İş elanları əhalini “işə salır”

 
İş elanları əhalini “işə salır”


Evlərin, ofislərin, dövlət idarə və müəssisələrinin divar və liftlərində, şəhərin küçələrində “gözoxşayan” saysız-hesabsız elanların sırasına biri də əlavə olunub – “Yüksək maaşlı işə dəvət edirik”. Məsələn, “xarici şirkətə ali və orta ixtisaslı (mühəndislər, həkimlər, iqtisadçılar, hüqüqşunaslar, zabitlər və müəllimlər) işə dəvət olunurlar. Yuxari kurs tələbələri müraciət edə bilərlər.

Əməkhaqqı yüksəkdir”. Bu məqsədlə elanlarda adıçəkilən “İdeya-maks” xarici şirkətinə üz tutduq. Müraciət edənləri qarşılayan və özünü təqdim etməyən əməkdaşın bildirdiyinə görə, onlar Səhiyyə Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərirlər və bu səbəbdən də əsasən tibb sahəsində işləyən şəxslərə üstünlük verirlər. Dərman preparatlarının satışı ilə məşğul olan bu şirkət tələbələrə güzəşt olunduğunu, yəni dərs saatlarından sonra burada fəaliyyətin mümkünlüyünü bildirdi.

Artıq bu şirkətlə əməkdaşlığa başlamış, şərti ad Aynur olan xanımın ali təhsili yoxdur. Onun bildirdiyinə görə, işə başlamazdan əvvəl dərmanlar və onların satışı ilə bağlı pulsuz kurs keçib. Beləliklə, məlum olur ki, ali təhsili əsas şərt saymayan şirkət saat 11:00-dan 18:00 –dək iş vaxtı müqabilində onunla əməkdaşlıq etmək istəyənlərə “300-1000 manat əməkhaqqı” vəd edir. İşə dəvət edən digər şirkətdə isə bizə bildirdilər ki, onlar mühəndis, müəllim və yuxarı kurslarda oxuyan tələbələri işlə təmin edirlər. Bu şirkət əsasən müalicəvi otlar, ətriyyat, parfümeriya, dekorativ əşyaların satışı ilə məşğuldur. Onlar da Səhiyyə Nazirliyi tərəfindən lisenziya əsasında fəaliyyət göstərdiklərini və tibb təhsili olanlara üstünlük verdiklərini qeyd etdilər.

Burada da müəllim və tələbələr üçün iş vaxtı sərbəst qrafik üzrə təşkil olunur. 09:00-dan 18:00-dək iş vaxtının müqabilində isə burada “150 manatdan 1000 manata qədər pul qazanmağın mümkünlüyü” izah edilir. Üstəlik, o da əlavə edilir ki, ali təhsillilərlə yanaşı, təhsili olmayan şəxslər də şirkətə müraciət edə bilərlər. Araşdırmalarımız nəticəsində aydın oldu ki, bir neçə ad altında iş elanı verən bu şirkətlər əslində mərkəzləşdirilmiş formada fəaliyyət göstərirlər. Yəni əlaqə telefonları qoyulsa da, cəmi bir-neçə kəlmədən sonra müraciət edənlər şirkətə dəvət edilirlər. Bu elanlarda adıçəkilən şirkətlərin hamısı eyni ünvanda yerləşir. Elanda müəllimlər, mühəndislər, zabitlər yazılmasına baxmayaraq, hamıya eyni iş-satış təklif olunur.

“Belə şirkətlərə 18 yaşından 30 yaşına kimi olanlar müraciət edə bilərlər. Onu da qeyd edək ki, bu elanların tərtibatı belə, əmək qanunvericiliyinin tələblərinə ziddir. Hüquq elmləri doktoru Mais Əliyev bildirir ki, elanlarda rast gəlinən cinsi ayrı-seçkilik, məhdud yaş həddi və bir sıra buna bənzər tələblər istər Azərbaycan Konstitusiyasının, istərsə də əmək qanunvericiliyinin tələblərinə ziddir”. Əmək hüququ nöqteyi-nəzərindən ayrı-seçkilik məsələsi bir sıra prinsipial müddəaların təsbiti ilə qanunvericilikdə əsaslandırılıb. Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, irqinə, milliyyətinə, cinsinə, siyasi əqidəsinə, həmkarlar ittifaqının üzvlüyünə, siyasi baxışlarına və s. görə ayrı-seçkilik birmənalı qadağandır. Lakin praktikada müəyyən hallarda əmək qanunvericiliyinin bu müddəaları pozulur. Buna da işə qəbul elanlarında daha çox rast gəlinir. Əksər hallarda yaş həddi məhdudlaşdırılır.

Əmək qanunvericiliyi işə qəbul etmənin yalnız minimum yaş həddini müəyyənləşdirib. Azərbaycan qanunvericiliyinə görə, işə qəbul üçün yuxarı yaş həddi müəyyənləşdirilməyib”. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bu cür şirkətlərin fəaliyyətinin qanunsuz olduğunu bildirib: “Onlar əvvəl xüsusi lisenziya alırdılar, lakin sonra bu lisenziyalar haqlı olaraq ləğv edildi. Əslində işədüzəltmə müəssisələrinin fəaliyyət göstərməsi normal haldır. Amma bu fəaliyyət qanunvericiliklə tənzimləndikdə, hüquqi şəxs kimi qeydiyyatdan keçdikdə, vergi ödəyicisi olduqda normal sayıla bilər. Lakin bu şirkətlərin qanunsuz hərəkətləri ondadır ki, işə götürdükləri adamlardan pul alırlar.

Bu, qanunsuzdur. Digər qanunsuz hərəkətləri ondan ibarətdir ki, müxtəlif yalan elanlar verirlər, müraciət edən işsizlərdən anket doldurmağa, ərizə yazmağa 2-4 manat pul alırlar. Yaxşı iş vəd edirlər, sonra aldadırlar”. S.Məmmədov bu şirkətlərin fəaliyyəti ilə bağlı bugünədək məhkəməyə müraciət faktlarının olmadığını, amma bu fəaliyyətlə bağlı təhlükəli məqamların olduğunu da bildirib: “İnsanların bir neçə dəfə zəng vurmalarına baxmayaraq, artıq gec olur və onlardan alınan məbləğ də o qədər böyük olmadığından məhkəmə işi açmaq mümkün olmur. Küçədə vizitka paylayanların, divara kağız yapışdıranların və bu yolla işə çağıranların çoxunun məqsədi təmiz deyil”. S.Məmmədov elanlarla bağlı müraciət edənlərlə söhbət aparan əməkdaşın özünü təqdim etməməsini də qanunsuz adlandırıb.

Məlum olduğu kimi hazırda belə firmalar daha çox dərman firması adı altında fəaliyyətə can atır və Səhiyyə Nazirliyinn adından istifadə edir. Səhiyyə Nazirliyindən isə bildirilir ki, müayinələr və müalicəvi tədbirlər həyata keçirməyən, yəni tibbi xidmət göstərməyən şirkətlər lisenziyalaşdırılmır. Ot bitkiləri və yaxud hansısa vitaminlərin satışı üçün lisenziya tələb olunmur. Səhiyyə Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərdiklərini iddia edən və vətəndaşlara iş təklif edən şirkətlərlə bağlı nazirlik də araşdırma aparacaq.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 20:45
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
4oxxx saqolun yazan elleriviz var olsunnnn..........maraqlidir

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

::..ONSLAUGHT::..

  • 26 fevral 2011 22:13
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Tşk xəbər üçün

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 21 fevral 2011 23:11
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
THE DRAGON`S FORCE,

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 21 fevral 2011 18:34
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Tşk xəbər üçün

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Sevinc_Keder

  • 21 fevral 2011 17:36
  • Məqalə: 0
  • Şərh: 443
  • Bal:
{awards}
Bura Bakidir teze xeber deyilki

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!

MuslimGirl

  • 21 fevral 2011 14:24
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Tesekkurler maraqli ve cagdas problemi ozunde eks etdiren meqale ucun.

Ulya

  • 21 fevral 2011 12:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

AngeL_of_HelL

  • 21 fevral 2011 09:14
  • Məqalə: 3
  • Şərh: 51
  • Bal:
{awards}
Sitat: rafo_886
tewekkur.........


,,kepenek,,

  • 21 fevral 2011 00:12
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
maraqli xeber ucun cox sagol belay

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

Lexikon

  • 20 fevral 2011 23:54
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
yazi ucun twk

Made_In_Bakinka

  • 20 fevral 2011 23:53
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Cox maraqli xeberdir tesekkur

nilayka

  • 20 fevral 2011 23:10
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
thanks

--------------------

_Pretty_Girl_

  • 20 fevral 2011 23:07
  • Məqalə: 25
  • Şərh: 135
  • Bal:
{awards}
Cox sag ol dosi indi heqiqeten aktual olan maraqli movzulu xeber ucun.

--------------------
Həzrəti İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.»

Orxan Nagiyev

  • 20 fevral 2011 23:06
  • Məqalə: 200
  • Şərh: 344
  • Bal:
{awards}
HAMİSİN SƏBRİM ÇATMADİ OXUMAGA!!! TƏŞƏKKÜRLƏR!!!

--------------------

SerSeRi_RuzGaR

  • 20 fevral 2011 22:58
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
oFFFFF))))))))))
BUNDAN DaNISmAYiN en CoXDA yalAncI KAMP.TiEnS

--------------------
<<<$aLunKa>>>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}