Peyğəmbərə ilk dəfə vəhy gəlməsi

 

Möminlərin anası Aişə (Allah Ondan razı olsun) rəvayət edir ki, Allahın elçisinə (Allahın Ona salavatı və salamı olsun) ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh ça­ğı­­nın ay­dınlığı kimi gerçək olmasın. Sonra onun qəl­binə tənha­lığa çəkilmək mey­li salındı. Peyğəmbər Hira dağındakı mağa­rada xəlvətə çəki­lib, ailəsinin ya­nı­na qa­yıdana­dək müəy­yən gecələri orada ibadət edərdi. (O özü ilə azuqə gö­tü­rüb xəl­­və­­tə çəki­lərdi). Sonra Xədicənin yanına qayı­dıb yenə bir o qə­dər müd­dət qal­maq üçün azuqə götürərdi. Nəhayət, Pey­ğəm­bər Hira dağın­dakı ma­ğa­rada olar­kən ona haqq nazil oldu. Mələk onun yanına gəlib: “Oxu!”– dedi. O isə: “Mən oxu­­ma­ğı bacarmıram!”– deyə cavab verdi.
(Peyğəmbər) dedi: “O zaman mələk məni tutub taqətim kəsilənə­dək sıxdı, son­ra da buraxıb: “Oxu!”– dedi. Mən də: “Oxumağı bacarmı­ram!”– dedim. O ikin­ci dəfə məni tutub nəfəsim kəsi­lənədək sıxdı, sonra da buraxıb: “Oxu!”– dedi. Mən isə: “Oxumağı bacarmı­ram!”– dedim. O üçüncü dəfə məni tutub nə­fə­sim kə­si­­lənədək sıxdı, sonra da buraxıb dedi: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin mü­qayisəsiz sə­xavətə ma­lik­dir. O, qələmlə yazmağı öy­rətdi. İnsana bilmə­diklərini öy­rətdi.” (əl-Ələq surəsi, 1-5)
(Bu hadisədən sonra) Peyğəmbər qorxudan ürəyi əsə-əsə hə­min ayə­lərlə ge­ri döndü. O, Xədicə bint Xuveylidin (Allah Ondan razı olsun) evinə daxil olub: “Üs­tümü örtün, üs­tü­mü ör­tün!”– dedi. Onun üstünü örtdülər. Nəhayət, qor­xu on­dan keçib getdi və Pey­­ğəm­bər başına gələn hadisəni Xədicəyə xəbər verib dedi: “Mən başıma bir iş gə­lə­cəyindən qorxdum.” Xədicə dedi: “Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüs­vay etməz. Çünki sən qohumluq əlaqələrini möhkəm­ləndirir, zəif­lə­rin yü­künü da­şıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və haqq yolunda (in­san­­la­ra) yardım edirsən.”
Xədicə Peyğəmbəri əmisi oğlu Varaqa ibn Nofəl ibn Əsəd ibn Abdul-Uz­za­nın yanına gətirdi. O, cahiliyyət dövründə xristian olmuş bir adam idi və ib­ra­ni­cə yazmağı bacarır, İncildən Allahın dilədiyi qədər (bəzi şeylər) yazar­dı. O ar­tıq göz­ləri kor olmuş qoca bir kişi idi. Xədicə dedi: “Ey əmim oğlu! Qulaq as, gör qar­­daşın oğlu nə deyir!” Varaqa ondan: “Ey qardaşım oğlu! Sən nə görür­sən?”– de­yə so­ruşdu. Peyğəmbər də gördüyü şeyləri ona xəbər verdi. Varaqa ona dedi: “O gör­düyün, Allahın Musaya göndərdiyi sirrin sahibidir (Cəbraildir). Kaş dəvət edə­cəyin vaxt mən gənc olaydım! Kaş qövmün səni (yur­dun­dan) qovacağı za­man sağ olaydım!” Peyğəmbər soruşdu: “Məgər onlar məni qovacaqlar?” Va­ra­qa de­di: “Bəli! Sənin gətirdiyinin bən­zərini gətirən (Allahın dinini təbliğ edən) elə bir kişi olmayıb ki, onun­­la düşmənçilik etmə­sinlər. Əgər həmin (dəvət edə­cə­yin) günə qədər ya­şa­sam, var gücümlə sənə kömək edəcəyəm.” Lakin çox keç­mə­­di ki, Varaqa vəfat et­di və bir müddət vəhy nazil olmadı. (əl-Buxari, 3)


Geri dön

♛WøøWøøWøøW♛

  • 23 noyabr 2014 00:30
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
AllahRa31Olsun;)

--------------------

★Deniz★

  • 21 noyabr 2014 21:01
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

♛WøøWøøWøøW♛

  • 15 noyabr 2014 22:50
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
AllahRa31Olsun;)

--------------------

NikaLYa

  • 10 noyabr 2014 13:47
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
Möminlərin anası Aişə (Allah Ondan razı olsun) rəvayət edir ki, Allahın elçisinə (Allahın Ona salavatı və salamı olsun) ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh ça­ğı­­nın ay­dınlığı kimi gerçək olmasın. Sonra onun qəl­binə tənha­lığa çəkilmək mey­li salındı. Peyğəmbər Hira dağındakı mağa­rada xəlvətə çəki­lib,

--------------------

princessa_selin

  • 9 noyabr 2014 07:40
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SIZDEN

--------------------

★Love World★

  • 8 noyabr 2014 19:04
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH razi olsun........

--------------------

NikaLYa

  • 8 noyabr 2014 16:49
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

G♥S

  • 8 noyabr 2014 12:21
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN cox sagolun elleriniz derd gormesin

--------------------

-Kralica-

  • 7 noyabr 2014 23:46
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun

--------------------




вคɴค iкiмizi คɴlคт ❤

  • 7 noyabr 2014 23:19
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

HeYat cOoX qErIbEdi.

  • 7 noyabr 2014 22:54
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
xebere gore tewekkurler Allah razi olsun...

--------------------

Воровская

  • 7 noyabr 2014 21:58
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
Allah razi olsun Gozelim tewekkurler

--------------------




Pıtırcık

  • 7 noyabr 2014 21:51
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

Sene_yox_deyirem

  • 7 noyabr 2014 21:12
  • Məqalə: 10
  • Şərh: 252
  • Bal:
{awards}
“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin mü­qayisəsiz sə­xavətə ma­lik­dir. O, qələmlə yazmağı öy­rətdi. İnsana bilmə­diklərini öy­rətdi.” (əl-Ələq surəsi, 1-5)
Allah razi olsun

Mələyimin mələyi

  • 7 noyabr 2014 20:51
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

NikaLYa

  • 7 noyabr 2014 20:44
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}