Yeni nəsil Apple iPad Air 2 planşet kompüteri 1500 MHs takt tezlikli, üçnüvəli A8X prosessoru ilə təchiz edilib. Bu haqda cihazı sınaqdan keçirmiş entuziastlərə istinadən MacRumors nəşri yazıb.
Xatırladaq ki, qabaqcıl iPhone 6 və iPhone 6 Plus smartfonlarına quraşdırılmış Apple A8 prosessoru iki hesablama nüvəsinə malikdir və 1400 MHs takt tezliyində işləyir.
Apple istehsalı olan ən yeni planşet və smartfon modellərinin sınağı zamanı, həmçinin məlum olub ki, iPad Air 2 şirkətin bütün mobil qurğuları arasında ən güclüsüdür. Belə ki, Geekbench 3 məhsuldarlıq testində sözügedən cihaz 4477 bal toplayıb, iPhone 6 smartfonu 2879 balla ikinci yerdə qərarlaşıb.