Audi

 
  • 8.11.2014, 13:30
  • Bölmə: Avto
  • Müəllif: Gr-Az
Audi


Audi - Alman avtomobil şirkətidir. Volkswagen qrupunun bir markasıdır. Şirkətin mərkəzi İngolştadda (Bavariya, Almaniya) yerləşir.

Şirkətin keçmişi 1899-cu ilə və Avqust Horxla (August Horche) bağlıdır. İlk "Horch" avtomobili Avqust Horx tərəfindən 1901-ci ildə hazırlanmışdı. 1910-cu ildə Horx şirkətdən ayrılır və köhnə ortaqlarıyla olan anlaşılmazlıqlar səbəbindən yeni dizaynlarında öz adından istifadə edə bilmir. Alman dilində mənası "Dinlə!" olan "horch" sözünü, latın dilində eyni mənanı verən Audi sözü ilə əvəz edən Horx, bu sözü yeni yaratdığı şirkətin adına çevirir.

1932-ci ildə Audi, Auto Unionu meydana gətirmək üzrə Horch, DKW və Wanderer şirkətləri ilə birləşdi. "Auto Union" şirkətinin istifadə etdiyi bir-birinə bağlı dörd halqa da bu gün Audinin logosu olaraq istifadə edilməkdədir. Bu emblem o dövrdə Almaniyada populyar olan Olimpiya Oyunlarının embleminə bənzədilərək hazırlanmışdır. Belə ki, 1936-cı ildə həm Qış, həm də Yay Olimpiya Oyunları Almaniyada keçirilməli idi.

İkinci dünya müharibəsindən sonra, şirkət DKW ətrafında məhsullarını təqdim etməyə çalışdı. Ancaq iki çəkişli mühərriki o qədər məşhur ola bilmədi. Sentyabr 1965-də Audi təkrar bir çıxış edərək 72 at gücü olan 4 qapılı sedanını bazara təqdim etdi, dünyanın ən müasir mühərriklərindən biri ilə.

1970-ci illərdə Audi 1950-ci illərdə dünyanın ən böyük motosikletlerini istehsal edən şirkət olan NSU ilə birləşdi. Bu şirkət Nekarsulm, Ştutgart yaxınlığında yerləşirdi.

Keçən 30 il içərisində Audi yüksək gücə sahib bir çox model təqdim etdi. 1980-ci ildə bazara təqdim edilən məşhur "Quattro" modeli, İngilis istehsalçı Jensenin 1966-cı ildə buraxdığı FF modelindən bəri dünyada ilk dəfə çıxarılan 4x4 avtomobilidir. Bu model 5 silindrli turbo motorlu, kupe tipli bir idman avtomobili idi. Ayrıca bu modellə birlikdə Audi rallilərə qatılaraq yarışlarda 4x4 sistemini istifadə edərək ralli tarixində yeni bir cığır açdı. Audi bu irəliləyişlə texnologiyada zirvəyə çıxdı (Bu texnologiya daha sonra dünyanın dərhal bütün avtomobil şirkətləri tərəfindən istifadə edilmişdir).

Audi 80 modeli ilə birgə, bütün modellər "Quattro" xüsusiyyətini qazandı. Audi 80 1986-cı ildə "baba avtomobili" imicinə sahib olsa da 1991-ci ildə edilən makiyaj işiylə unudulmaz dizaynla bazara təqdim edildi. Bu model bazara bomba kimi düşdü və olduqca yaxşı satış rəqəmlərinə nail oldu.

İnkişaf edən texnologiya ilə, Audi dünyanın ən inkişaf etmiş mühərrikini istifadə etməyə başladı. 1995-də S4 modelində istifadə edilən 4x4 mühərriki bu dövrə damğasını vurdu.

1994-də də dünyanın tamamilə alüminiumdan düzəldilmiş ilk seriyalı istehsal avtomobili olan A8 modelini təqdim edən Audi, bu modeli ilə alüminium uzaq xəttlərinə çatmış oldu. 90-cı illərin ortasında yeni silsilələrini bazara sürən Audi dünyanın ən keyfiyyətli avtomobilləri arasında yerini tutdu.

2000-ci ildən etibarən yarış dünyasının ən çətinlikli və prestijli yarışlarından olan 24 saatlıq Le Mans yarışını 4 dəfə ardıcıl qazanan Audi, 2003-də VW qrupunun başqa bir markası olan Bentley ilə ancaq tamamilə Audi heyəti altında bu müvəffəqiyyətə imza atdı.


Geri dön

♔๑.Şaнzadəм.๑♔

  • 6 dekabr 2014 13:29
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
Cox Sag OLun!
ALLAH Razi Olsun!

--------------------

★Deniz★

  • 21 noyabr 2014 20:32
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
TEWEKKULER

--------------------

Pıtırcık

  • 9 noyabr 2014 01:33
  • Məqalə: 441
  • Şərh: 9608
  • Bal:
{awards}
no xeber cun tesekkurler

--------------------


http://legend.az/user/imza/http://legend.az/user/imza/

^^FiDaNKa^^

  • 8 noyabr 2014 20:23
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
İkinci dünya müharibəsindən sonra, şirkət DKW ətrafında məhsullarını təqdim etməyə çalışdı. Ancaq iki çəkişli mühərriki o qədər məşhur ola bilmədi. Sentyabr 1965-də Audi təkrar bir çıxış edərək 72 at gücü olan 4 qapılı sedanını bazara təqdim etdi, dünyanın ən müasir mühərriklərindən biri ilə.

Mələyimin mələyi

  • 8 noyabr 2014 13:57
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
1970-ci illərdə Audi 1950-ci illərdə dünyanın ən böyük motosikletlerini istehsal edən şirkət olan NSU ilə birləşdi. Bu şirkət Nekarsulm, Ştutgart yaxınlığında yerləşirdi.

--------------------

★Love World★

  • 8 noyabr 2014 13:45
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

G♥S

  • 8 noyabr 2014 13:43
  • Məqalə: 204
  • Şərh: 4097
  • Bal:
{awards}
Ilk werh menden maraqli melumatdi ureyim cox sagol love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}