq tərəfindən seviləndir.
Allahın özünü səxavətli adlandırması bu sifətin gözəl olmasına bariz bir nümunədir. Hər bir bəndə "Ey Cavad, Ey Kərim" söylədikdə neçə-neçə rəhmət ona nazil olar.
Rəsulullahdan (s) nəql onunan rəvayətdə buyurulur:
"Həqiqətən Allah səxavətli insanı sevər". ("Biharul-Ənvar" c.77, səh.139)
Nəql edilən rəvayətdə Əmirəl-möminin (ə) vəsiyyət edərək buyurur:
"Fəqirin səxavəti onu yüksəldər, xəsisin xəsisliyi onu alçaldar".
"İnsanın səxavəti onu düşmənlərinə sevdirər, xəsisliyi isə övladları tərəfindən nifrətlə qarşılanar".
Səxavət peyğəmbərlərin əxlaqıdır"
"Səxavətli insan ən şücaətli insandır".
"Səxavət ağlın müyvəsidir".
"Səxavət eybləri örtər".
"Səxavət məhəbbət qazandırar və əxlaqı zinətləndirər". ("Ğurarul-hikəm" səh.377)

Gözəl sonluq

Ey əziz qardaş, bil ki, ömür var-dövlət toplamaq üçün deyil, var-dövlət ömrün və yaşamağın rahatlığı üçündür.
Aqil bir insandan soruşdular: Bədbəxt və xoşbəxt kimlərdir? Aqil cavab verdi: Xoşbəxt insan əkən və yeyəndir, bədbəxt isə malını xərcləməyən və yada düşməyəndir.
Musa (ə) Qaruna nəsihət edərək buyurub:
"Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et" (("Qəsəs" surəsi, ayə 77)
Lakin Qarun Musanın (ə) nəsihətinə qulaq asmadı və onun aqibəti belə oldu:
"Beləliklə onu (Qarunu) yerə batırdıq" ("Qəsəs" surəsi, ayə 81)
Bəzi alimlər deyirlər: İki nəfər həsrət içində ölər: əkib yeməyən və bilib əməl etməyən.
Səxavətin fəzilətini bildikdən sonra verginin iki növ olduğunu unutma;
1 - Xüms, zəkat, ailənin xərcliyi və digər vacib xərcliklər. ("Mişkatul-ənvar" Təbərsi, səh.233)
2 - Əta etmək. Bunlar: sədəqə, hədiyyə, qonaqlıq, məlun haqq, biçin haqqı, borc, müsəlmanlara kömək etmək, məscid və mədrəsə inşa etmək, su kanalları çəkdirmək, elmi dini kitabları çap eləmək və s. bu kimi davamlı sədəqələr və yaşayan saleh əməllər.

Mülahizə

Zəkatdan başqa məlum haqqlar; Belə bir haqqı insan öz-özünə vacib edir. İnsan bu növ haqq qüdrəti çərçivəsində və var-dövlətinə görə vacib etməli, istər hər gün və istərsə də hər ay verə bilər. ("Usulul-Kafi" c.3, "Zəkat" bölməsi: 8-ci hədis, "Camius-səadət" c.2, səh.157)
Biçin haqqı: Bu elə bir haqdır ki, biçin vaxtı hər hansı bir fəqirə bir ovuc verilsin. Daha yaxşı budur ki, bir qabı doldurub versin.
Həmçinin, biçinin haqqı bağbana və ya bağı qoruyana verirlər. Çünki bağban və ya bağı qoruyan kəs ağacları oğrudan, ziyanverici həşəratlardan və lazımsız bitkilərdən qoruyur. ("Usulul-Kafi" c.3, "Biçin" bölməsi, hədis: 2)

Kitabın adı: Əxlaq elmində 50 dərs kitabı
Müəllif: Şeyx Abbas Qummi


Geri dön

★Love World★

  • 27 oktyabr 2014 20:18
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
ALLAH razi olsun.

--------------------

Pıtırcık

  • 27 oktyabr 2014 19:52
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN AMIN

--------------------
http://legend.az/user/imza/

Mələyimin mələyi

  • 27 oktyabr 2014 19:28
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnn

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 26 oktyabr 2014 00:57
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Gözəl sonluq

ヅ Bad Girl ヅ

  • 25 oktyabr 2014 19:43
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Həmçinin, biçinin haqqı bağbana və ya bağı qoruyana verirlər. Çünki bağban və ya bağı qoruyan kəs ağacları oğrudan, ziyanverici həşəratlardan və lazımsız bitkilərdən qoruyur. ("Usulul-Kafi" c.3, "Biçin" bölməsi, hədis: 2)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 41

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}