Kağızın qiyməti qalxıb: qəzetlər bahalaşa bilər

 
Kağızın qiyməti qalxıb: qəzetlər bahalaşa bilər


Son bir ay ərzində Rusiyadan idxal olunan qəzet kağızının qiyməti 15-20% bahalanıb.

Kağızın bahalanması qəzetlərinqiymətini artıra bilər. Artıq bəzi mətbəələr çap xərclərinin artırılacağı ilə bağlı qəzetlərə xəbərdarlıq ediblər.

Ölkəmizdə qəzetlərin satış qiyməti kifayət qədər yüksəkdir. Elə bunun nəticəsidir ki, ötən əsrin 90-cı illəri ilə müqayisədə qəzet oxucularının sayı dəfələrlə azalıb. İndi qəzetləri yeni təhlükə gözləyir. Qəzet kağızının qiymətinin son vaxtlar 10-20% artdığı barədə xəbərlər dolaşmaqdadır. Ölkəmizin aparıcı mətbəələrindən hesab olunan “CBS” Poliqrafiya Mətbəəsinin baş direktorunun müavini Səməd Bağırov bizimlə söhbətdə qəzet kağızının son bir ay ərzində 20%-ə yaxın bahalaşdığını təsdiqlədi. “Bir ay bundan əvvəl 1 tonunu 650 dollara aldığımız kağızı hazırda 780 dollara alırıq”, - deyən müsahibimiz qeyd etdi ki, qiymət artımına əsas səbəb Rusiyada rublun dollara nisbətən möhkəmlənməsidir:

“Son bir ay ərzində Rusiyada kağızın qiyməti artmayıb. Rusiyada qəzet kağızı yenə də əvvəlki qiymətə satılır. Sadəcə olaraq, dollar-rubl məzənnəsində yaranan fərq nəticəsində indi daha çox vəsait ödəyirik. Əvvəllər bir dollar 34-35 rubl idisə, indi 28-29 rubla bərabərdir. Bu da o deməkdir ki, son bir ayda rubl dollara nisbətən təqribən 20%-ə yaxın bahalanıb. Qəzet kağızının qiyməti də təqribən bu nisbətdə artıb”. “CBS” Poliqrafiya Mətbəəsinin baş direktorunun müavini kağızı baha aldıqları üçün satış qiymətini artıracaqlarını bildirdi: “Biz kağızı baha alırıqsa, bunu necə ucuz sata bilərik? Artıq bu barədə bizim mətbəədə çap olunan qəzetlərə xəbərdarlıq etmişik”.

Qəzet kağızının qiymətindəki artımı “Futbol+Servis” Mətbəəsinin sahibi Vüqar Məmmədov da təsdiqlədi. “Futbol+Servis”in sahibi bildirdi ki, son bir ay ərzində 1 ton kağızın qiyməti ən azı 50-60 dollar bahalanıb. V. Məmmədovun sözlərinə görə, Rusiyanın “Sıktıvarskiy” zavodunun istehsalı olan kağızın qiyməti hətta 80-85 dollar artıb. “Qiymət artımının hansı səbəbdən olduğunu bilmirəm. Kağız aldığımız şəxslər bizə qiymətlərin Rusiyada bahalandığını deyirlər”, - deyən həmsöhbətimiz bahalaşmanın, hələlik, qəzetlərin qiymətinə təsir etməyəcəyini bildirdi: “Müəyyən qədər kağız ehtiyatımız var. Ehtiyatlarımız tükənənə qədər qiymətlərdə dəyişiklik olmayacaq. Ancaq ehtiyatlar tükəndikdən sonra qiymət artımı qaçılmaz olacaq”.

“Bahalaşma qəzetlərin qiymətinə təsir etməyəcək...”

“Azərbaycan” Dövlət Nəşriyyatının baş direktorunun müavini Allahverdi Məmmədov isə yaxın zamanlarda qəzet kağızı almadıqları üçün qiymətlərin artması barədə onlarda dəqiq məlumatın olmadığını bildirdi. “Rusiyada qiymətlər artarsa, biz də kağızı yeni qiymətlərlə almağa məcbur olacağıq”, - deyən A. Məmmədov bu fikirdədir ki, əgər 10-12% həddində bahalaşma olarsa, bunun “Azərbaycan” Nəşriyyatında çap olunan qəzetlərə təsiri olmayacaq: “Biz kağızı qəzetlərə yenə əvvəlki qiymətlərlə təklif edəcəyik”.

Bahalaşmanın olduğunu “Ekspress” Mətbəəsinin direktoru Elnur Əliyev də təsdiqlədi. Müsahibimiz bildirdi ki, onlar Rusiyanın “Sıktıvarskiy” zavodunda istehsal olunan kağızları alırlar və son bir ay ərzində bu kağızın qiymətində 10-15% artım baş verib. “Artımın hansı səbəbdən baş verdiyini deyə bilmərəm. Ancaq qiymətlərin artırılacağını gözləyirdik. Onsuzda Rusiya kağızın qiymətini hər il az da olsa artırır”, - deyən “Ekspress” Mətbəəsinin direktorunun sözlərinə görə, kağızın bahalaşmasına baxmayaraq, hələlik, müştərilərdən (qəzetlər) əlavə ödəniş tələb etməyəcəklər.

Media patronları qiymət artımını mümkünsüz hesab edirlər

Qeyd edək ki, ölkəmizdə sonuncu dəfə qəzetlərin qiyməti 2008-ci ilin sentyabr-oktyabr aylarında artırılıb. O zaman ölkənin əsas aparıcı qəzetləri qiymətləri 30 qəpikdən 40 qəpiyə qaldırıblar. Bəs görəsən qəzet kağızındakı son qiymət artımı qəzetlərin qiymətinə təsir edəcəkmi?

Məsələ ilə bağlı suallarımızı cavablandıran “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirdi ki, kağızın bahalaşmasndan xəbərsizdir. Baş redaktorun sözlərinə görə, kağız bahalansa belə, onlar qəzetin qiymətini qaldırmaq fikrində deyillər. “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı da həmkarı kimi qiymət artımından xəbərsiz olduğunu bildirdi: “Bu barədə ilk dəfə sizdən eşidirəm”, - deyən müsahibimiz qeyd etdi ki, onsuz da qəzetlərin satışı aşağıdır: “İndi insanlar xəbərləri internetdən oxumağa üstünlük verirlər. Qəzet oxuyanların sayı kifayət qədər aşağıdır. Xüsusilə də gənclər arasında. Əgər qiymətlər də artarsa, vəziyyət bir qədər də ağırlaşa bilər. İndiki halda qiymət artımı mümkün deyil”.

2010-cu ildə Rusiyada qəzet kağızı 10,1% bahalanıb

Məlumat üçün bildirək ki, qəzet kağızının qiyməti Rusiyada sonuncu dəfə ötən ilin sentyabr ayında qaldırılıb. Bu, Rusiya Statistika Komitəsinin hesabatında da öz əksini tapıb. Rusiya Statistika Komitəsindən açıqlanan məlumatda göstərilir ki, kağızın qiyməti 2010-cu ildə bu ölkədə 10,1% həddində bahalanıb. Ancaq qiymət artımı əsasən ötən ilin ilk 3-rübü ərzində baş verib. Belə ki, ötən ilin oktyabr ayında kağızın qiyməti 0,9%, noyabrda 0,8%, dekabrda isə cəmi 0,4% bahalanıb.

Dünyada kağız istehsalının 5%-i Rusiyanın payına düşür

Onu da qeyd edək ki, ölkəmizə qəzet kağızı Rusiyadan idxal olunur. Bu ölkədən hər il təqribən 4 min tona yaxın kağız gətirilir. İdxal etdiyimiz kağızlar əsasən Rusiyanın “Kondopoqa” (Kareliya Respublikası), “Volqa” (Nijeqorodskaya rayonu) və “Sıktıvarskiy” (Perm vilayəti) zavodlarında istehsal olunur. Qeyd edək ki, bu zavodlar nəinki Rusiyada eyni zamanda bütün dünyada ən nəhəng qəzet kağızı istehsalçıları kimi tanınır. “Kondopoqa” zavodunun illik kağız istehsalı təqribən 750 min tona bərabərdir ki, bu da Rusiyadakı ümumi kağız istehsalının təqribən 35%-i deməkdir. Rusiyada illik kağız istehsalı 2 milyon tona yaxındır. “Volqa”nın illik istehsal gücü təqribən 570 min ton, “Sıktıvarskiy”nın illik istehsal gücü isə təqribən 200 min ton təşkil edir. Ümumilikdə isə dünyada il ərzində təqribən 40 milyon tona yaxın qəzet kağızı istehsal olunur.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 20:44
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
4oxxx saqolun yazan elleriviz var olsunnnn..........maraqlidir

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

::..ONSLAUGHT::..

  • 26 fevral 2011 22:12
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Cox sag ol maraqli melumat ucun.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 21 fevral 2011 20:55
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Sitat: THIS IS BOMB
Cox sag ol maraqli melumat ucun.


--------------------

::..ONSLAUGHT::..

  • 21 fevral 2011 18:34
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Cox sag ol maraqli melumat ucun.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Sevinc_Keder

  • 21 fevral 2011 17:33
  • Məqalə: 0
  • Şərh: 443
  • Bal:
{awards}
indiki zamende internet var qazet qaldi kecmisde

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!

Ulya

  • 21 fevral 2011 12:18
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
vay

AngeL_of_HelL

  • 21 fevral 2011 09:12
  • Məqalə: 3
  • Şərh: 51
  • Bal:
{awards}
isteyir qalxsin isteyir qalxmasin men lazim olanlar internet vasitesile tapiram qazet axirnci defe yadima duwmur ne vaxt oxumuwam

,,kepenek,,

  • 21 fevral 2011 00:10
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
cox sagol maraqli melumat ucun

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

YazYamuru

  • 20 fevral 2011 23:55
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HƏƏƏ EEEHHH HƏR ŞEY BAHALAŞIREEE OOOOOFFF HƏYAAATTT belay

--------------------



Lexikon

  • 20 fevral 2011 23:50
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
yazi ucun twk

Made_In_Bakinka

  • 20 fevral 2011 23:50
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Tesekkurler maraqli melumat ucun

nilayka

  • 20 fevral 2011 23:21
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
hmm tewekkurler

--------------------

SerSeRi_RuzGaR

  • 20 fevral 2011 23:16
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
love tewEkkuR eDirem))))))) tongue

--------------------
<<<$aLunKa>>>

_Pretty_Girl_

  • 20 fevral 2011 23:14
  • Məqalə: 25
  • Şərh: 135
  • Bal:
{awards}
Cox sag ol dosi maraqli melumat ucun.

--------------------
Həzrəti İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.»

Orxan Nagiyev

  • 20 fevral 2011 23:14
  • Məqalə: 200
  • Şərh: 344
  • Bal:
{awards}
DÜZDÜ OXUMADİM, AMA SÖHBƏTİN NƏDƏN GETDİYİNİ BİLDİM!!! TƏŞƏKKÜR!!!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}