Agil və Ürəyin maraqli dialoqu

 
Agil və Ürəyin maraqli dialoqu


Ü- Ürek
A- Agil

Yenə tənhayam... Yenə səni düşünürəm... Sənsizlik əzab verir mənə... Ağıl dözmədi Ürəyin bu iztirablarına və sanki bir mübarizə başladı içimdə:

Ağıl:Nədir dərdin, nədir bu iztirabların səbəbi ?
Ürək: Sevdiyimdən ayrı olmağım.
A: Sevdiyin !? Sən onu sevirsən?
Ü: Sevirəm.
A: Bu sənə elə gəlir.
Ü: Yox, bu həqiqətdir.
A: Həqiqət... Həqiqət odur ki, sən özün özünü aldadırsan.
Ü: Yalan deyirsən!
A: Yalan deyirəm? O zaman cavab ver suallarıma.
Ü: Buyur.
A: Demək sən onu sevirsən.
Ü: Sevirəm! Sevirəm! Sevirəm!
A: Çoxmu sevirsən ?
Ü: Hər şeydən çox.
A: Onun bundan xəbəri varmı ?
Ü: Yox.
A: Sənin onunla hər hansı yaxın münasibətin varmı?
Ü: Yox.
A: Deməli onun xasiyyətinə yaxından bələd deyilsən?
Ü: Yox.
A: Yaxşı, bax onda nəyini sevirsən sən onun? Sadəcə xarici görünüşünümü?
Ü: ...
A: Susursan, çünki qəbul eləmək istəmirsən bunu, amma bu belədir. Onu sevdiyini söyləyirsən, amma yaxından tanımırsan, yəni onun müsbət və ya mənfi xüsusiyyətlərini bilmirsən. Belə çıxır ki, sən onu yox, o gözəlliyin timsalında xəyalında canlandırdığın ideal bir qızı sevirsən. Onun yerində başqa bir gözəl qız da ola bilərdi. Nə isə, davam edək. Bu sevgidən nə gözləyirsən? Məqsədin nədir?
Ü: Mən bu sevginin qarşılığında ondan heç nə gözləmirəm, onun varlığı bəsdir mənə.
A: Bax bunu isə mən qəbul eləmək istəmirəm. Demək bu sevgi deyil, sadəcə gözəlliyə olan vurğunluqdur. Sevgi - sevdiyinə qovuşmaq arzusudur, onunla birlikdə olmaq istəyidir.
Ü: Elə bilirsən mən bunu istəmirəm !?
A: Bunun üçün konkret bir addım atmısanmı ?
Ü: Yox.
A: Niyə ?
Ü: Bu mümkün deyil, məndən asılı olmayan səbəblər var.
A: Bəlkə qorxursan?
Ü: Nədən?
A: Bəlkə onun səni qəbul etməyəcəyindən? Bəlkə onun sənin xəyalında canlandırdığın kimi olmayacağından?
Ü:...
A: Yenə susursan. Nə vaxta kimi davam edəcək axı bu hisslər? Nə vaxta kimi özünü inandırdığın bu sevgidən əzab çəkəcəksən?
Ü: Nə qədər ki, sağam, Nə qədər ki, ürəyim döyünür sevəcəyəm onu.
A: İnanmıram. Ötəri hissdir bu. Gözdən uzaq olan könüldən iraq olar deyiblər. O sənin yanında deyil və əvvəl-axır unudacaqsan onu.
Ü: Yox, heç vaxt. Mən hər an onu düşünürəm. Onun xəyalı həmişə mənimlədir.
A: Boş təsəllidir. İnsan ömrü boyu xəyalla yaşaya bilməz. Sənin bu hisslərinə cavab verəcək birinə ehtiyac duyacaqsan və nə vaxtsa onun kimi gözəl, eyni zamanda səni sevən, başa düşən bir qız qarşına çıxsa unudacaqsan bu sevgini. O yalnız şirin bir xatirəyə çevriləcək sənin üçün.
Ü: İnanmıram sənə !
A: Nə qədər ki, tezdir, əl çək bu sevdadan. Boş yerə aldatma özünü, əzab vermə özünə. Sabah onu bir başqası ilə görsən bil ki, onun buna haqqı var. Bundan sonra sən daha çox əzab çəkəcəksən. Yaxşısı budur çıxart bu fikirləri başından. Necə ki, onun varlığına alışmısan, çətin də olsa yoxluğuna da alışacaqsan. Bunu da yadında saxla: Nə qədər ki, insan fanidir və fani olanı sevir, bu sevginin ömrü çox az olacaq. Əbədi olanı sevmək lazımdır!!!
Ü: ...
Ürək susdu bu sözlərin qarşısında, gülüm, nə cavab verəcəyini bilmədi. Amma ağlın dediklərini də qəbul etmədi, çünki o, sabahı düşünmür, o, bu günü yaşayır. İnsan ağlıyla hərəkət edir, amma qəlbiylə sevir. İnsan ağlının dərk etmədiyi hələ çox şey var bu dünyada. Kim nə deyirsə desin, mən səni bütün qəlbimlə sevdim, sevirəm və sevəcəyəm. Heç vaxt bitməyəcək bu sevda, heç vaxt...



Agil və Ürəyin maraqli dialoqu


Geri dön

★Deniz★

  • 21 noyabr 2014 21:51
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
meqaleye gore tewekkkurler

--------------------

Gr-Az

  • 8 noyabr 2014 21:51
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler

sky_girl

  • 8 noyabr 2014 01:31
  • Məqalə: 6
  • Şərh: 1008
  • Bal:
{awards}
Cox maraqli idi. Tewekkurler

♫ мєl๏dyคм ♫

  • 7 noyabr 2014 23:29
  • Məqalə: 163
  • Şərh: 4830
  • Bal:
{awards}
Sağol canim

--------------------

Воровская

  • 7 noyabr 2014 16:40
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
beyendiyinize sevindim ama Palit elemiin de )

--------------------




вคɴค iкiмizi คɴlคт ❤

  • 6 noyabr 2014 21:24
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Oxumusdum maraqlidir

Fatmanur

  • 6 noyabr 2014 17:11
  • Məqalə: 30
  • Şərh: 791
  • Bal:
{awards}
Tewekkurler

--------------------

melankoli

  • 6 noyabr 2014 14:14
  • Məqalə: 0
  • Şərh: 47
  • Bal:
{awards}
Bu xeber unvanlidi ya yox? ;)
Bir bele xeber hazirliyan sevgilimiz olmadida(((

..::My Black::..

  • 6 noyabr 2014 13:50
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Oxumusdum maraqlidir tesekkurler)))

Mələyimin mələyi

  • 6 noyabr 2014 13:06
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Ağıl:Nədir dərdin, nədir bu iztirabların səbəbi ?
Ürək: Sevdiyimdən ayrı olmağım.
A: Sevdiyin !? Sən onu sevirsən?

--------------------

SlaDkaya_ŞeytanKa

  • 6 noyabr 2014 13:04
  • Məqalə: 0
  • Şərh: 42
  • Bal:
{awards}
Tewwekkueler

--------------------
Guldum aglatdilar. Sevdim aldatdilar. Sarildim buraxdilar. Cox sagolsunlar. Heyati Anlatdilar...!

Muaç

  • 6 noyabr 2014 12:52
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
maraqlidi oxudum

--------------------
men artix yene burdayam

Bash Belası

  • 6 noyabr 2014 12:38
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Oxudm MaraqLı idi..:/

Arzu0025

  • 6 noyabr 2014 12:23
  • Məqalə: 0
  • Şərh: 119
  • Bal:
{awards}
ÜRƏK VƏ AĞIL SEVGİDƏ AYRİLMAZ VASİTƏDİR

Pıtırcık

  • 6 noyabr 2014 11:44
  • Məqalə: 505
  • Şərh: 9703
  • Bal:
{awards}
hekaye eladir beyendim

xebere gore tesekkur kovreldim recourse

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Aylowka)))

  • 6 noyabr 2014 10:05
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Oxumuwdum bunu amma sagolun yenede)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 53
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 62
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}