Dində məcburiyyət yoxdur

 
Dində məcburiyyət yoxdur


Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu (şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!” (əl-Bəqərə, 2/256).
Uca Rəbbimiz hər bir insana ağıl və iradə vermişdir. Peyğəmbərlər göndərməklə və kitablar endirməklə haqqı batildən, imanı küfrdən, hidayəti zəlalətdən ayırmış, bunların hər birini açıqlamış və insanlara bildirmişdir. Kim istəsə, iman edər, kim də istəsə inkar. Allah insanları dinə, imana və ibadətə məcbur etsəydi, onda Yer üzündəki hər kəs inanar və ibadət edərdi. Allah imtahanın bir nəticəsi olaraq, dinə inanmağı insanların öz ixtiyarına vermişdir. Peyğəmbərimizin vəzifəsi isə insanları dinə girməyə məcbur etmək deyil, nəsihət vermək, dini insanlara təbliğ etmək, dini qaydaları insanlara söz və əməl vasitəsilə göstərməkdir.
İslam dinində tam bir əqidə azadlığı vardır. Dinimizdə əsas olan insanların öz azad iradələri ilə dinə yönəlmələri və onu qəbul etmələridir. İslam bir iman və həyat tərzi kimi heç kimə məcburi şəkildə qəbul etdirilə bilməz. Əgər dinə ürəkdən istəyərək yönəlsək, ancaq o halda bunun bir mənası olar. Bizi dinin əmrlərinə və qadağalarına əməl etməyə sövq edən imanımızdır. Biz onlara dinə olan sədaqətimiz səbəbilə əməl edirik. Məhz bu səbəbdən ibadət edir, halala riayət edir, haramdan isə çəkinirik.
Rəbbimiz “Bəqərə” surəsinin 256-cı ayəsində açıq bir ifadə ilə dində məcburiyyətin olmadığını bildirməkdədir. Bu ayədəki “məcburiyyət” ifadəsi iman edib-etməmə ilə əlaqəlidir. Allah insanlara yaxşını pisdən, xeyri zərərdən, haqqı batildən ayıran ağıl vermiş, bu işdə ona yardım etmək üçün də kitablar və peyğəmbərlər göndərmişdir. Bundan sonra istəyən şəxsin iman edə bilməsinin, inanmasının və əqidəsini yaşamasının önündə heç bir maneə olmamalıdır. İslam din və iman azadlığını nəzərdə tutur. Bu azadlıq daxilində istəyən hər kəs ağıl və iradəsindən istifadə edərək iman edər. Bunlardan lazımınca istifadə edə bilməyərək iman edə bilməyəni məcbur etmək faydasız olmaqla yanaşı, belə bir imanın heç bir qiyməti də yoxdur.

Məcbur etmə bir şəxsə bəyənmədiyi, istəmədiyi bir işi zorla, hədə-qorxu və təzyiq ilə gördürməkdir. Dini qəbul etmələri üçün insanları məcbur etmək olmaz. Belə bir hal qəbuledilməzdir. Dinin əsası olan iman qəlb ilə təsdiq etmək və inanmaqdır. İmanın məkanı olan qəlbə heç kim təzyiq göstərə bilməz. Din heç kimə istəmədiyi halda qəbul etdirilə bilməz. İnsan təzyiq nəticəsində dini qəbul etdiyini deyə bilər, lakin qəlb ilə təsdiq etmirsə, bunun heç bir mənası olmaz. Digər bir tərəfdən, öz azad iradəsi ilə dini qəbul edən insan o dinin qayda-qanunlarına da öz istəyi ilə əməl etməlidir. İnsan səmimi-qəlbdən namaz qılmalı və ibadət etməlidir. Kiməsə zorla namaz qıldırmağın, oruc tutdurmağın və dua etdirməyin heç bir mənası yoxdur. İmanda olduğu kimi, məcburən edilən ibadətin də Allah qatında heç bir dəyəri yoxdur və belə bir ibadət məqbul hesab edilmir. İbadətlərin əsas məqsədi insanın səmimi-qəlbdən Allaha yönəlməsi və Onun razılığına nail olmasıdır. İbadətlər Allah üçün edilməlidir. Biz öz ibadətimizi səmimiyyətlə və təmiz qəlblə etməliyik.
Müsəlman olmaq Allahın iradəsinə uyğun şəkildə yaşamağa razı olmaq, hətta bu həyatdan məmnun olmaq mənasına gəlir. Həm müsəlman olub, həm də nəfsin arzu etdiyi kimi yaşamaq doğru bir davranış deyildir. İslam ona inanmayanları buna məcbur etmir. “İman etdim” deyənlərə isə bəzi tapşırıqlar verir, onları nizam-intizama salır və onlara ömür boyu təlim verərək yaxşı bəndə olmalarını təmin edir.
Gəlin dinimizə səmimi-qəlbdən tabe olaq və onun əmrlərini sevərək yerinə yetirməyə çalışaq. Bizim hansısa bir şəxsi məcburi şəkildə dinə gətirmə və ya dindarlaşdırma səlahiyyətimiz yoxdur. Yadda saxlamaq lazımdır ki, hər bir şəxs öz hərəkətlərinin və seçimlərinin məsuliyyətini daşıyır.


Geri dön

★Deniz★

  • 21 noyabr 2014 22:55
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
TESEKKUR XEBER UCUN

--------------------

^^YeRaZKa MeLeK^^

  • 7 noyabr 2014 23:47
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu (şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o artıq ən möhkəm bir ipdən yapışmış olur.



--------------------

Gr-Az

  • 4 noyabr 2014 14:53
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekurler xebere gore

➰__Ýųśíf__➰

  • 4 noyabr 2014 13:28
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
tesekkur xebere gore

NikaLYa

  • 4 noyabr 2014 12:34
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
“Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu (şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!” (

--------------------

Kapriznaya Dəcəlka

  • 4 noyabr 2014 11:59
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

Воровская

  • 3 noyabr 2014 22:06
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
Melumat icin tewekkurler

--------------------




➰__Ýųśíf__➰

  • 3 noyabr 2014 21:05
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
TeWeKKUr....

★CaNdy GiRL★

  • 3 noyabr 2014 19:21
  • Məqalə: 32
  • Şərh: 1561
  • Bal:
{awards}
Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu (şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o artıq ən möhkəm bir ipdən yapışmış olur.

--------------------

Benovse

  • 3 noyabr 2014 18:43
  • Məqalə: 2
  • Şərh: 131
  • Bal:
{awards}
Allah razı olsun

Pıtırcık

  • 3 noyabr 2014 18:40
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN... XEBERE GORE TESEKKUR

--------------------
http://legend.az/user/imza/

OnE DiReCtIoN_ZAYN

  • 3 noyabr 2014 18:01
  • Məqalə: 5
  • Şərh: 4457
  • Bal:
{awards}
melumata gore twk

--------------------

Fenerbahcem

  • 3 noyabr 2014 17:55
  • Məqalə: 0
  • Şərh: 322
  • Bal:
{awards}
Tewekkurler

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 noyabr 2014 17:51
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}