Mobil telefonlar hansı bəlaları vəd edir?

 
Mobil telefonlar hansı bəlaları vəd edir?


Həkim nevropatoloq: "Mobil rabitədən istifadə edənlər digərlərinə nisbətən başağrılarından, əsəb pozğunluğundan daha çox şikayətçi olurlar"

Hər yerdə elektromaqnit dalğaların insan orqanizminə ziyanından danışılır. Lakin buna baxmayaraq, gündəlik həyatımızın bir hissəsinə çevrilən mobil telefon, televizor, kompyuter və bu kimi lazımlı və lazımlı olduğu qədər də ziyanlı olan cihazlardan imtina edə bilmirik. Xüsusilə də mobil telefonlardan. Mobil telefonlar, başqa texniki vasitələrdən fərqli olaraq elektromaqnit şüalanmanın səviyyəsinə görə, insan səhhəti üçün daha təhükəli hesab edilir.

Həkim-nevropatoloq Gülnarə Ağayevanın sözlərinə görə, mobil rabitədən istifadə edənlər digərlərinə nisbətən baş ağrılarından, əsəb pozğunluğundan daha çox şikayətçi olurlar. Bundan başqa zərərli elektromaqnit dalğaların təsiri nəticəsində orqanizmdə immun sistemin gərginliyi artır. Bu səbəbdən də orqanizmin xəstəliklərə qarşı müqaviməti azalır: "Mobil telefondan çox istifadə edən insan immun sistemini böyük təhlükə altına atır. Alimlər müəyyən ediblər ki, mobil rabitədə elektromaqnit şüalanmanın mənbəyi olan başqa elektrik avadanlıqlar kimi bioloji fəal olaraq insanın səhhətinə mənfi təsir edir. Lakin televizor, kompyuter və başqa elektrik avadanlıqlardan fərqli olaraq, mobil telefon istifadə edərkən, onu bilavasitə beyin və gözlərimizə yaxın tuturuq. Bu zaman radiotezlik diapazonunun elektromaqnit şüalanması beynin toxumaları tərəfindən mənimsənilir. Şüalanma görmə qabiliyyətinə və eşitmə orqanlarına da mənfi təsir göstərir. Bu da sirr deyil ki, şüalanma çox hallarda onkoloji xəstəliklərin yaranmasına da təkan verir. Əsasən də mobil telefonları ürək, beyin və cinsi orqanların olduğu nahiyələrdən uzaq tutmaq, mobil telefonla danışıqları mümkün qədər azaltmaq lazımdır".

Müsahibim deyir ki, elektromaqnit şüalar toxumalara daxil olaraq onların qızmasına səbəb olur. Bu da tədricən orqanizmin fəaliyyətinin pozulmasına gətirib çıxarır: "Uşaqlarda kəllə sümüyü daha nazik və immun sistemi zəif olduğuna görə, şüalanma onlar üçün daha zərərlidir. Elektromaqnit şüalar uşaqların sinir sitemini pozaraq başağrılarına, yuxu və yaddaşın pozulmasına səbəb olur. Hətta körpə uşaqların yanında mobil rabitədən istifadə belə onlara zərər verə bilər".

Yeraltı nəqliyyatda mobil telefondan istifadə barədə də danışan həkim bildirir ki, bu, birbaşa insan həyatına riskdir: "Metroda, əsasən də vaqon hərəkət edərkən mobil telefondan istifadə edən insanlar həyatlarını birbaşa riskə atmış olurlar. Belə ki, vaqon relslar üzərində hərəkət edərkən elektromaqnit şüaları çoxalır. Bu zaman da mobil telefondan istifadə etmək insan üçün çox zərərlidir".

G.Ağayevanın dediyinə görə, bəzi insanlar elektromaqnit dalğaların zərərini nəzərə almayaraq, iki və ya üç mobil telefondan da istifadə edirlər: "İndi təsəvvür edin, bir telefonun ziyanı insan orqanizmi üçün nə qədər təhlükəlidirsə, 3 mobil telefondan istifadə etmək nə deməkdir".

Həkim əsasən də, hamilə qadınların mobil telefonlardan bacardığı qədər uzaq durmağı məsləhət görür: "Əgər mobil telefondan istifadə qaçılmazdırsa, qulaqcıqlı ötürücülərdən istifadə etmək müəyyən qədər şüalanmadan qoruyur".

Elektromaqnit dalğalardan qorunmaq üçün G.Ağayeva vaxtaşırı olaraq təbiət qoynunda istirahət etməyi, şəhərdaxili və ya şəhərlərarası rabitəyə üstünlük verməyi məsləhət görür.


Geri dön

only-girl

  • 7 aprel 2011 17:07
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
gozel di sagol <

--------------------

,,kepenek,,

  • 22 fevral 2011 00:55
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
xeber ucun cox sagol

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

::..ONSLAUGHT::..

  • 21 fevral 2011 23:19
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Tşk xəbər üçün

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lexikon

  • 21 fevral 2011 00:46
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
yazi ucun twk

Ulya

  • 20 fevral 2011 22:04
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
melumata gore cox sagol

::..ONSLAUGHT::..

  • 20 fevral 2011 20:42
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
hayatimizin ayrilmaz hissesidi tel bizim DAAAAAA ne edek

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

фея

  • 20 fevral 2011 20:29
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
hayatimizin ayrilmaz hissesidi tel bizim tay ne edek

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Mesume Memmedzade

  • 20 fevral 2011 20:22
  • Məqalə: 0
  • Şərh: 135
  • Bal:
{awards}
sag ol eladi smile

--------------------
Esqin ilk nefesi mentiqin son nefesidir

SerSeRi_RuzGaR

  • 20 fevral 2011 20:09
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
love TeweKkUR EdireM))))))))))) love

--------------------
<<<$aLunKa>>>

ILuVia

  • 20 fevral 2011 20:03
  • Məqalə: 11
  • Şərh: 236
  • Bal:
{awards}
xebere gore teshekkurler dosi.hmm mama eseblerimi pozanin tel oldugun deyirdi ele.ama neyniyim el ceke bilmirem wink

--------------------
Edep, Aklın Tercümanıdır... Herkes Edebi Kadar Akıllı, Aklı Kadar Şerefli, Şerefi Kadar Kıymetlidir...

_______________________________
Hər cür çətinliklərinə,göz yaşlarına inad
Seni sevirəm,Heyat!!

nilayka

  • 20 fevral 2011 20:01
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqli melumat ucun tşk winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 44

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}