Həzrəti Abbas (əleyhis-salam) döyüş meydanında
Mübarizə bayrağını çiyninə götürən axırıncı kəs İmam Hüseyn (əleyhis-salam)-ın qardaşları idi, nəhayət onlardan təkcə Həzrəti Abbas (əleyhis-salam) qaldı. O, ucaboylu, göyçək bir kişi idi, ata minəndə ayaqları yerə çatırdı. Onun künyəsi Əbülfəzl, ləqəbləri Səqqa, Qəməri bəni Haşim idi və Kərbəlanın bayraqdarı hesab olunurdu. Qəməri bəni-Haşim şücaət nümunəsi, həmlə və döyüş aslanı idi. Onun heybətliliyi, qorxmazlığı surətindən görünürdü. Həzrət Abbas uşaqların susuzluqdan etdikləri nalələri eşidəndə, İmam (əleyhis-salam)-ın düşmənin dərya kimi ordusu arasında tək qaldığını görəndə səbir kasası doldu, yaralı bir aslan kimi irəli atıldı, Həzrətin qarşısında durub meydana getmək üçün izn istədi. Seyyidüş-şühəda onun şəhadət bağına pərvaz etmək istədiyini görəndə, izn verdi, buyurdu:
"Sən mənim bayraqdarımsan, lakin bu uşaqlar üçüün bir az su tap.”
Həzrəti Abbas (əleyhis-salam) su məşkini əlinə aldı, ata minib Fərata tərəf yola düşdü. O, bu böyük qoşundan heç də qorxmurdu. Suyun yanındakı mühafizəçiləri dağıtdı, suya qədəm qoydu, suyun sərinliyini hiss etdi və ovcunu su ilə doldurub içmək istəyəndə, İmam (əleyhis-salam)-ın susuzluğunu gözləri önündə canlandırdı. Özünə vacib etdi ki, suyu ovcundan yerə töksün; səy etdi ki, tez bir zamanda suyu susuzluqdan ciyərləri yanan, dodaqları quruyan uşaqlara çatdırsın. Bunu görən düşmən ona həmlə etdi, amma o, qılınc zərbələri ilə düşməni yolun üstündən qovurdu. Bu vaxt Yəzid ibni Rəqa Cühəni Hükeym ibni Nofəlin köməyi ilə Əbülfəzl (əleyhis-salam)-ın yolu üstündə pusqu qurdu, gözlənilmədən ona həmlə edib sağ qolunu vurdular. Əbülfəzl (əleyhis-salam) qılıncı sol əlinə alıb yenidən döyüşə girişdi, buyurdu: "And ona Allaha, sağ qolumu vursanız da, yenə də sizdən əl çəkmərəm; öz dinimi, həqiqətən yəqinə çatmış İmamımı, doğruçu və əmin Peyğəmbərin nəvəsini himayə edəcəyəm.”
Bu vaxt Hükeym ibni Tüfeyl xurma ağacının arxasında pusquda idi, yerindən atılıb Əbülfəzl (əleyhis-salam)-ın sol qolunu da qılıncla vurdu. Həzrəti bayrağı və su məşgini sinəsinə yapışdırdı. Düşmən ona hücum etdi, yağış kimi yağdırdılan oxlar o həzrətin kürəyinə sancılırdı. Bu vaxt bir ox su məginə, bir ox isə mübarək sinəsinə sancıldı« bir ox isə sağ gözünə. Sonra nəmərdlərdən biri həmlə edib əmudla onun mübarək başına vurdu, başını qana qəltan etdi« Daha tab gətirə bilməyib uca səslə fəryad etdi :”Məndən sənə salam olsun, ya Əba Əbdillah.” Seyyidüş-şühəda (əleyhis-salam) qardaşının səsini eşidəndə, şahin kimi başının üstünü aldı, buyurdu: "İndi belim sındı, çarəm azaldı, düşmənim mənə şəmatət etməyə başladı" Sonra sınıq qəlb, qəm-qüssə qonmuş üz, göz yaşı dolmuş gözlə xeymələrə qayıtdı.

[/thumb][/center]