Zeytun mübarək ağacdır

 
Zeytun mübarək ağacdır


Zeytun ağacı Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü vardır. Zeytun həmişəyaşıl halda müxtəlif çətir formasında olur. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.
Tarixi mənbələrdən aydın olur ki, zeytun 1500–2000 ilə qədər yaşayır. O, 150 ilə qədər məhsul vermə qabiliyyətinə malik olur. Hazırda Tunis dövləti ərazisində yaşı 2000-ə çatan diametri 4 m olan zeytun ağacı qorunub saxlanılır. Bu cür yaşlı zeytun ağaclarına Kipr və Əlcəzair dövlətlərinin ərazilərində də rast gəlmək olar. Zeytun meyvəsinin yağı həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.
Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir. Onun meyvələrindən və yağından bir sıra xəstəliklərə qarşı, həmçinin yeyinti məhsulu və ətirli ədviyyat kimi istifadə edilmişdir.
Zeytun dünyanın ən sağlam ərzaqlar qrupuna daxil edilmişdir. Bu bitki və onun yağı insan səhhəti üçün faydalıdır və qanda xolesterolun miqdarını azaltmaq qabiliyyətinə malik turşu yağlarının çoxluğuna görə məşhurdur. Zeytun ürək və qan damarlarını arteriosklerozdan qoruyur.
Son illərdə zeytun ağacının yarpaqlarından ürək-damar sistemi xəstəliklərinin müalicəsində, xüsusən hipertoniya xəstəliyində istifadə edilir. Qida yağları içərisində ən faydalı yağ zeytun yağıdır.

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “Zeytun yağından yeyin və ondan (başınıza) sürtün. Çünki o, mübarək ağacdandır.” (Tirmizi, 1853). Yəni, yeməyinizə zeytun yağı qatın. Zeytun ağacının mübarək olması haqda Uca Allah Qurani-Kərimdə belə buyurur:
“Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün məsəllər çəkir. Allah hər şeyi Biləndir” (ən-Nur, 35).


Geri dön

★Deniz★

  • 21 noyabr 2014 22:52
  • Məqalə: 14
  • Şərh: 1758
  • Bal:
TESEKKUR XEBER UCUN

--------------------

^^YeRaZKa MeLeK^^

  • 8 noyabr 2014 00:35
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Tarixi mənbələrdən aydın olur ki, zeytun 1500–2000 ilə qədər yaşayır. O, 150 ilə qədər məhsul vermə qabiliyyətinə malik olur. Hazırda Tunis dövləti ərazisində yaşı 2000-ə çatan diametri 4 m olan zeytun ağacı qorunub saxlanılır. Bu cür yaşlı zeytun ağaclarına Kipr və Əlcəzair dövlətlərinin ərazilərində də rast gəlmək olar. Zeytun meyvəsinin yağı həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.
Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir. Onun meyvələrindən və yağından bir sıra xəstəliklərə qarşı, həmçinin yeyinti məhsulu və ətirli ədviyyat kimi istifadə edilmişdir.



--------------------

➰__Ýųśíf__➰

  • 6 noyabr 2014 05:04
  • Məqalə: 298
  • Şərh: 5648
  • Bal:
{awards}
ALLAH razi olsun

NikaLYa

  • 4 noyabr 2014 12:14
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
Hmmmmmmmmm love mmmmmmmm love

--------------------

Kapriznaya Dəcəlka

  • 4 noyabr 2014 11:54
  • Məqalə: 90
  • Şərh: 2844
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrrrr

--------------------

Benovse

  • 3 noyabr 2014 22:22
  • Məqalə: 2
  • Şərh: 129
  • Bal:
{awards}
Tarixi mənbələrdən aydın olur ki, zeytun 1500–2000 ilə qədər yaşayır. O, 150 ilə qədər məhsul vermə qabiliyyətinə malik olur. Hazırda Tunis dövləti ərazisində yaşı 2000-ə çatan diametri 4 m olan zeytun ağacı qorunub saxlanılır. Bu cür yaşlı zeytun ağaclarına Kipr və Əlcəzair dövlətlərinin ərazilərində də rast gəlmək olar. Zeytun meyvəsinin yağı həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.
Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir. Onun meyvələrindən və yağından bir sıra xəstəliklərə qarşı, həmçinin yeyinti məhsulu və ətirli ədviyyat kimi istifadə edilmişdir.

Воровская

  • 3 noyabr 2014 21:56
  • Məqalə: 74
  • Şərh: 1343
  • Bal:
{awards}
Cox sagol maraxli melumat icin

--------------------




NIGAR

  • 3 noyabr 2014 21:17
  • Məqalə: 627
  • Şərh: 10018
  • Bal:
{awards}
maraqli xeberdir . cox sag olun/color]

--------------------
legend.az/user/imza/

➰__Ýųśíf__➰

  • 3 noyabr 2014 20:54
  • Məqalə: 298
  • Şərh: 5648
  • Bal:
{awards}
TeWeKKUr....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 30
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}