Mövsümün ilk “El Klassiko”sunda “Real” 3:1 hesablı qələbə qazanıb.Matçda hesabı katalonlar açsalar da, özündə güc tapan meydan sahibləri əzmkar qələbə qazanmağa nail olublar. Bununla da “Real” son 21 ildə ilk dəfə olaraq “El Klassiko”da əzmkar qələbəyə sevinib.
“Real” “Barselona” ilə oyunlarda hesabda geri düşdükdən sonra sonuncu dəfə 1993/94 mövsümündə qələbə qazanmışdı.
İspaniya Superkuboku çərçivəsində baş tutan həmin görüşdə də 3:1 hesabı qeydə alınmışdı.