Zül-hiccə ayının mübarək on günü

 
Zül-hiccə ayının mübarək on günü


Aləmlərin Rəbbi Allaha həmd olsun, Peyğəmbərimiz Muhəmmədə Allahın salavatı və salamı olsun! Həqiqətən, Uca Allah bizi yalnız Ona ibadət etmək üçün yaratmışdır. Şübhə yoxdur ki, Allahın əməlisaleh bəndələri hər vaxt və hər yerdə Uca Allaha ibadət etməlidirlər. Lakin bəndələri səy göstərərək böyük savablara nail olsunlar deyə Uca Allah bəzi vaxtları və yerləri xüsusi olaraq seçmişdir. Allahın təyin etdiyi belə vaxtların biri də zül-hiccə ayının birinci on günüdür. Zül-hiccə ayının birinci on günü – ilin ən əzəmətli günləridir. Onların fəziləti haqqında Peyğəmbər - sallallahu aleyhi ve səlləm - demişdir: “(Zül-hiccə ayının) bu on günündə edilən yaxşı əməllər başqa günlərdə edilən əməllərdən Allaha daha sevimlidir”. Dedilər: “Ey Allahın Elçisi, Allah yolunda edilən cihaddan da?!” Allah Elçisi salləllahu aleyhi və səlləm buyurdu: “Allah yolunda edilən cihaddan da! Yalnız öz canı və malı ilə Allah yolunda cihada gedib qayıtmayan (şəhid olan) kişi müstəsnadır”. “Dünyanın ən fəzilətli günləri (zül-hiccə ayının birinci) on günüdür”. Dedilər: “Allah yolunda onlara bərabər günlər varmı?” O buyurdu: “Onlara bərabər yalnız bir kişinin Allah yolunda üzünü toz-torpağa batırmasıdır”. "Allahın dərgahında Onun üçün (zül-hiccə ayının) bu on günündən daha əzəmətli və onda edilən əmələrdən daha sevimli başqa günlər yoxdur. Odur ki, bu günlərdə bol-bol “lə iləhə illəllah”, “Allahu əkbər” və “əlhəmdulilləh” deyin!"

Zül-hiccənin birinci on günündə edilən müstəhəb əməllər
Bol-bol nafilə namaz qılmaq. Fərz namazlarını yerinə yetirmək üçün məscidlərə getmək ve bol-bol nafilə namazları qılmaq. Çünki, nafilə namazlar insanı Allaha yaxınlaşdıran ən fəzilətli əməllərdən sayılır. Allahın elçisi - sallallahu aleyhi ve səlləm - demişdir: "(Namaz qılmaqla) Allaha çoxlu səcdə et! Çünki, sən Allaha bir səcdə etdikdə, Allah onun səbəbi ilə səni bir dərəcə yüksəldir və bir günahını silir."
Nafilə oruc tutmaq Bu günlərin hamısını və ya bacardığın qədər oruc tutmaq, xüsusilə Ərafa gününü orucla keçirtmək ən fəzilətli əməllərdən sayılır. Çünki, Allah orucu özü üçün seçmişdir. Peyğəmbər - sallallahu aleyhi ve səlləm - demişdir: “Allah buyurur: “Oruc Mənim üçündür və Mən onun mükafatını ayrıca verəcəyəm. O, Mənə gorə yeməkdən, içməkdən və şəhvətdən imtina etmişdir. Oruc bir qalxandır. Oruc tutan adamın iki sevinc anı vardır: iftar vaxtı, bir də Rəbbinə qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir”. (əl-Buxari 1904). Huneydə ibn Xalid Peyğəmbərin zövcələrindən belə rəvayət edir: “Allahın elçisi zül-hiccə ayının ilk doqquz günü, Aşura günü və hər ayın bazar ertəsi günü ilə iki cümə axşamı günləri olmaqla üç gün oruc tutardı.” Əbu Səid əl-Xudri rəvayət edir ki, Allahın elçisi demişdir: "Allah yolunda bir gün oruc tutan elə bir bəndə yoxdur ki, Allah o günün səbəbi ilə onun üzünü yetmiş illik məsafə qədər Cəhənnəm odundan uzaqlaşdırmasın." Peyğəmbər Ərafa günü oruc tutmaq barədə belə demişdir: "Allaha ümid edirəm ki, Ərafa günü oruc tutmaq bir il oncəki və bir sonrakı günahları silir.” Ancaq həcc mövsümü Ərafatda duranların oruc tutması bəyənilmir. Çünki, Peyğəmbər oruclu olaraq Ərafatda durmamış, əksinə insanlar onun oruc tutmadığını görsünlər deyə bir qədəh süd içmişdir.
Həcc və ümrə ibadətlərini yerinə yetirmək. Bu günlərdə ən fəzilətli əməllərdən biri də həcc və ümrə etməkdir. Peyğəmbər demişdir: "Ümrə etmək, ondan əvvəl edilən ümrə arasındakı günahları silir. Qəbul olunan həccin mükafatı isə ancaq Cənnətdir."
Bu günlərdə bol-bol Allahu əkbər, lə iləhə illallah və əl-həmdulilləh demək. Abdullah ibn Ömər rəvayət edir ki, Allahın elçisi demişdir: "Allahın dərgahında Onun üçün (zül-hiccə ayının) bu on günündən daha əzəmətli və onda edilən əmələrdən daha sevimli başqa günlər yoxdur. Odur ki, bu günlərdə bol-bol “lə iləhə illəllah”, “Allahu əkbər” və “əlhəmdulilləh” deyin!" İmam Buxari bu haqda belə rəvayət etmişdir: "İbn Ömər və Əbu Hureyra zül-hiccə ayının birinci on günündə bazara çıxıb təkbir gətirir, oradakı insanlar da onlarla yanaşı təkbir gətirirdilər." "Ömər bu günlərdə Minadakı çadırında təkbir gətirir, məsciddə onu eşidən müsəlmanlar və bazarlarda olan insanlar da təkbir gətirirdilər, hətta Mina təkbir səsləri ilə cuşa gəlirdi.” “İbn Ömər də Minada bu günlərin hamısında fərz namazlardan sonra yatağında, çadırında, məclisində və yolda təkbir gətirirdi.” Ömər, oğlu Abdullah və Əbu Hureyranın etdiklərinə əsasən bu günlərdə aşkar və yüksək səslə təkbir gətirmək müstəhəb əməllərdən sayılır. Biz müsəlmanlar olaraq, təəssüflər olsun ki, günümüzdə hətta əməlisaleh insanların belə unutduğu bu sünnəti yenidən yaşatmalıyıq.
Qurban bayramının birinci gününün fəziləti
Qurban bayramının birinci gününün fəziləti çox böyükdür. Müsəlmanların əksəryyəti bu günün fəzilətindən, onun dəyərini bilməkdən xəbərsizdirlər. Peyğəmbər demişdir: "Uca Allahın dərgahında günlərin en əzəmətlisi Qurban günüdür. Ondan sonra isə təşriq (zül-hiccənin 11, 12 və 13-cü) günləridir.”

Qurban bayramı günü edilən vacib əməllər:
Bayram namazı qılmaq. Kişi və qadınlara bayram namazını qılmaq vacibdir. Çünki, Peyğəmbər - sallallahu aleyhi ve səlləm – daim bu namazı qılar və camaata da əmr edərdi. Ummu Atiyyə deyir ki, “bayram günü bizə bakirə qızları və evli qadınları namazgaha çıxarmaq əmr olunurdu.” (əl-Buxari, 974). Bayram namazı iki rükət qılınır. Bu namazda on iki dəfə təkbir deyilir. Birinci rükətdə namaza giriş təkbirindən sonra yeddi, ikinci rükətdə isə qiraətdən əvvəl beş təkbir deyilir. Amr ibn Şueyb rəvayət edir ki, “Peyğəmbər - sallallahu aleyhi ve səlləm - hər iki bayram namazını qılarkən birinci rükətdə yeddi, ikinci rükətdə isə beş dəfə təkbir edirdi.”
Qurban kəsmək. Qurban bayram günü və təşriq günləri Allaha ibadət olaraq kəsilir. İmkanı olan insanın qurban kəsməsi vacibdir. Peyğəmbər - sallallahu aleyhi ve səlləm - demişdir: “İmkanı ola-ola qurban kəsməyən bizim namazgaha gəlməsin.” Qurban bayram namazından sonra kəsilməlidir. Çünki, Peyğəmbər - sallallahu aleyhi ve səlləm - demişdir: “Kim qurbanını bayram namazından öncə kəsibsə, onun yerinə birini də kəssin. Kim qurbanını kəsməyibsə, indi kəssin.” (əl-Buxari, 5562). Qurban yalnız inək, qoyun (keçi də qoyun fəslinə aiddir) və dəvədən olur. Uca Allah buyurur: “Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər” (əl-Həcc, 34). Dəvə kəsmək üçün on nəfər, inək kəsmək üçün isə yeddi nəfər şərik ola bilər. Qoyun kəsməkdə şərik olmaq olmaz, onu ancaq bir nəfər özünün və ailəsinin adından kəsə bilər.
Nəyi qurban kəsmək olmaz?
Peyğəmbər demişdir: “Dörd cür heyvan qurbanlığa yaramaz: Bir gözü açıq-aşkar kor olan, xəstəliyi aydın bilinən, axsaqlığı aşkar görünən və qıçı sınıb ağlını itirmiş gəzə bilməyən heyvan.” (İbn Macə, 3144).

Qurban bayramı günü edilən müstəhəb (bəyənilən) əməllər
Qüsl etmək. Əlidən qüsl etmək haqqında soruşurlar və o, belə cavab verir: “Qüsl cümə, ərafa, ramazan və qurban bayramı günləri edilir.” (Beyhəqi, Sünənul- Kubra: 3/ 278).
Ən gözəl paltar geyinmək. İbn Abbas deyir ki, “Peyğəmbər bayram günü qırmızı əbasını geyinərdi.” (Silsilətus-Səhihə, 1279).
Qurban bayramı günü öz qurbanından yemək üçün səhər yeməyini gecikdirmək. Əbu Bureydə deyir ki, “Peyğəmbər Ramazan bayramı günü yemək yeməmiş evindən çıxmazdı. Qurban bayramı günü isə qurban kəsməmiş yemək yeməzdi.” (Səhih ət-Tirmizi, 447).
Getdiyi yolu dəyişib başqa yolla qayıtmaq. Cabir deyir ki, “Peyğəmbər bayram günləri getdiyi yolu dəyişib başqası ilə qayıdardı.” (əl-Buxari, 986).
Təkbir gətirmək. Bu günlərdə gətirilən təkbirlərin deyiliş şəkilləri: a) "Allahu əkbər, Allahu əkbər, Allahu əkbər" b) "Allahu əkbər, Allahu əkbər, lə iləhə illallah, Vallahu əkbər, Allahu əkbər və lilləhil-həmd" c) "Allahu əkbər, Allahu əkbər, Allahu əkbər, lə iləhə illallah, Vallahu əkbər, Allahu əkbər, Allahu əkbər və lilləhil-həmd". Bu təkbirlərin vaxtı Ərafa günü sübhdən sonuncu təşriq günü - zül-hiccənin 13-ü Əsr namazının vaxtına qədər davam edir.


Geri dön

♛WøøWøøWøøW♛

  • 23 noyabr 2014 00:36
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
AllahRa31Olsun;)

--------------------

★Deniz★

  • 21 noyabr 2014 22:11
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
ALLLAH RAZI OLSUN QOYAN ELLERIN VAR OLSUN meqaleye gore tewekkkurler

--------------------

♛WøøWøøWøøW♛

  • 15 noyabr 2014 22:53
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
AllahRa31Olsun;)

--------------------

^^YeRaZKa MeLeK^^

  • 11 noyabr 2014 01:21
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi qalsin:*

--------------------

NikaLYa

  • 10 noyabr 2014 13:53
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
Aləmlərin Rəbbi Allaha həmd olsun, Peyğəmbərimiz Muhəmmədə Allahın salavatı və salamı olsun! Həqiqətən, Uca Allah bizi yalnız Ona ibadət etmək üçün yaratmışdır. Şübhə yoxdur ki, Allahın əməlisaleh bəndələri hər vaxt və hər yerdə Uca Allaha ibadət etməlidirlər.

--------------------

princessa_selin

  • 9 noyabr 2014 07:43
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
ALALH RAZI OLSUN SIZDEN

--------------------

-Kralica-

  • 7 noyabr 2014 18:44
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------




Sene_yox_deyirem

  • 6 noyabr 2014 23:40
  • Məqalə: 10
  • Şərh: 252
  • Bal:
{awards}
ALLAH razi olsun elleriniz derd gormesin

¬kiraz mevsimi¬

  • 6 noyabr 2014 21:56
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin
cox sagol xebere gore ALLAH RAZI olsun

➰__Ýųśíf__➰

  • 6 noyabr 2014 04:58
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
ALLAH razi olsun

^^KuKuLKa^^

  • 5 noyabr 2014 19:18
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
Zül-hiccənin birinci on günündə edilən müstəhəb əməllər

--------------------

Fatmanur

  • 5 noyabr 2014 19:14
  • Məqalə: 30
  • Şərh: 791
  • Bal:
{awards}
tewekkurler Allah razi olsun

--------------------

Воровская

  • 5 noyabr 2014 17:33
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
Allah razi olsun tewekkur edirem

--------------------




G♥S

  • 5 noyabr 2014 15:11
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
ALLAH razi olsun elleriniz derd gormesin tewekkurler

--------------------

Aylowka)))

  • 5 noyabr 2014 14:54
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Allah razi olsun)))elleriniz var olsun))) Allah savabini INWALLAH o biri dunyada catdirar size))) cunki eziyyet cekmisiz bu qeder yazi yazmisiz sirf bilmeyenlerde bilsin deye)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

Pıtırcık

  • 5 noyabr 2014 14:17
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
meqaleye gore tesekkur

--------------------
http://legend.az/user/imza/

➰__Ýųśíf__➰

  • 5 noyabr 2014 13:52
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
Allah razi olsun

Mələyimin mələyi

  • 5 noyabr 2014 13:30
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
İlk Şərh məndən

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}